Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Təranə Şəms- Olma eşqin qatili

 

Təranə Şəms "Olma eşqin qatili"

Yenixeber.org: Həmin şeiri təqdim edir:

 

 

Bilirsənmi?...

 Sevgin, məhəbbətin,

Eşqin can çəkişir.

Xəbərin varmı özündən?...

Bu sevginin batili, qatili sənsən!...

Üstünə hopdurduğun,

Dumansan, çənsən.

Xəbərin varmı özündən?...

Həyatla, ümidlə, gümanla vidalaşır,

Sönük-sönük baxışla,

 O, səndən uzaqlaşır.

Əlvida söyləyir sənə.

Canında can olan sevdiyinə.

Xəbərin varmı özündən?...

Sənin biganəliyin, müştəbehliyin,

Dönük salır hər sözündən.

Təkcə razı qalmısan özün, özündən.

Bəli, səni hər veclə ayıltmağa çalışdım.

Bəzən kobud oldum, bəzən mülayim,

Hətta yalanlarına alışdım.

Çünki sevmişdim,

Səni öz dünyam bilmişdim.

Bildinmi, anladınmı?...

Sənin üçün nələri, nələri  silmişdim.

Getdin, getdin günün birində,

Səbəbini bilmədim.

Özümü günahkar bilib dinmədim.

Vicdanın varsa azacıq söylə!

Müqəssir mənəmmi???...

Yox, yox, mən səni sevdim,

Səni baş tacım bildim.

Bəs sən?...

Sən isə xəyanət etdin.

 

Sən mənə yox,

Öz eşqinə inanmadın,

Qəlbinə, ürəyinə cavab tapammadın.

Bu üzdən öldürdün eşqimizi!!!

Mən indi...

Qəlbimin gözünə baxa bilmirəm.

Məndən nə soruşur,

Cavab tapa bilmirəm.

Kimdir günahkar, kimdir müqəssir,

Qismətmi, qədrəmi,

Mənmi, sənmi, həyatmı?...

Bilmirəm, bilmirəm....

Gəl özün söylə...

Yaşa, mücadilə et,

Olma eşqin qatili,

Olmaz, olmaz böylə!...

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam