Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

ŞİŞTƏPƏ HƏQİQƏTLƏRİ

 Yenixeber.org: Son illər Azərbaycanda kitab çapı geniş vüsət almışdır. Hərkəs kitab yazır və çox asanlıqla, heç bir qrumun qadağası, maneçiliyi olmadan pulunu verib, 200, 300,500, ən uzağı isə1000 nüsxə tirajla istədiyi nəşriyyatda çap elətdirir. Bir az şişirtmə olsada deməliyəm ki, bu gün kitab oxuyanlardan çox, kitab yazanlar var. Necə yazdıqlarını da bir özləri, Bir Allahları və bir də az sayda oxucuları bilir.

Bu gün şeir, hekayə, povest, roman yazmayan, amma xeyli kitabı nəşir olunan o qədər insanlar var ki, onlar doğulduqları el- oba haqqında araşdırmalar aparır, oranın tarixini, adət- ənənələrini, məişətini, bu bu gününü, tarixi şəxsiyyətlərini yazıb oxuculara çatdırırlar.

Bu qəbildən olan kitablardan biri qarşımdadır. Adı: "Ayıblı kəndinin əhvalatları"dır. Müəllifini çoxdan tanıdığım, özünə və sözünə böyük dəyər verdiyim Şahbaz Qarayevdir. Şahbaz Qarayev qalın qabıqlı 322 səhifəlik kitabını ülvü bir sevgiylə doğulub boya- başa çatdığı kəndinin dünəninə, Bu gününə, adət- ənələrinə, yetirmələrinə, onların sosial həyat tərzinə həsr etmişdir.

Kitaba tanınmış jurnalist Müsəllim Həsənov maraqlı ön söz yazmışdır.

Qədim Şəmkir yurdunda bir kənd var. Adı Şiştəpədir Qabaqkı adı Ayıblı olub. Dəyərli dostum Nizami Tapdıqoğlu "Şəmkir rayonu və onun toponomiyası"kitabında yazır "Deyilənə görə, kəndə su arxı çəkmək üçün xx əsrin əvvəllərində mühəndis dəvət olunur. Sənədləşmə işi apararkən mühəndis kəndin adını soruşduqda bir nəfər ağsaqqal ucu şiş dağı göstərərək,- "Şiştəpə" deyir. Elə o vaxtdan - yəni 1924- cü

ildən kəndin adı Şiştəpə adlanır ". Bu gün Azərbaycanda az adam olar ki, Şiştəpəni zənginlər kəndi kimi tanımasn. Hətta Rusiyanın Sankt- Peterburuq şəhərinin sakinləri Azərbaycanın bu kiçik coğrafi məkanını vilalar şəhəri kimi tanıyırlar. Artıq Şiştəpə insanların şüruna bir fonemen kimi daxil olub. Bu kəndin bütün adamlarını (mübağiləli olsa da) camaat biznesmen, kommersant adlandırır.

Bu yerdə həmikarım Mütəllim Həsənovun bir sitatını misal gətirməsəm Oxucular Şiştəpə haqqında tam təsəvvür əldə edə bilməzlər. ,,... Sovet dövründə mən Universitetin son kursunda oxuyarkən dostların dəvəti ilə Lelinqrada getmişdim. Günlərin birində bizi küçədə milis əməkdaşları saxlayıb sənədlərimizi yoxladı. Mənim pasportumla tələbə biletimi tutuşduran milis əməkdaşının təəccübünü hələ də unuda bilmirəm: "Şiştəpəli və univeristet tələbəsi?!".

Vaxtıyla "beliçatılılar", "vaqondağıdanlar" və "spekulyant" kimi tanınan Şiştəpəlilər bu gün biznesmen, kommersant, el- oba təssübkeşi, vətənpərvər, insanpərvər, qəhraman kimi tanınırlar.

Ataların bir sözü var: "Əslini danan haramzdə olar". Atalarımızın bu müdrik kəlamını unutmayan müəllif kitabın əvvəlindən sonuna kimi kəndcilərinin dünənini və bu gününü təkzib olunmaz faktlarla doğru- dürüst oxucuların diqqətinə çatdırır. "Beliçatılılar", "vaqondağıdanlar" dedikdə Şahbaz müəllim tayfalarının "işgüzarlığın"dan söhbət açır. Hər iki sənətin sahibləri qonşu kəndlərdən malqara oğurlamaqla, Zəyəm stansiyasında vaqon dağıtmaqla məşğul olublar. Müəllif yerlilərinin bu hərəkətin təqdir eləmir, qınamırda. Günahı zamanın, şəraitin üstünə ünvanlayır.

Zaman dəyişir "beliçatılılar"da, "vaqondağıdanlar" da bu fəaliyyətlərini dayandırıb başlayırlar alqı- satqıyla çörək qazanmağa. Bunu da sovet quruluşu "spekulyant" adlandırır.

Ömrünü başa vurub tarixin arxivinə atılan Sovet hakimiyyətinin son illərində yeni terminlər- biznesmen, kommersant yaranır. Ölkədə bu gün Şiştəpəlilər bu sahənin birinciləri və bərk gedənləri kimi tanınırlar. Onu da deyim ki, bu sahənin birinciləri və bərk gedənləri haqqında xalq arasında rəvayətlər, məzəli söhbətlər, hətta lətifələr belə yaranır. Bu sahədə Şiştəpəlilər də istisna deyillər.

Şou- biznes əhli arasında belə bir əfsanə dolaşır ki, Şiştəpədə bir toyda qazanılan pulla Xəzərin sahilində babat villa almaq olur. Bu şişirtmədir, reallıq deyil. Heç kim pulu yerdən yığmır. Onu böyük zəhmət və ağıl bahasına qazanır. Zəhmətlə, alın təriylə qazanılan pul da heç vaxt havaya sovrulmaz. Amma bir həqiqət var ki, Şiştəpəlilər toy şənliklərini böyük təm- təraxla keçirirlər, müğənnilərə də yaxşı pul verirlər. "Varlığa nə darlıq"- deyib atalar.

Ön sözün müəllifi Müsəllim Həsənov doğru olaraq vurğulayır ki, belə araşdırma kitabları böyük səbir və zəhmət bahasına ərsəyə gəlir. Şahbaz müəllim bu kitabı başa gətirmək üçün uzun illər kitabxanalarda. arxivlərdə çalışıb, yaşlı kənd sakinləri ilə təmasda olub, onların söhbətlərini dinləyib, xatirələrini qələmə alıb. Nəticədə də Şiştəpə və Şiştəpəlilər haqqında maraqlı faktlar, əhvalatlar, lətifələr, deyimlər, bir sözlə Şiştəpə həqiqətləri adlı bir kitab yazıb.

Bu günkü Şiştəpə 1924- cü ilə kimi Ayıblı adlanıb. Yerli sakinlər bu ad çəkilləndə utanıblar, xəcalət çəkib qızarıblar. Bu da taponimin mənasını bilməməkdən, anlamamaqdan irəli gəlib.

Şahbaz müəllim uzun axtarışdan, araşdırmadan sonra müəyyən edib ki, Ayıplılar qədim alp (alplı) tayfalarının nümayəndələridir. Onların çox qədim və keşməkeşli, eləcə də şərəfli tarixləri olub. Ayıblılar türk dilli, türk soylu, oğuzların əfşar tayfalarının Əmirli (İmirli) qoluna mənsub olublar. Şahbaz müəllimin bu fikirini tarixi araşdırıcı Ənvər Çingizoğlu da təsdiq edir. O, yazır ki, tarixi mənbələrdən məlum olur ki, tayfanın, kəndin, elin- obanın adı Ayıblı və Əyyublu kimi göstərilir. Azərbaycan zorla Çar Rusiyasına

birləşdirildikdən sonra "ə" hərifiylə yazılan sözlə yazılan bütün yer adları "a"yla yazılır. Və beləliklə Əyyublu olur Ayıblı.

Başqa bir alim Aydın Dadaşov 2012- ci ildə nəşr olunmuş "Qarabəy Qarabəyov" kitabında "ayıblı" sözünə belə bir aydınlıq gətirir. "Nadir şahın Xorasandan köçürtdüyü əfşarların sünni təriqətli Alp tayfasının məskunlaşdığı, ətrafdakı şiəliyin yayıldığı 40 yaxın kəndin əhalisinin "Ayıblı" adlandırdığı bu yaşayış məntəqəsi 1924-cü ildən Şiştəpə adlanır".

Burdan da belə məlum olur ki, Yuxarı və Aşağı Əyyublu (Ayıblı) kəndində yaşayan Alplar sünni məzhəbinə mənsub olduqlarına görə şiə təriqətlilər kinayə ilə onlara "ayıblılar" deyə xitab etmişlər.

Şahbaz Qarayevin yazdığı kimi Şiştəpəlilər "beliçatılılar", "vaqondağıdanlar" kimi yox, həm də tarixi şəxsiyyətlər, görkəmli alimlər, yüksək çinli qəhraman hərbiçilər, ziyalılar və s. kimi tanınır. Belə tarixi şəxsiyyətlərdən biri də Qarabəy Qarabəyov olub. Qarabəy həkim, siyasətçi, ictimai xadim, naşir və partiya sədri olmuşdur. Həyat ona həyatın bütün üzünü göstərmişdir. Bu tarixi şəxsiyyətin həyat və fəaliyyəti haqqında professor Aydın Dadaşov "Qarabəy Qarabəyov" adlı iri həcmili kitab yazmışdır. Yəqin ki, diqqətli oxucular Azərbaycan Xalq Cümhüriyyətinin qurucularından biri olan bu şəxsiyyəti tanımamış olmazlar. Təkrar da olsa mən də bu yazımda oxucuların yaddaşını təzələmək üçün Qarabəy haqqında qısa məlumat vermək istəyirəm.

Qarabəy İsmayıl oğlu Qarabəyov 1873- cü ilin yanvar ayının 14- də Gəncə quberniyasının, Yuxarı Ayıblı kəndində bəy (Böyük Ağa) ailəsində anadan olmuşdur. Lisey, gimnaziya, universitet təhsili alan, zəngin bilik sahibi olan Qarabəy Azərbaycanın ictimai- siyasi həyatında fəal iştirak etmişdir.

Dirinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş "Vəhşi diviziya"nın baş həkimi kimi çalışır. O, böyük iradə sahibi, böyük təşkilatçı idi. Bu keyfiyyətlərinə görə onun haqqında həqiqətə uyğun olmayan şayələr gəzirdi. T. Svyatovski onu "monarxist", sovet tarixçiləri "çar və sultan" xəfiyyəsi, "musavat salnaməçisi", M. B. Məmmədzadə isə "rus cəsusu" kimi xarakterizə edirdilər. Əslində isə Qarabəy bir vətən fədaisi idi. "İttihat" partiyasının başçısı, "Kaspi" və "Yeni həyat" qəzetlərinin naşiri, AXC parlament üzvü kimi böyük işlər görürdü

Azərbaycan hər zaman müxtəlif dinlərin, təriqətlərinin nümayəndələrinin birgə, mehirban yaşadığı coğrafi məkan olub. Tarixdən məlumdur ki, 19- cu əsrin birinci yarsında çar hökumətinin icazəsi ilə alman koloniyası Ön Qafqaza köçürülmüşdür ki, onlardan bir qrupu da Azərbaycanın müxtəlif bölgələrinə köçürülmüşlər. Bu bölgələrdən biri də Şəmkir və onun bir neçə yaşayış məkanı olmuşdur. Elə həmin vaxtdan Şəmkir 1938- ci ilə kim Annenfeld adlandırılmışdır. Almanlar Şəmkirlə yanaşı Engiliskənddə (İrmaşlı), Lelinkənddə (Çinarlı) də məskunlaşmışlar.İkinci dünya müharibəsi başlayanda Sovet hökuməti onları bir nəfər kimi uzaq Qazaxstana və Sibirə sürgün etmişdi.

Şahbaz müəllim almanlarla yerli sakinlər arasında olan dostluqdan, mehirbançılıqdan (yaşlı adamların xatirələrini dinləməklə), onların yerli camaatdan fərqli olaraq daha sivil qaydada yaşamalaıından söhbət açır.

Hər bir elin- obanın tarixdə izi var. Bu izi orda doğulan insanlar qoyurlar. Bu baxımdan Ayıblılar da istisnalıq təşkil etmirlər. Onlar istər rus- yapon, istərsə də birinci dünya müharibəsinin iştirakçısı olmuşlar. Bir sözlə xx əsrdə dünyada baş verən hadisələrin az, çox dərəcədə iştiraçısı olmuşlar.

Şahbaz müəllim uzun axtarışdan sonra "Dikaya diviziya"da vuruşmuş həmikəndlilərinin adlarını öyrənmişdir.Bunlar diviziyanın baş həkimi Qarabəy Qarabəyov, Məsim Aslan oğlu, Yusif kişi, Paşa Həmid oğlu olmuşlar.

Aşağı Ayıblılar 1918- ci ildə Azərbaycan xalqını bolşevik- daşnak qırğınından xilas etmək üçün Azərbaycana gəlmiş Nuru Paşanın ordusunda Qaraməryəm ətrafında gedən döyüşlərdə də fəal iştirak etmişlər. Bu döyüşlərdə 3 nəfər Şiştəpəli şəhid olmuşdur.

İkinci dünya müharibəsinə 200 nəfərdən çox şiştəpəli səfərbər olunmuş, onlardan həlak olan, itkin düşən, sağ-salaman evinə qayıdan da olmuşdur. Həlak olanların xatirəsinə kənddə abidə ucaldılmlşdır.

Sonralar başımıza gətirilən 20 Yanvar qırğınında şəhid olan ovladlarının xatirəsinə də abidə qoyulmuşdur.

Yazımın əvvəlində qey etmişəm ki, Şiştəpəlilər ölkədə baş verən hadisələrdə hər zaman öndə olanlardandırlar. Onlar Vətənimizin ərazi bütövlüyü uğurunda da öndə olmuş, qəhramanlıq, igidlik göstərib şəhid olub, Allahın ən çox sevdiyi bəndələrindən olmuşlar.

Şahbaz Qarayevin kitabının "Adət- ənənələrimiz və məişətimiz" bölümündə insanların unudub yaddan çıxarmadığı, yaşatdığı adətlərindən, məişət qayğılarından qürurla söhbət açır. onu təqdir edir. Və kitabda qız, gəlinlərin, nənələrin böyük zöbqlə toxudu kilimlərdən, xalçalardan, çuvallardan, xurcunlardan, heybələrdən söhbət açıb, onların fotolarını verib. Bu nümunələrin hər birində bir ustalıq, bir peşəkarlıq olduğunu hiss edirsən.

Bildiyimiz kimi bahar bayramı Azərbaycanın ən qədim milli bayramıdır. Bu bayramın dörd çərşənbəsi olduğunu da bilirik. Amma bəzən bu çərşənbələrin ardıcıllığını pozanlar da olur. Şahbaz müəllim çərşəmbələrin ardıcıllığını belə verb: Yel ( bəzən ona xəbərçi çərşənbə də deyirlər) ,Bu çərşənbədə əsən küləklər ağacların,otların və s. yerə tökdüyü toxumları müxtəlif yerlərə səpələyir. Səpələnmiş toxumlar torpaqda öz yerini tutur.Toxumun cücərməsi üçün ona su lazımdır. Üçüncü çərşənbə Su çərşənbəsidir. Sulanmış toxumlara indi istilik lazımdır. Son çərşənbə Od çərşənbəsidir ki,onda da havalar istiləşir, toxumlar cücərməyə başlayır. Mənə elə gəlir ki, məntiqə əsaslanan bu ardıcıllığı təkzib etmək olmaz.

Şahbaz Qarayev kitabında Şiştəpədəki tarixi abidələrdən- kəhriz və dəyirmanlardan da geniş şəkildə bəhs edir. Burda mənim üçün (bəlkə də çoxları üçün) yeni olan bir faktla rastlaşdım. Bu fakt nədir? Dədə Ələskərin Zöhrə adlı qadınla deyişməs var. Müəllif o deyişmədən dörd bəndi oxuculara təqdim edib.

Aşiq oldum bir nainsaf millətə,

Qolu bağlı məni verdi cəllətə,

İncilə, Zəbura, Səhvə, Tövrətə,

And verirəmQurana, dedin, nə dedi?

Yəqin ki, misraları oxuyanda Ələskərin dörd yox, beş müqəddəs kitabın adını çəkdiyini görürsünüz. Bu müəllif kimi məni də təəccübləndirdi. Axı səmavı kitabların indiyə kimi dörd olduğunu bilirdik. Bəs bu beşinci hardan çıxdı? Şahbaz müəllim oxucuları intizarda qoymamaq üçün tanıdığı insanlardan bunu soruşur. Amma heç kim onu qane edəcək cavabı vermir. Onun sorğusuna kəndin mollası Nəsir Bəylər oğlu belə cavab vermişdir : ""Səhvə" səmavi kitabdır, adı var, özü yoxdur".

Şiştəpəlilərin biznesmen və kommersant olduğunu bilməyən yoxdur. Müəllif Otto Bismarkdan belə bir kəlam verib: "Pulu qazanmaq qoçaqlıqdır, saxlamaq səxavətlilikdir, xəcləmək isə incəsənətdir". Ottonun bu kəlamını vergülünə, nöqtəsinə toxunmadan bütünlüklə Şiştəpəlilərə şamil etmək olar. Onlar pulu böyük zəhmət bahasına halalıqla qazanmağı da, səxavətlə saxlayıb xalq üçün xərcləməyi də gözəl bacarırlar. Misir Əli oğlu Alırzayev öz vəsaiti hesabına 24 kilometr məsafədən- Zəyəm çayından böyük diametrli dəmir borularla su çəkdirib, Seyfəddin Oruc oğlu kəndin mərkəzində kənd sakinlərinin mənalı

və rahat istirahəti üçün park saldırıb, başda Təhməz olmaqla Aslanov qardaşları Suludərə üzərindəki körpüdə, Alırzayev qardaşları Gəncə küçəsindəki körpüdə təmir- bərpa işləri aparmışlar. Şiştəpənin başqa bir oğlu Ukrayna respublikasının Nikolayev vilayətində 416- cı Taqaranoq diviziyasının şərəfinə möhtəşəm bir abidə ucaltdırıb. Görürsünüzmü, bu insanlar qazandıqları pulları hansı sevgiylə xərcləyirlər.

Bu gün Şiştəpəlilər ölkədə təkcə biznesmen və kommersant kimi yox, həm də görkəmli alimləri ziyalıları, qəhramanları, igid övlatları ilə də tanınırlar. Polkovnik Hümbət Məhəmməd oğlu İsmayılovun iki oğlu Taryel fizika- riyaziyyar üzürə, Etibar isə kimiya üzürə elmilər doktorlarıdırlar, Musa Abbasov, Məhərrəm Məmmədov, Şəhla Nağıyeva, Vilayət Salahov, Rövşən Nazanlı, Arifə Adgözəlova, Vüqar Qasımlı elmin müxtəlif sahələri üzürə istedadlı alimdirlər.

Müəllifin qey etdiyi kimi bu gün Şiştəpəlilər "beliçatıl"lıqdan, "vaqondağıdan"lıqdan tamam uzaq dövrü yaşayırlar. Bu dövürə Şahbaz müəllim "kişilik" dövrü deyir. Son olaraq mən də deyirəm: Şiştəpəlilər, kişilik, mərdlik dövrünüz mübarək!

Məhərrəm Şəmkirli,

AYB-nin və AJB-nin üzvü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam