Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Nə verib şeirlər əsir Şuşaya

 

 

"Xeberinfo.com":  Hörmətli  oxucular! Şeirdə əsasən iki cəhət gözə çarpır. Təsvir və yeni söz. Filologiya elmini bilən və canında şairlik yanğısı olan hər bir şəxs şeir yaza bilər. Ancaq yeni söz deyilməsi  mürəkkəb məsələdir. Filologiya elmi ilə yanaşı dünyanı dərindən duyan, fəlsəfəni və texniki elmləri müəyyən qədər dərk edən insanlar yeni söz deyə bilirlər. N.Gəncəvi, M. P. Vaqif, M.Ə.Sabir, S.Vurğun, B.Vahabzadə kimi  yeni söz deyə bilən dahilərimiz və N.Kəsəmənlitək bənzərsiz şairlərimiz olub. Bu günümüzdə isə Ə.Əhməd, R.Məmmədzadə, Y.Moranküllü kimi yeni söz deyənlərimiz də var.

Şairlik elə bir sənətdir ki, yazar öz sözünü yığcam və qısa formada cəmiyyətə və fərdi qaydada insanlara çatdırmaq üçün ədəbi növün şeir formasından istifadə edir.Mən istərdim ki, şeir yazanlar elə yazsınlar ki, şeirləri də özləri kimi gözəl olsunlar, göz və qəlb oxşasınlar, diqqət çəksinlər. Gücənməklə, sözləri bir-birinə geyindirmək və yapışdırmaqla, qafiyə düzəltməklə şeir yazmaq olmaz.                      

  BAXIN  ALİMƏ                                          

Nə verib şeirlər əsir Şuşaya

                                                                                  

Cütçülük  sənətdir şumda, xırmanda,

Zəhməti  tərifdir eldə, məkanda,

Şöhrəti bəllidir cümlə cahanda,

Tək öküz xışdadır majı əlində,

Əkinçi ustadır öz sənətində.

 

Çobanın  sürüsü  üz ağlığıdır,

Sürünün məhsulu can sağlığıdır,

Sahibin xurcunu pul yığnağıdır,

Çomağı çiynində, kürkü əynində,

Çoban da ustadır öz sənətində.

 

Cəmi  çəki bir qram ola-olmaya,

Dili yox danışa sirrini yaya,

Vızvızı  nitqinə  mahnı bağlaya,

Məhsulu  şirin bal,  dərmandır dərdə,

Arı  da ustadır öz sənətində.

 

Varlığı  dad  bilər, şanı boylayar,

Şirəni tər çəkər balı toplayar,

Axşamı  yol gələr,  varı  qablayar,

“Südü”dür, “Mum”udur çarədir dərdə,

Arı  da təbibdir öz sənətində.

 

Ömrünü keçirir güllər içində,

Şöhrəti ucalır ellər içində,

“Zəhər”i  əlacdır dərdlər içində,

Ölümə ölümdür can cəbhəsində,

Arı da arifdir öz sənətində.

 

Şeirlər dərc olur ağır çəkidə,

Yazarlar şad olur aylar içində,

Beyinlər xar olur mövzu seçəndə,

Dastanlar ucuzdur  dəyməz cildinə,

Şikəstlər  axasayır söz sənətində.

 

Səkkiz yüz on qramdır bircə nüsxəsi,

Bilmir ki, dəyməzdir xərcə cümləsi,

Görmür ki, getməzdir dərcə kəlməsi,

Oxunmur kif basır , qalıb rəflərdə,

Pullular  pas atır söz sərvətində.

 

Alimlər işləyir ömür sərf  edir,

Türfələr  yetirir sevinc bəxş edir,

Ulduzlar arayır həyat kəşf edir,

Möcüzə  yaradır təcrübəsində,

Korifey ucadır öz sənətində.

 

Bir baxın alimə, bir də cütçüyə,

Çomaqlı çobana, bal arısına,

Ucuzlu şeirə, əsir  Şuşaya,

Qoşulun qisasa bu dar məqamda,

Birikmək gərəkdir zor dünyasında.

 

Buraxın qələmi girin səngərə,  

Götürün tüfəngi keçin həmləyə,  

Tuşlayın gülləni xain düşmənə,

Yeridin ordunu Xanın Kəndinə,

Güvənin Ramilə qızğın döyüşdə,

General alımdir öz sənətində.            

 

iyul 2014-cü il

 

Macarıstanda Azərbaycanlıları və Milli  Bayrağımızı təhqir edən ermənini haqqına çatdıran Ramil Səfərov olub. R.Səfərov haqqında “Azərbaycan hökuməti haqlıdir” mövzusunda yazımı 22.12.2012-ci il tarixdə özəl mətbuatda dərc etdirib, sonra həmin cıxışımı 6-cı kitabıma daxil etmişəm.                             

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam