Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

MƏMMƏDƏLİNİN BİZİ...

 

"Xeberinfo.com":  Məmmədəli kişi 15 il olardı ki, şəhərə gəlmirdi. Bu günlərdə şəhərdə yaşayan əmisi oğlu qızının toyuna çağırmışdı. Qatardan düşüb payi-piyada əmioğlugilə yollandı. Dəmir yolu vağzalına yaxın olurdular. Məmmədəli səki ilə getmək istədi, amma səki ilə getməyin mümkünsüz olduğunu görüb maşın yoluna düşdü. Bu vaxt yüksək sürətlə gedən maşın az qaldı ki, onu vurub o dünyalıq eləsin. Bir təhər özünün səkidə lövbər salmış maşının üstünə atdı. Sürücü biədəb bir söyüş söydü. Məmmədəlidə borclu qalmadı, o da söydü. Sonra sürücüyə:

- Korsan, səkidəki maşınları görmürsən?

- Kor deyiləm, görürəm. Get şəhərin merindən soruş gör, o da görürmü?

Məmmədəli başı alovlu özünü saldı mer müəllimin yanına.

- A kişi, bu maşınlar nədi?

                                   

Mer təmkinini pozmadan:

- Onu məndən yox, şəhər yol polisinin rəisindən soruş.

Məmmədəli kişi mer müəllimin yanından çıxıb birbaşa gedir şəhər yol polsinin rəisinin yanına:

- Hörmətli yol polisinin rəisi, sizdən soruşuram, mənim yolumun üstündəki maşınlar nədir?

Yol polisinin rəisi təəccüblə Məmmədəliyə:

- Sənin şəxsi yolun var?

- Şəxsi yox, ümumi. Məgər səkilər maşınsız vətəndaşlar üçün deyil?

- Təbii ki, onlar üçündür.

- Belə olan halda nə üçün səkiləri maşınlar tutub?

- A kişi, nə bilim niyə tutublar? Get onu Dövlət Yol Polisinin rəisindən soruş, belə şeyləri mən bilmərəm.

Məmmədəli bu rəisin də yanından çıxıb daha böyük rəisin yanına yol alır. Saatlarla mindiyi avtobusda, tıxacda qalan Məmmədəli çətinliklə də olsa böyük rəisin yanına gəlir. Salam verir “əleyki” gözləyir və birdən yadına düşür ki, bu ölkədə məmurlar sadə adamların salamını almır. Təmkinini pozmadan ondan soruşur:

- Cənab rəis, deyə bilərsinizmi, şəhərin səkilərindəki nədir?

-  Necə nədir, rəhmətliyin oğlu, maşındır da

tanımırsan?

         - Tanımağına tanıyıram, məni elə də avam bilmə, amma bilmirəm niyə o maşınları mənim yolumun üstünə qoyublar?

Rəis Məmmədəlinin nə dediyini indi anladı və onu başından eləmək üçün:

- O mənlik deyil, get onu...

         Məmmədəli bu yerdə qəzəblə onun sözünü kəsərək:

         - “BMT-nin baş katibindən soruş” demək istəyirsən, hə? – deyib yanından çıxdı.

         Yolda çox düşünüb-daşınandan sonra şəhərdə pinəçi işləyən uşaqlıq dostunun yanına getdi. Çoxdan Məmmədəlini görməyən pinəçi sevinc qarışıq təəccüblə: “Xeyir ola, qardaş, sən hara, şəhər hara?”-dedi. Məmmədəli: “Heç, bir balaca şəhərdə işim vardı”-dedi və ardınca da soruşdu: “Səndə iti biz var?”

         Məmmədəlinin sualına pinəçi dostu şaqqanaq çəkib gülür:

         - Ə, bizi neynirsən? Ayaqqabın cırılıb, utanma, ver tikim. Onsuz indi ayaqqabılar iki günlükdü.

         Məmmədəli  qayıtdı ki, narahat olma, ayaqqabım, zad cırılmayıb, başqa şeyə lazımdır. Dostu təkid etdi:

- Axı bu biz şəhərdə sənin nəyinə lazımdır?

- Sonra bilərsən, sən bir yaxşısını iki günlük ver mənə.

Pinəçi bir top bizin içərisindən bir tarazını seçib, Məmmədəliyə verdi. Məmmədəli bizi alan kimi dostundan aralandı. Səhəri gün axşam bütün televiziya kanallarında belə bir xəbər dolaşır: “Şəhərimizdə maşın manyakı peyda olub. O, gün ərzində 60 ədəd “Mersedes”in, 50 ədəd “Jiquli”nin və 48 ədəd “Cip”in “kapot”larında, “krılo”larında, qapılarında iti alətlə şırımlar açıb. Çox maraqlıdır ki, zərərçəkən maşınlar ancaq səkidə saxlanılan maşınlar olmuşdur. Dövlət Yol Polisinin əmri ilə axtarış elan olunmuşdur. Əziz tamaşaçılar, maşın manyakı tapılan kimi sizlərə xəbər verəcəyik. Bizi izləməyi unutmayın”.

Xəbəri eşidən pinəçi indi bildi Məmmədəlinin bizi nə üçün istədiyini.

 

04.09.2010

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam