Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dilsiz vəhşilərin gözlərindəki nifrət bizlərə nə deyir görən?

 

"Xeberinfo.com":

Uzun illər olardı ki, heyvanlar aləmi deylən yerə yolum düşmürdü. Bu yaxınlarda bu məkana üz tutmuşdum. Bəlkə də sizlərə desəm heç inana bilməzsiniz, yəni heç özümdə gözlərimə inanmırdım. Girişdən ki, içəri daxil olursan, özünü hansısa kafedə kafedə olduğunu hiss etməy bilməzsən. İnsanların çay dəsgahı ətrafındakı söhbətləri, bir- biri ilə deyib – gülmələri hansısa bir istirahət yerini xatırladırdı. Gördüklərimi götür – edərək, ailəmizlə birlikdə heyvanların saxlandığı yerə üz tutduq. Üzüyuxarı qalxdıqca daha nələrə şahid olacağıma heç şübhəm qalmamışdı. Çünki ilk təəssuratlarım belə oldu. Bir az da irəli gedincə, buralar hansısa ticarət mərkəzindən xəbər verirdi. Çünki kiçik ticarət köşklərində yaxşı alver gedirdi. Hər kəsin özünəməxsus satış nöqtasi vardı. Uşaqlı – böyüklü gələn insanlar ürəkləri nə istəsə tapa bilərdilər buralardan( bir təmizlikdən başqa). Deyəsən ürəyimin ağrıyıb, fikirlərimin qarışması da bundan sonra başladı. Deyək ki, çox yaxşı, bura gələn insanlar öz istədiklərini rahat tapa bilirlər. Pul qazanəb alver edən də öz ailəsinə çörəkpulu apara bilir. Bütün bunları ürəyimdə çəh – çevir edib hərdən özümə də sual verirdim: görəsən mənim gördüklərimi görüb, mənim kimi düşünə bilən varmı ki, qəlbində təəssüf hissi keçirsin. Axı, valideynlər hər gün olmasa da, övlarlarını vaxtaşırı meşədə yaşayan, indi isə insanların əlinə əsir düşmüş bu vəhşiləri ziyarət etməyə gətirirlər. O cümlədən, biz də bu düşüncə ilə bu məkana üz tumuşduq. İlk tanışlığımız hasarın o üzündəki vəhşilərdən meşələr şahı aslan, xallı bəbir, pələng və ayı ilə oldu. Onu da qeyd edim ki, meşələr şahı aslan öz taxtı – tacı adına layiq olmadığından, çəkilib kənardan insanlara çox qəzəblə baxırdı. Sanki insanlara demək istəyirdi: sizlər aslan adıma qiymət vermədən nə günə qoydunuz məni. Mənim qürurum ayaqlar altındadır. Hətta onun gözlərindəki nifrəti də sezə bildim. Hirsli bəbiri, ora –bura var – gəl edən, pələngi görəndə hiss etdim ki, onlar da meşələr şahı aslanın düşündüyü kimi düşünürlər. Bütün bunlara bu canlıların haqqı vardı. Çünki vaxtlı – vaxtında qidalanmadıqları görnüşlərindən hiss olunurdu. Yazıqların qabırğaları barmaqla sayılırdı. Heyvanları belə əsəbi görəndə, gözlərim nəzarətçini axtardı. Dedim ki, bir hadisə baş verərsə, insanlara heç olmasa, kömək etsinlər. Təəssüflə qeyd edim ki, onları heç yerdə görə bilmədim. Hər halda heyvanlara tamaşa edənlərin arasında çox nadinc uşaqlar vardı ki, valideynləri onlara nəzarət edə bilmirdilər. Onsuz da dərdləri başlarından aşan zavallıları hasarın o üzündə uşaqlar əsəbləşdirən zaman, nəzarətçi köməyə gələr. Həmdəki uşaqların valideynlərinə tapşırıq verər. Axı bu vəhşilərin qızışması təhlükəlidir. İndi isə hasarın o üzündə nər – nərildəyən ayıdan söz edim. Bu çoxçəkili heyvan mırıldana – mırıldana öz ifazatları içərisində eşələnirdi. Hasarın hansı küncünə baxırdınsa, ifrazat yığnağı idi. Murdar görkəmdə görünən ayılar hərdən onlar üçün düzəldilmiş su gölməçəsinə də baş vururaraq, özlərini silkələyən zaman, o natəmiz sular ətrafa yayılırdı. Bu suyun sıçraması, sizçə onlara tamaşa edənlərdən yan keçə bilərdimi? Su gölməçəsi deyəndə, düşünməyin ki, şəffaf sudan söhbət gedir. Görünən suyun gəngi bataqlıqdan seçilmirdi. Zənnimcə, təsəvvür etmək çox da cətin deyildi. Heyvanat baxçası dediyimiz yerdən hansı qoxular gəlirdi burnumuza. Gəzişən zaman məcbur olduq ki, burnumuzu tutaq. Bütün gördüklərimi yazaraq, müqəddəs saydığımız dəvələrdən söz etməmək mümkün deyil. Çox guman ki, bu yazıq dəvələrin aqibətini peyğımbərimiz görsəydi, özü lənət edərdi. Məncə, bütün müsəlman dünyası bilir ki, dəvə ALLAH rəsulunun ən çox sevdiyi heyvan olmaqla yanaşı, həm də, onun minik vasitəsi olub. Niyə tarixi ənənəyə sadiq qalaraq Allahın bu hetvanına diqqət yetirilmir. Söhbət dəvədən gedirsə, ən çox dəcəl və şıltaq görünən meymunun da heç kefi yox idi. O da bir küncə çəkilib düşdükləri vəziyyətin dərdini çəkirdi. Onun gözlərindəki kini – küdurəti duymaq heç də çətin deyildi.Qartalları görəndə isə ürəyim daha da çox ağrıdı. Ucalarda yaşayan, göylərdə qıy vuran qartalı qanadı sınmış vəziyyətdə görən insan, sizcə, nə düşünə bilər? Çox heyvanları gördüm. Milə - muğana yaraşan ceyranı görəndə isə Səməd Vurğun yadıma düşdü. Axı şairimiz ceyran haqqında şeirlər yazaraq, onu vəsf etmişdi. Onu belə qolu qırıq vəziyyətdə görsəydi, şairimiz hansı hissləri keçirərdi? Çqx güman ki, bəddua edərdi. Xülasə, hər heyvanın gözlərində kin, nifrət olmaqla yanaşı, bir küskünlük də vardır. Hətta, dilləri olsaydı, öz dərdlərini jurnalistlərə müsahibə verərək bölüşərdilər. Sizlərə bir xatırlatma edim ki, buralarda natəmizlikdən, pis qoxudan başqa, əcaib formalı həşaratlar da gözümə dəyirdi. Yorulub, skamyaların birində əyləşmişdim. Ayağa qalxanda bir həşaratın mənim paltarıma yapışdığının şahidi oldum. Əcaib heyvanı görüncə,həm qorxdum, həm də iyrəndim. Amma yaşımı nəzərə alaraq, qışqıra bilmədim. Birtəhər paltarımdan qoparıb, atdım. Gəlin indi düşünək, bu yerə gündə nə qədər insanlar axın edir, gələnlərin içində ata – ana olmaqla yanaşı, nənələr babalar da var. Aralarında yorulanı olsa, skamyalarda əyləşəcəklər. Evə dönəndə isə üst- başları həşaratla dolu dönəcəklər. Belə olan təqdirdə hansı infeksiyalar evlərə yol tapacaq, siz düşünün. Niyə hər bir vətəndaş arı – ayrılıqda öz haqq səsini qaldırmır ki, niyə antisanitar vəziyyətə nəzarət edən yoxdur. Sözsüz ki, bu heyvanxana özəl deyil. Bu “ZOOPARK” dediyimiz yeri dövlət maliyyələşdirdiyi halda, niyə bu yazıq heyvanlar belə vəziyyətdə yaşamalıdır. Bəs buradan götürülən məbləğ hara xərclənir? Allahın yaratdığı bu gözəlliyi insanlara nümayiş etdirdiyiniz halda, bəs niyə qeydinə qalmırsınız? Bir onu deyə bilərəm, “vallah, qisas qiyamətə qalmaz”. İnşəALLAH, Allahın lənətinə gələn gününüz olar. Hərdən özümüzü öyərək, deyirik, bizim xalqımız Avropadan çox şey öyrənir. Yox, məncə, bu yalnışdır. Bizim gözlərimiz ancaq və ancaq onun modasına açıqdır. “Hümanizm” deyilən anlayışdan xəbərimiz yoxdur. Niyə Avropalıların Allahın yaratdıqlarına olan humanizmindən dərs götürə bilmirik? Bir halda ki, müsəlman dövlətiyik. Nə olsun ki, Allah bu heyvanları insanlardan fərqləndirmək üçün şüursuz və dilsiz yaradıb. Bəs sizlər şüurlu insan olaraq niyə dərk etmirsiniz ki, Allahın yaratdığı heç bir canlıya etinasız, biganə münasibət olmaz. Bu yerə sahiblik edən vətəndaş başa düşməlidir ki, bu heyvanların haqqı onlarlın üzərindədir. Axirət günü cavab verməli olacaqlar. Qorxun Allahdan və bir anlığa özünüzü hasarın o biri üzərində təsəvvür edin. Mən daha artıq söz yazmaq fikrində deyləm.
Qeyd:
Valideynlər, sizə müraciət edirəm. Öz övladlarınızı belə yerlərə gətirəndə, mütləq özünüzlə infeksiya əlehinə maska, spirt və sterilizə olunmuş nəm safetka götürməyi unutmayın. Yorulub, skamyalarda əyləşəndə, ətrafınıza baxmağı da dayaddan çıxarmayın. Çünki, üst – başınıza tanış olmadığınız həşaratlar yapışa bilər. Ayağa qalxanda isə paltarınızı çırpın. Nə edək, yeməkdən ümid yaxşıdır deyib, gözləyək. Görək, bu yazıq heyvanların bu məkanı özlərinin söz verdiyi kimi, nə vaxt genişlənib, şəhərdən kənarda, təmiz yer taparaq bizlərə xidmət edəcək. 

 

TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam