Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kimdir günahkar?


 

  Xeberinfo.com:   Təsəvvür edin ki, ovqatınız əladır. Qabağınızda xoruz quyruğu çay ekran qarşısında oturub həvəslə hansısa verilişə baxırsınız. Və birdən elə bir kadır göstərirlər ki, birdən-birə əhval-ruhiyən pozulur, televizoru söndürüb,əlindəki pultu da tolazlayırsan hara gəldi. Daha pultun sınması, xarab olması gözünə görünmür. Ağzına gələni də verilişi ərsəyə gətirənin qarasınca deyirsən. Hətta iş o yerə çatır ki, kanaldan, ya da verilişdən küsüb birdə baxmırsan.

   Bu günlərdə mən belə bir vəziyyətə düşdüm. Doğrudur, mən televizoru söndürmədim, nə də kanalı dəyişmədim. Çünki həmin verilişə məndən başqa da baxanlar vardı. Onların tamaşaçı haqqını tapdalaya bilməzdim. Sadəcə ovqatım pozuldu və mən verilişdən küsüb dilxor-dilxor yataq otağına keçdim. Çarpayıya uzanıb düşünüb- daşındım, kimin günahkar olduğunu götür-qoy elədim, əsəblərim gərildi. Bayaqkı gözəl ovqatdan əsər-əlamət qalmadı. Axı bu niyə belə olur, niyə mənim gül kimi ovqatımı bir anın içində korladılar? Mən verilişin sonuna kimi ona baxmalıydım,- deyə öz-özümə xeyli cavabsız, tapa bilmədiyim  suallar verdim.

   Dəyərli oxucular, məni kimin və kimlərinsə intizarda saxlamağını sevmədiyim kimi, heç kimi də intizarda saxlamağı sevmirəm. Ona görə də keçirəm mətləbə. Bu günlərdə gözəl əhval-ruhiyə ilə, xoş ovqatla, qarşımda da pürəngi çay  ATV kanalında Zaur Baxşaliyevin "Bizimləsən" verilişinə baxırdım. Zaurun qonaqları da Neftçala rayonundan olan bir neçə nəfər sənət adamları idi.

  Hər kəsə məlumdur ki, Zaur Baxşəliyev verilişin əvvəlində qonaqlarından birini verilişin sonuna kimi intizarda saxlayır. Və bu intizar anonsunu dəfələrlə səsləndirir. Bu dəfə hədəfdə müğənni Faud Dadaşov idi. Qabaqcadan dönə-dönə olunan anonsda deyilirdi ki, studiyaya illərlə müğənninin görmədiyi, ağlına gətirmədiyi bir nəfər gələcək və Faud bundan şoka düşəcək. Bir tamaşaçı kimi müğənnin görüşünə kimin gələcəyi bəlkə də ondan çox məni maraqlandırırdı. İntizarla və bir az da həyacanla qonağın gəlişini gözləyirdim. Sanki intizarda qoyulan, ürəyi çəkilən Fuad yox, mən idim. Nəhayət vaxt çatdı və Fuad qarışıq bütün iştirakçıların intizar baxışları dikildi qapıya. Qapı yavaş-yavaş açıldı və studiyaya sarışın yaşlı bir qadın daxil oldu. İlk baxışdan qadının bizim millətdən olmadığı bilinirdi. Fuad qadını qarşılamaq üçün ayağa qalxdı və irəli yeriyib qadınla qucaqlaşdı. Məlum oldu ki, müğınnini şoka salan, heyrətləndirən milliyətçə rusdur və orta məktəbdə sinif rəhbəri olmaqla yanaşı, həm də Fuadın alman dili müəllimi olub.

   Məni təəccübləndirən və narahat edən uzun illər əyalətdə yaşayan, oranın havasını udan, çörəyini yeyib, suyunu içən bu rus xanımı bir kəlmə vətəndaşı olduğu millətin dilində danışmadı və yaxud da danışmağı bacarmadı. Danışmamaq olar, amma danışa bilməmək ən bağışlanmaz bir səhvdir. 40-50 il bir millətin içində yaşayasan, onun dilini öyrənməyəsən. Bu həmin millətə qarşı saymamazlıq, hörmətsizlik, ona yuxardan aşağı baxmaq kimi bir şeydir. Hətta mən deyərdim ki, təhqirdir, aşağılamaqdır. Dərd budur ki, bu adam dilçi müəllimdir, ziyalıdır.Həmin qadının efirə çıxarılması da Zaur tərəfindən çox milyonlu tamaşaçılara və onun verilişinin izləyicilərinə qarşı hörmətsizlikdir.

  Hərdən TV-də əcnəbi vətəndaşların yarım ilə, bir ilə dilimizi öyrənib yaxşı-pis danışması məndə ruh yüksəkliyinə, qürurlanmağa səbəb olur. Amma Azərbaycan vətəndaşının Azərbaycan dilində danışa bilməməsi (özü də ata, anasının, özünün burda doğulanın)  adamda qəzəb və nifrət oyadır.

  Biz bir millət olaraq heç vaxt içimizdə yaşayan etnik qrupların nümayəndələrinə nəyinki dilimizi öyrətməmişik, heç sevdirməmişik də. Beş nəfər bizdən, bir nəfər onlardan olanda beşimiz də çalışmışıq (bilib, bilməməyimizdən asılı olmayaraq) ki, qarsımızdakı etnikin dilində danışaq. Bununla həm də etniklərə yarınmağı, yaltaqlanmağı öyrənmişik.

  Bütün zamanlarda Azərbaycan dilinin bal şirinliyindən bəhrələnib qidalanan, bu dildə yazıb-yaradan, danışan yüzlərlə şair, yazıçı, alim və başqa-başqa sənət- peşə sahibləri olublar. Onlar bu dilin necə şirin və öyrənilməsinin asan olduğunu bildiriblər. Çox təəssüf ki, biz bu şirin dilin şirinliyi etniklərimizə daddıra bilməmişik. Türklər demiş, yazıqlar olsun bizlərə!

 

                            

Məhərrəm Şəmkirli 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam