Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

SAYRIŞAN ULDUZDUR

 

"Xeberinfo.com":  (könül pçıltısı)

Sükutum, səssizliyim, təkliyim, sən-sən. Duya bildinmi bəs? Dilimi qəlbimə bənd etmisən,elə düşünmə arzuna yetmisən. Möhürlü qəlbimin açarını çalmısan, özünsə məndən uzaq olmusan. Yanılmısan, yanılmısan gözünə,könlünə dolan mən deyləm. Mən daşam, dəmirəm əzilən,döyülən deyliəm, əysən də əyilən deyləm. Unutma özün də bilmirsən çaldığın nədir, istək nədir,sevmək nədir, çatdığın nədir? Sən eşqinə,sevginə uymadın axı, mənə kənardan baxdın, duymadın axı? Duymadın MƏNİM də sənsizliyi yaşatmaq nədir. Bilmədin axı yanan qəlbi ovutmaq nədir?. Xəyalımda yaşatdım səni, ürəyimdə qəlbimdə yaşatdım səni. Heyhat.. bəs sən, bəs sən? Sənin qəlbin daş idi parçalanmadı, düşüncən mürəkkəb haçalanmadı.Ürəyin mənə yanmadı, yanmadı. Zalımsan beləcə xəbərim yox, qismət idin payıma düşdün. Qələmim var yazdıqca, yazıram əsərim çox! Gözlərin kor idi könlün tox...! Ey binəva,ey bivəfa sən beləsən,sən beləsən yoxluğunu duyum sənin, dönəsən ruha boşluğunu duyum sənin..! Ruhuna qarışım sənin, tüstünlə alışım sənin, yanım-yanım, yoxluğuna yar olum,tutum əllərindən, boşluğuna var olum. Şamın göz yaşı tək gözlərinə dolum. Bax belə yaşadım səni birömürboyu,yıxıla-dura həyatım bir ömür yolu. Bax...!yaşlandım, qocaldım, bir yaşamboyu. Yoruldum, usandım qisası səndən yox, özümdən aldım sözümdən aldım, sənə nifrət edən qəlbimdən, görməyən gözümdən aldım. Kor oldum sevgiyə, məhəbbətə, yaralı könlüm möhtac idi qayğıya diqqətə. Verilən ömrü bax belə itirdim, uçurdum.Sanki elə düşündüm ki,taleyim gecələr səmada səyyarələr, sayrışan ULDUZDUR, gündüzüm gecədir,susuram və deyirəm. Bəsdir daha bəsdir yaşamaq ölmək deyi, bir həvəsdir...!!!

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam