Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Ramiz Həsənovun qardaşı Beliz adalarında şirkət açıb-İDDİA

 

 

Xarici İşlər Nazirinin müavini Ramiz Həsənovun qardaşı Dursun Həsənov 2013-cü ildə Gürcüstanda qeydiyyatdan keçmiş ICE BOX INTERNATIONAL LTD şirkətinin səhmlərinin 50 faizinə sahibdir.

Yenixeber.org: Bu məlumatı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

O qeyd edir ki, şirkətin digər 50 faizlik hissəsi isə Ramiz Həsənovun yaxın qohumlarından birinə – Sabir Almaz oğlu Həsənova məxsusdur. “İki il əvvəl ICE BOX INTERNATIONAL LTD adı ilə daha bir şirkət Beliz adalarında qeydiyyatdan keçib. Bu şirkətin də diplomat qardaşlara aid olmadığı məlum deyil”.
Cavanşir Həsənli yazır ki, Dursun Həsənov hələ ötən ilin avqustunda XİN-də aşkar edilmiş korrupsiya qalmaqalından sonra Azərbaycanın Gürcüstandakı səfiri vəzifəsindən azad olunmuşdu. “Həmin vaxt mətbuatda onun və nazir müavini olan qardaşının DTX-da dindirildiyi barədə məlumat yayılsa da, Ramiz Həsənov bu iddiaları təkzib etmişdi”.
Araşdırmaçı jurnalist fikirlərini belə tamamlayıb: “Səfir kimi təmsil etdiyin ölkədə bilavasitə şirkət sahibi olasan, Azərbaycanda bundan heç kimin xəbəri olmasın”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam