Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Fazil Məmmədovun da kürəkəni biznesmen çıxdı-FOTO

 Yenixeber.org: Keçmiş vergilər naziri Fazil Məmmədovun da kürəkəni Avropada böyük biznes sahibi imiş. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli fb səhifəsində yazıb:

"Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev (vergilər nazirinin keçmiş müavini Namiq Əliyevin oğlu) İngiltərədə daha 2 şirkət açıb.
Əbdül Əliyev bu ilin iyunun 27-də Londonda NOAP PROPERTIES LIMITED şirkətini (qeydiyyat nömrəsi 12072403) qeydiyyatdan keçirib. Şirkətin qeydiyyat ünvanı 12 Second Floor, Ogle Street, London, England olaraq göstərilib. Şirkət daşınmaz əmlak biznesi ilə məşğul olacaq.
Ötən ayın 16-da isə onun daha bir şirkəti Londonda qeydiyyata alınıb. AMPCO 147 LIMITED-in hüquqi ünvanı isə (qeydiyyat nömrəsi12208094) 7 The Ropewalk, Nottingham kimi göstərilib.
Bununla Əbdül Əliyevin İngiltərədə təkcə bu il qeydiyyatdan keçirdiyi şirkətlərin sayı 3-ə, ümumilikdə Londonda fəaliyyətdə olan şirkətlərinin sayı 8-ə (qapadılan şirkətlər daxil deyil) çatıb. Bundən əvvəl isə o, bu ilin aprelində Britaniya paytaxtında biznes mərkəzlərinin tikintisi və idarəçiliyi sahəsində fəaliyyət göstərən OKAA PROPERTY LIMITED şirkətini qeydiyyatdan keçirmişdi. Belə görünür ki, sabiq nazir biznesinin ağırlıq mərkəzini İngiltərəyə köçürməkdə qərarlıdır.
Əbdül Əliyevin Britaniya və Almaniyada indiyədək çoxlu sayda şirkətləri olub".

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam