Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Ramiz Verdiyevin biznes şəbəkəsi-Bakıdan Çexiyayadək

 Yenixeber.org: Araşdırmaçı jurnalist Cavnşir Həsənli Hacıbala Abutalıbov dönəmində Bakı şəhər İcra Hakimiyyətində Kommunal Xidmətlər Müəssisəsinin direktoru olmuş Ramiz Verdiyevin Çexiyada və Bakıdakı biznesindən yazıb:  

"Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi. Uzun illər Bakı şəhər İcra Hakimiyyətində Kommunal Xidmətlər Müəssisəsinin direktoru işləyib. Paytaxtın məişət tullantılarından təmizlənməsi bu müəssisənin xidmət sahəsinə aiddir.
Verdiyevin barəsində o qədər də geniş məlumat yoxdur. Amma bir qayda olaraq cənab Verdiyev seçkilərdə YAP-ın namizədlərinin səlahiyyətli nümayəndəsi kimi çıxış edib. İndi də Bakı şəhər İcra Hakimiyyətində çalışdığı deyilir.
Xırda məmur olsa da 2010-cu ildə Çexiyada 1987-ci il təvəllüdlü oğlu Anar Verdiyevin adına şirkət açıb. Yanlış düşünməyin, Praqanın zibillərini daşımır, şirkət mülklərin, mənzillərin kirayəsi və ticarət sahəsi ilə məşğuldur. 2010-cu ildə Praqada qeydiyyatdan keçmiş HAS & VER SRO (Həsənov və Verdiyev soyadlarından götürülüb) şirkətinin sənədlərinə görə Anar Verdiyev Ramiz Verdiyevlə eyni ünvanda, Bakının Şamil Əzizbəyov 120 ünvanında qeydiyyatdadır. Şəriki isə Əhməd Həsənov adlı şəxsdir. Şirkəti 2018-ci ildən Verdiyevlərin ailə üzvü Günay Verdiyeva idarə edir.
Ramiz Verdiyevin digər şirkəti isə Bakıdadır. "Şirin Dad" MMC Verdiyev Ramiz Qulam oğlunun adlna qeydiyyatdan keçirilib.
Bu barədə ona görə yazdım ki, real mənzərəni təsəvvür edin".

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam