Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

LƏYAQƏT SİMVOLU

                                                       

                              Birinci sənədli hekayə

     "Xeberinfo.com": Böyük övladım Rəşid  müxəmməslərimi bir qədər dinlədikdən  sonra hal-hazırda şeirin oxunmadığını deyib yaradıcılığımda  məni məşhur ingilis yazıçısı Cek London  kimi görmək istədiyini bildirdi. Şübhəziz ki, mən Cek London dövründə yaşamadığımdan, onun səviyyəsində olmadığımdan onun kimi də yaza bilməzdim. Ancaq yaşadığımız dövrdə gördüyüm və içərisində olduğum faciələri, insanı qəlbən ağrıdan hadisələri qələmə almaq imkanım olduğundan silsilələrlə sənədli hekayələr yazmağa üstünlük verəsi oldum.

Lüğətdə “Ləyaqət” sözü şərəf, heysiyyət, mənlik  kimi (Ləyaqətinə görə qiymətləndirmək), “Simvol” sözü isə rəmz, işarə əlaməti kimi izah olunur. Bir də belə deyilir ki, “Üç rəng Milli Bayrağımızın simvoludur”, “Yaşıl rəng-İslamın rəmzidir”, “Ulduz əbədiyyət rəmzi olan Günəşdir”,  “Göyərçin sülh simvoludur”. “Sünbül bolluq rəmzidir”. Bəs onda ləyaqətin simvolu-rəmzi daha kim, necə, nə ola bilər? Qeyd edilənləri daha  kimlərə şamil etmək mümkündür?                                                             

   Anam tərəfdən-nənəmin yanında boy atırdım. Müharibənin qızğın vaxtı idi. Bir qədər aralıda əsgərlərin yerdənqazma daxması var idi. Nənəm sac vasitəsilə çörək bişirəndə əsgərlərin bir neçə nəfəri gəlib sacın ətrafında cərgəyə düzülürdülər. Nənəm mənim üçün kökə də bişirirdi. Bişən kimi götürüb əsgərlərə verirdi. Mən çığır-bağır salmaqla etirazımı bildirirdim. Həmin kökəni əsgərlərin başçısı dörd yerə bölür və dörd nəfər həmin anda da kökəni yeyirdilər. Sonra nənəm bişirdiyi iri həcmli çörəklərdən (biz bu formada çörəyə xamralı deyirdik, çəkisi təqribən 0.5 kiloqrm olardı) dörd ədədini əsgərlərin başçısına verirdi. Onlar da çörəyi götürüb öz daxmalarına qayıdırdılar. Hənəm hər dəfə çörək bişirəndə həmin hallar təkrar olurdu.

    Bir gün xəbər gəldi ki, Atam müharibədən gəlib. Məni bir atlı ilə evimizə gətirdilər. Atam taxtda (taxtadan hazırlanmış çarpayı) yatacağın üstündə uzanıb mənə baxır, mən də dinməz-almacığını tam dağıtmışdı. Yaralı yerindən çirk və xır-xınc olmuş sümük qırıntıları gəlirdiyindən Anam hər gün iki dəfə onun alt köynəyini dəyişirdi. Onun yarası sağalandan sonra sağ əli ilə qurumuş, qısalmış qol-biləyindən sallanan bürüşmüş sol əlini lazım gələndə o vaxt dəbdə olan acıq yaıl rəngli gitelinin aşağıdakı yan cibinə qoyar, yaxud çıxardardı. Atamın bu halını görüb bir dəfə zülüm-zülüm ağladım ki, görəsən kimlər atamı nəyə görə bu vəziyyətə salıblar. Bəli, faşizm və şovinizmin törətdiyi yaramazlıqları ilə insanlara sağalmaz dərdlər vermişdi.

   Atam müharibədən əvvəl və sonra da kolxozda məsul vəzifədə işlədiyindən kolxozun əmlakını dağıdanların onu görən gözləri yox imiş. Müharibədən əvvəl həmin yaramazlar evimizə gecələr hücüm edib qapı və pəncərəsini dağıtsalar da içəri girə bilməmiş, Atam tək lülə tüfənglə həmin quldurların birini əlindən yaralamış, qanı həyətə tökülə-tökülə  gedibmiş. Müharibədən sonra da onlar Atamın canından əl çəkmirlər. İşdən sonra gecələr evə qayıdanda onu güdür, döyüb öldürməyə çalışırmışlar. Atam da gecələr evə gələndə ya öz dəstəsilə gələr, yaxud yolunu dəyişərmiş. Bəli, yeni ictimai quruluş  yaşaması üçün eyni bir milləti tam bir- birinə  zidd olan-özünə dost və düşmən  kimi iki cəbhəyə bölmüşdü. 

   Müharibə başa çatdıqdan sonra iqtisadiyyatın inkişafına müxtəlif yollarla təkan verilirdi. Hər bir istehsal sahəsi planlaşdırılırdı.  Əmək qəhrəmanı adını almaq da planlı qaydadaydı. Həmin adı vermək üçün adını yazmağı və oxumağı bacarmayan, bununla yanaşı adi fiziki işdə belə bacarığı olmayan qadın və yaxud heyvərənin birisi seçilirdi. Təki yuxarıdan nə göstəriş verilirdisə dinməzcə öhdəliyi boynuna götürsün.

Sentyabr, oktyabr, noyabr aylarında məktəblər bağlanır, pambıq toplanışına məktəblilər də cəlb edilirdi. Noyabr ayının axırlarında isə pambıq plantasiyalarının pambıqdan tam təmizlənməsi üçün kolxozun qoyun sürüsü sahələrə yeridilirdi. Məhsulun tərkibində çiyid olduğundan qoyunlar şaxlardan pambığı həvəslə dərirdilər. Pambıq məhsulunun sahələrdə qalıb-qalmamasını yoxlayan komissiya plantasiyalarda qoyunların qığını-kalını görmür, sahənin pambıqsız olmasını görməyə üstünlük verirdilər.

   Göydən burum-burum qar tökülürdü, respublikanın baş qəzeti “ Kommunust” isə bölgənin hər gün  bir  faiz  həcmində pambıq  toplanıldığı haqda məlumat yayır və 31 dekabr  tarixə isə illik planın  yerinə yetirilməsi barədə statistik məlumatlar dərc edirdi. Bəli, yalanlıqla sinədən asılan qızıl ulduz yalanı da həqiqətə cevirməyi bacarırdı. Beləliklə İnsan ləyaqəti yalanlar xatirinə ayaqlar altına atılır, tapdanırdı.

İsmət, dilək qurban gedib, yalanlara, ad almağa,

Qeyrət, mərdlik oddan keçib, düşmənlərə son qoymağa,

Millət, mənlik candan keçib, tarixlərdə yaşamağa,

İffət, məslək daşdan keçib, dünyasında var olmağa,

Comərdliklə ismətsizlik bir millətdə mümkündürmü?

1953-cü İl mart ayının 5-də ellər atası deyilən İ.V.Stalin dünyasını dəyişdi. Dəyişdimi, dəyişdirdilərmi? 

Diz çökdürdü, qan ağlatdı, vəzifədə, otuz ildə,

Bel bükdürdü, dil bağlatdı, xar mühitdə, məmləkətdə,

Diş sındırdı, göz çıxartdı, görünməzdə, gizlinlərdə,

Can çürütdü, dağ çəkdirdi, tayqalarda, çöllüklərdə,

Cəlladlıqla, qan içməklə dahi olmaq mümkündürmü?

Öz başına qərarlar verən N.S. Xruşşovun  hakimiyyətə gətlrlməsilə nələr baş verirdi? Dünya imperializminə qan udduran sovet imperiyasını çökdürmək bir vəzifə kimi qarşıya qoyulmuşdu. Hansı yolla? Elmini cürütmək, mənsəbpərəstliyə şərait yaratmaq, idaretmədə pilləli rəbərliyə üstünlük vermək, yalan rəqəmlərlə iqtiisadi inkişafı dünyaya yaymaq, maliyyəsini dağıtmaq və bütün imkanlardan istifadə edərək iqtisadiyyatını çökdürmək.

Müharibədən sonra dünyaya meydan oxuyan SSRİ kimi iqtisadi və hərbi cəhətdən  güclənmiş qüdrətli bir imperiyanı çökdürmək də asan məsələ deyildi. Xalqdan müharibə və müharibədən sonra aldığı borcları qaytarmışdı. Artıq bu imperiya ABŞ-nın atom şantajından xilas olmuş, ballistık  raketlər ixtira etmiş, kosmosa peyk uçurdurdu. 

Satış əməliyyatlarında qiymət islahatı (aşağı salma-ucuzlaşma) müharibə qurtarandan 55-ci ilə kimi davam etmişdi. Bu ildən sonra qiymət, əmək haqqı sarıdan əsaslı islahatlar aparılmırdı. Əhalinin tələbatı olan elə məhsullar var idi ki, 60-90-cı illər arasında satış qymətlərində bir qəpik belə bahalaşma olmurdu. Ancaq kərə yağla arağın satış qiymətlərində az da olsa bahalaşma həyata keçirilmişdi. Buna da belə ad verilmişdi ki, bu kimi qiymətlərin artımı müvəqqəti haldır.Təsərrüfatların istehsaldan aldığı zərər isə büdcədən verilən dotasiya vasitəsilə örtülürdü. Bu onunla əlaqədar idi ki, satış qymətləri artırılarsa insanlara verilən cüzi əmək haqqı sorğu sualsız artırılmal idi. Qiymət məsələsi barıt cəlləyinə  bənzəyirdi. Ona toxunmaq mümkünsüz idi. Axı məhsul istehsal edən təsərrüfat isə nə vaxta kimi dotasiyaya arxalanmalıydı? Rəqəmlərin təhrifləri ilə planlar yerinə yetirilir, yuxarıdakı səlahiyyətli şəxslər və aşagıdakı sözəbaxım çoban, manqabaşı ali orden və medal alırdı...Bax beləcə ictimai quruluş sürətlə çürüməyə doğru irəliləyirdi.

Bəs elm sahəsində vəziyyət necə idi? Müharibənin qurtarmış vaxti idi. Atamın əmisi oğlanlarının birinin körpələri Ana ümidinə qalmışdılar. Atam imkanı daxilində onlara maddi köməklik göstərirdi. Körpələrin böyüyü hər həftə velosipedini minib rayon mərkəzindən kəndimizə  gəlir, məni velosipedində bir qədər gəzdirirdi. Sonra Anam olan-qalanımızdan onun velosipedinə yükləyib yola salırdı. Sonra bu körpə böyüyüb Bakıda ali təhsil aldı. Rus-ingilis dilli bu gənc 46 yaşında kimya elmləri doktoru oldu. Artıq elm sahəsində yüksək səlahiyyət sahibi idi. 80-ci illərdə eşitdik ki, ağır xəstədir. Bacımla görüşünə getdik. O, xəstəxanada yatırdı. Dəqiq yadımda deyil, onun ürəyimi normal işləmir, yoxsa qan təzyiqimi hədsiz yüksəlmişdi. Hər halda vəziyyəti yaxşı deyildi.  Xəstəlik haradan, nədən əmələ gəlmişdi? Onu məcbur edirmişlərki, kiminsə qohumu olub istehsalatda şöhrət qazanan bir fəhlə elm ocağında yüksək elmi vəzifədə əyləşməlidi...Zorakılıq, heyvərəlik elm insanı ilə bərabər ictimai quruluşu da bax beləcə çürüdürdü. Onu da qeyd edim ki, onun etilen oksidinin alınması texnologiyasına dair lisenziyası İtaliyaya verilmişdir. İndi biz nəsilə ASE vasitəsi ilə  gəlib çatan onun kiçik fotosu və 50 sətirlik məlumatdır.

“Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” qərarın qəbul edilməsi pərdəsi altında yuxarıdan aşağıyadək qisasçılığa şərait yaradılırdı. İlk baxışda elə görünürdü ki, xalqlara azadlıq verilib. 37-ci ildə xalq düşməni kimi məhv edilən insanlara bəraət verililir, onların övladları ali təhsil alıb dövlətin idarə etmə strukturlarında yüksək vəzifələrə təyin edilirdilər. Bununla yanaşı məhv edilənlər o  dünyadan ailələrinə və övladlarına “salamatam, gəlirəm” deyə teleqram vuran da olurdu. Respublikaların MK-larının keçmiş birinci katiblərinə iradlar tutulur, müəyyən hallarda həbs edilir, avtomobil qəzasına düşən də olurdu. İqtisadi strukturlarda da dəyişikliklər həyata kecirilirdi. 60-cı ildən  başlayaraq kəndlərdə bir qrupun mülkiyyəti olan kolxozlar dövlət mükiyyətinə-sovxozlara çevrildi. Necə deyərlər kolxozlarda dolayısıyla mülkiyyətə sahib olan kəndli tam  mülkiyyətsizləşdirildi.  Sovxozların, dövlətin aşağı təbəqəli məsul şəxslərinə və direktorlarına uçot və hesabatda görünməyən maliyyə sanksiyaları tətbiq edilməyə başlanmışdı. Yalan rəqəmlərlə plan doldurmaq, yuxarıda əyləşənlərə dolya daşımaq vəzifə borcu hesab edilirdi. Məsəbpərəstlik müqəddəs vəzifəyə çevrilmişdi.

Bəs yerlərdə zəhmət insanları nə ilə məşğul olurdular? Kəndlilərin kənddən qaçmaması  və qul kimi işlədilməsi üçün onlara pasport verilmirdi. Onlar yaşamağın yolunu fürsət əllərinə keçən kimi kəndlərdən qaçaraq şəhərlərə, müəyyən hissəsi isə Qazaxıstan çöllərinə üz tuturdular. Onlar mart-sentyabr ayları ərzində Qazaxıstanda qazandıqları vəsait hesabına kənddə özlərinə yaşayış mənzilləri inşa edirdilər. Orta məktəbi bitirib İnstituta daxil olmaq istəyən gənc pasport üçün mütləq kənddəki məsul şəxsdən  arayış almalı idi. Təsir qüvvəsinə malik olmayan gənc isə arayış verəndən bu cavabı alırdı: ”Çoban oğlusan, səndən oxuyanmı çıxacaq, get dədənin (atanın) yanında kolxozun qoyunlarını otar”.    

Hirsi vurdu kal baçına; çoban oğlu təhsil görsün?

İt yallasın, qoyun qovsun, arxacında ömür sürsün,

Yunu qırxsın, təmizləsin, yerində də burub büksün,

İnək sağsın, kal kürüsün, yedəyində köpək hürsün,

Əqli mülkü şikəstliklə müdir olmaq mümkündürmü?

Azərbaycanın hər bir bölgəsində və bögənin hə bir kəndində fitri istedad sahibi olan gənclər olub və indi də var. Bəs onlar elm sahəsində, vəzifədə, təhsildə irəli çıxa bilirdilərmi?  

Müharibədən əvvəl kəndimizdə inşa olunmuş orta məktəb müharibənin qurtaran dövründə tam yandığından yeddi illik məktəbə çevrilmişdi. Məktəbdə fəaliyyət göstərən doqquz müəllimdən yalnız birinin ali təhsili var idi. Direktor isə kənar kənddən cəlb edilmişdi. Qış dönəmində məktəbin koridorunda, yaz, payız vaxtlarında həyətində bayram günlərində keçirilən toplantılarında qələbəlik  olurdu. Müəllimlər çıxış edir, şagirdlər ruh yüksəkliyiilə şairlərin şeirlərindən əzbərlədiklərini söyləyirdilər. Hər belə qələbəlikdə Kamran adında buğdayı rəngdə, irigözlü, itiburun balaca boylu bir çoban övladı isə şairlərin yox, öz yazdığı şeirləri ilə müəllim və şagirdlərin diqqətini cəlb edirdi. Qəribəsi isə bu idi ki, onda nəinki ədəbiyyat, bütün fənnlərə qarşı maraq eyni dərəcədə idi. Bununla o, bütün məktəb şagirdlərinin içərinsində fərqlənirdi. Bəli o, qibtə ediləcək istedadlı bir gəncə çevrilmişdi.

 Sən demə müəllimlərin içərisindən onu gözü götürməyənlər də varmış. Şeirləri yazıb qalaq-qalaq savadlı hesab etdiyi müəllimə versə də bir nəticə hasil olmurdu, kömək əvəzinə lazımsız bir şey kimi şirlərini özünə qaytarırdılar.

Qoymadılar üzü gülsün, göz yaşını axıtdılar,

Qoymadılar gözü görsün, günəşini qaraltdılar,

Qoymadılar özü seçsin, gen yolunu daraltdılar,

Qoymadılar dili desin, bilgisini yanıltdılar,

Xainliklə, dargözlüklə Kamran olmaq mümkündürmü?

Artıq o, böyümüşdü, yeri gələndə haqsızlığa qarşı  inad göstərirdi. İnadcıllığının üstündə onun bir dəfə müəllim tərəfindən döyüldüyü də başqalarının diqqətini cəlb etmişdi. Ona şeir yazmağı tərgitdilər. Ancaq istedadını yanılda bilmədilər. Yeddiillik məktəbi bitirib,  rayon mərkəzindəki orta məktəbi başa vurduqdan sonra Bakı şəhərindəki ali məktəblərin birinə qəıbul oldu. Maliyyə köməkliyi olmadığından bir müddətdən  sonra institutdan sənədlərini geri alıb, növbəti ildə bölgəyə yaxın olan Gəncə şəhərindəki institutların birinə daxil oldu. Atası kəndli-zəhmət adamı olduğundan həftəbaşı kəndə gəlir yumurtadan, pendirdən, sair ərzaq məhsullarından götürüb Gəncəyə yola düşürdi. İnstitutu bitirdikdən sonra təyinatla Müğan düzündəki rayonların birində fəaliyyətə başladı. O, kənddəki vəziyyəti bildiyindən doğma kəndə gəlməyi də unutmuşdu. İldə bir dəfə Ata-Anasını yoluxmağa gəlir, onlara imkanı dairəsində cib xərcliyi də verirdi.

Bəs onun doğma bölgəsində vəziyyət necə idi, ictimai mühitdə bir inkişaf vardımı, həmyerlilərinin normal yaşamaları üçün şərait yaradılmışdımı? Kicik bir rayonun baş bilənlərindən biri zorla gözə dürtülən iqtisadi inkişafı ilə İmperiyanın alilərindən birini də  ələ ala bilmişdi. Pambığın qozasında özünə yurd-yuva salan yeyici qurdlar (buna o vaxt sovka deyirdilər) nəinki qozaları, hətta qonşu rayonun bankındakı ehtiyat pul şkaflarında olan nəqd pul vəsaitinin də axırına çıxmışdı (o vaxtı məktəblilərin və plantasiyalarda çalşanların yığdıqları hər qurd üçün  hər axşam sayılaraq on qəpik məbləğində yerindəcə nəqd vəsait ödənilirdi). Diribaş olan vəzifə sahiblərindən birisi bir qəsəbədə institut da yaratmışdı. Yalanla alınan şöhrətli adlar özünü doğrultmurdu, rəqəmlərin təhrif olunmasıyla planların yerinə yetirilməsinin nəticələri  donuz saxlanan arxacınkından da pis iy verirdi. Rəqəmlərin təhrifində əli olan məsul şəxslərdən bəzisi məsuliyyətə cəlb olunmasın deyə paltarını soyunub turkis-mayka ilə gecələr küçədə atılıb düşərək dəli olduğunu sübuta yetirməyə çalışır, kimisi isə gecə yatağındaca dünyasını dəyişirdi. Belə ki, qudurğanlığın sonu bəzən mühakiməsiz ölümlə nəticələnirdi. 

Nəhayət baş bilənlər  belə qərara gəldilər ki, iqtisadi istehsal strukturunu dəyişmək lazımdır. Bu dəyişmə isə küllü məbləğdə sərmayə qoyuluşu  tələb edirdi. Üstəlik yeni yaradılan istehsal strukturunun inkişafını tam üç il gözləmək lazım idi ki, məhsul almaq mümkün olsun. Bunun da əlacı tapıldı. Sahələrə bir il ərzində məhsul (insan orqanizminə zərərli olan) verən əlavə başqa bitkiçilik məhsulu əkildi.

Atalar “ Dilənçinin torbasını qızılla doldursalar da dilənçiliyindən əl çəkməz” demişlər. Onlar rəqəmlərin təhrifləriylə milyon rullar  qazandıqları halda şübhəsiz ki, əməllərindən əl çəkəsi deyildilər. Lazım olan yolu “kəşf” etdilər. Məqsədlərini həyata keçirmək üçün əmək qəhrəmanı adı yaramırdı. Ən ali ordeni ələ keçirmək və bu ordenə yararlı şəxsi vəzifəyə gətirmək lazım idi. “Direktor” sözünü “dırıxtır”, “Ərizə” sözünü “irzə”, “Xahiş” sözünü “xıyış”... yazanı-gözünü yumub istənilən sənədə imza atanı vəzifəyə gətirib ali orden də verdirdilər. Kütbeyinlik o dərəcəyə çatmışdı ki, bu insan danışığını da bilmirdi. “Mən bilmirəm yeznənlə, sən bu rəhbərliyin nəyindən qorxursunuz, sizdə olan diplom məndə olsa, əlimi soxaram bunların bu böyrünə, o biri böyründən o yana çıxar” ifadəsini hamı eşidirdi.

İnsan şərəfinə, heysiyyətinə, mənliyinə-yəni ləyaqətinə görə qiymətləndirilir. İnsana normadan yüksək əmək məhsuldarlığına görə, alimlərə kəşf və dəyərli-məhsuldar ixtiralarına görə  ali orden və medal verilərkən onun ləyaqəti də nəzərə alınmalıydı.  Bəli, ləyaqət simvolu-rəmzi görünən şərəfə, heysiyyətə, mənliyə görə qiymətləndirmə düzgün seçilməyəndə insan və insan cəmiyyəti iyrəncliyin qarşısında külə dönürdü və döndü də. Həqiqətdə isə saxtakarlıq və heyvərəlik simvolu  qiymətlədirilird. Əslində biz heç kəsdən qorxmurduq, ləyaqətimizi qoruyur, hər şeydən əvvəl özümüzə hörmət qoyur və davranış qaydalarına riayət edirdik.  

Nəhayət güclü sərmayə qoyulan plantasiyalar dördüncü il məhsul verməyə başladı. Təsərrüfatın xəzinədarı bankdan əmək haqqı üçün pul vəsaitini alanda mütləq bank müdirinə haqq-rüşvət verilməsi qayda halını almışdı. Yerlərdə isə qulbeçələr işə düşürdü. Məhsul toplayan zəhmət insanları əmək haqlarını alan kimi əshabələr xəzinənin qabağında onların qarşısını kəsib vərilən əmək haqqının tən yarısını onların əlindən alırdılar ki, sənə artıq əmək haqqını mən yazmışam. İnzibati idarə heyətinin işçiləri- mütəxəssislərin, qulluqçuların, kiçik xidmətedici təkibdə olanların əmək haqqından hər ay beş rubl  məcburi qaydada xəzinədar tərəfindən tutulurdu. Yazılmış qanunlara tam zidd olsa da bəzi hallarda  xəzinədarı baş mühasib əvəz edirdi. Səlahiyyətli şəxslər ölücanlar saxlayır, xəzinə sənədlərinə ölücanlarının əvəzinə özləri imza atırdılar. Bununla onlar razı qalırdılarmı?

Təsərrüfatlarda kim güclü idisə plantasiyalardan tonlarla məhsulu yığıb öz şəxsi təsərrüfatının məhsulu kimi tədarük təşkilatına təhvil verirdi. Məhsulun dəyərinin ödənilməsi üçün təsərrüfat rəhbərləri yuxarıdakı təşkilatlara rəsmi məktublar ünvanlayır və istədiklərinə nail olurdular. Bu da bəs etməyəndə həyətləri gəzər , kimin bağında yüz-iki yüz kiloqram məhsul varsa, həmin məhsulu tonlarla uçota alıb yenidən dövlətin plantasiyalarından məhsul qapışdıraraq tədarük təşkilatına verər, dəyərini bankdan alardılar. Bunlardan uzaq görəni həmin pul vəsaitini sarıya dəyişir, “Ərizəni” “İrzə” yazanlar isə qazdıqları torpaq çalalarda gizlədirdilər. Bəli oğurluq halallığı əvəzləmişdi. Rüşvət ver əyri işin düz olsun.

Ali ordenlərə münasibt necəydi? Bu ordenlər də yeri gələndə ona layiq görülənləri heç də həmişə müdafiə etmir, məsuliyyətdən kənarlaşdırmırdı. Rayonun hakimi yaxşı bilirdi ki, orden sahibləri planların yerinə yetirilməsində  yalanlarda- rəqəmlərin təhrif edilməsində məsul şəxslərin qədərincə əlləri var. Bölgə sahibi ucot və hasabatda görünməyən haqqını almayanda əvvəlcə orden sahiblərinə xəbərdarlıq edirdi. Xəbərdarlıq öz nəticəsini verməyəndə təftişlər işə düşür və orden sahibinin ordeni əlindən alınır və həbs olunurdı. Həbs olunana isə həbsxana sanatoriyaya çevrilir, ölənə kimi orada öz evi kimi dincəlirdi. Beləliklə ictimai quruluş özünü hörmətdən salır, əhalinin ona inamını heçə endirir, dağılmasını sürətləndirirdi.

Artıq Kamran bir oğul iki qız sahibi, samballı bir ailə başçısı  idi. İşlədiyi müəssisədə dərrakəli, yaradıcı bir insan kimi hörmət qazanmışdı. O, iş yerində  həqiqət mücəssəməsi, ləyaqət simvolu kimi tanınırdı. Böyük qızında ürək catışmazlığı vardı. Körpə hərəkət edəndə göyərib keçinirdi. Məktəb yaşı çatsa da onun hərəkət edib məktəbə getməsi mümkünsüz idi. Məcburiyyət qarşısında qalan valideynlər vaxtdan vaxta evə müəllim gətirəsi oldular. Tünzalə  xəstə olsa da dərk etməsi qaydasında idi. Əlifbanı mənimsəyəndən sonra iri həcmli hekayələri oxumağa başlamışdı. Şeirləri həvəslə oxuyur, sonra əzbər söyləyirdi. Gendən keçmə keyfiyyət özünü Tünzalədə də göstərirdi. Ailə risqə gedib Tünzaləni Bakıdakı səriştəli həkimlərin fəaliyyət göstərdiyi xəstəxanaya yerləşdirdilər. Həkimlər onun müalicəsini ancaq əməliyyatda gördülər. Səkkiz yaşlı körpə əməliyyatdan sonra gözlərini həyata əbədi yumdu. Bu faciə Ata Kamrana, Ana Gülzara  cox pis təsir göstərdi.  

Yas quruldu, el ağladı, istedadlı bu körpəni,

Ağız dedi dil ağladı səkkiz yaşlı  bu körpəni,

Dodaq dindi göz ağladı şair təbli bu körpəni,

Ağı dedi daş ağladı, torpaq aldı cənazəni,

İzsiz köçmüş bir körpəni ağlamamq mümkündürmü? 

Kamrandakı cəsarəti, qabiliyyəti yaxın qohum-əqraba bildiyindən onu bir təhər razı sala bildilər ki, doğma kəndə qayıtsın. Bununla belə o, bir başa kəndin özünə yox, müvafiq Nazirliyin əmri ilə Kür çayının sahilində yerləşən kicik bir sahədə özünə iş yeri ala bildi. İşləməyə imkan verdilərmi? Rayon hakimi “Bağdadda kor xəlifə, burda mənəm” deyib onun güc bəla ilə yaratdığı iş yerini zorakı üsulla əlindən aldı.

Kasıb oğlu kimsəsizdi, bacarmazdı varlı ilə,

Zalım oğlu imkanlıdı,  güləşməzdi zorlu ilə,

Vali oğlu arxalıdı, çəpləşməzdi oğru ilə,

Mulat oğlu məzhəbsizdi, sözləşməzdi çərçi ilə,

Ədalətsiz məmləkətdə haqq axtarmaq mümkündürmü?

Kamran olduqca çətin bir durum qaşısında qalmışdı. Bu tezlikdə keçmiş iş yerinə qayıtmaq mümkün deyildi. Axı keçmiş iş yerində heç kimin ondan narazılığı olmamış, kollektiv arasında olduca dərin hörmət qazanmışdı və onu buraxmaq da istəməmişdilər.. Bundan başqa işlədiyi müəssisənin direktorunun ali təhsil almasında onun əvvəzsiz xidmətləri olmuşdu. Coxcaylı xahişləri ilə o, vəzifəsindən azad edilmişdi. O, gur yanan odla daşqın seli  arasında qalmışdı- işsiz qalan Kamran harada işləməli, ailəsini necə dolandırmalı, yoxsa öz yaşadığı kənndəki təsərrüfatda hələlik tutulmamış baş mütəxəssis yeri üçün sevmədiyi yarınanlarla işləməli, mənsəbpərəstlərlə yoldaşmı olmalıydı. Direktorun ətrafında iki qrup işcilər fəaliyyət göstərirdi: yarınanlar-yaltaqlar və məcburiyyət qarşısında təsərrüfatın əmlakını talayanlar. Yarınanlar və məsəbpərəstlər dəstəsiylə işləmək, onlara rəbərlik etmək heç də asan məsələ deyildi. Bu qruplarla işləyib dövlətin plan-taprışıqlarını yerinə yetirməklə yuxarı dairənin də uçot-hesabatda görünməyən aylıq dolyalarını çatdırmaq vacibiydi. Əlbəttə özünü unutmamaq şərtiylə. Təsərrüfat rəhbəri  təcrübəli insan olmaqla yanaşı yaxşı anlayırdı ki, bu ictimai qruluşun axırı pucdur. Ona görə ki, hamı dövlətdən sökürdü. Dövlət isə  bu söküntüyə davam gətirmirdi. Kim inanar ki, aylıq 80-150 rubl məvaciblə ailə dolandırmaq mümkündür. Ancaq cıxacaq yolu da yoxuydu. O, dözməli, sona kimi işləməliydi. Kənddən çıxası deyildi ki. Nəhayət kənddə 30-cu ildən həyata qədəm basan kolxoz quruluşu bir insan ömrü qədər də yaşaya bilməyib həyatını 60 ildən sonra sovxoz quruluşu ilə 90-cı ildə torpağa tapşırması qaçınılmazıydı.  Kamran isə özündə olan xarakterlə belə bir şəraitdə təsərrüfatda baş mütəxəssis vəzifəsində işləyə bilərdimi?

Düşüncədən dəriniydi, astral aləm insanıydı,

Hər elmidən hali idi, iti qələm sahibiydi,

Körpəlikdən səmimiydi, şirin kəlam ustasıydı,

Haqdan gələn bir kişiydi, geni sağlam ziyalıydı,

Bu ağlda, bu kamalda Kamran olmaq mümkündürmü?

 

Qeyrət, birlik amalıydı, Yaradanın ulduzuydu,

Şərəf, mənlik dəryasıydı, ləyaqətin simvoluydu,

Milli xilqət carçısıydı, haqq deyənin uğuruydu,

Ülfət,  ümid ümmanıydı, xoş xislətin sorğusuydu,

Bu təpərdə, bu diləkdə Kamran olmaq mümkündürmü?

Məcburiyyət qarşısında qalan Kamran təsərrüfatdakı baş mütxəssis vəzifəsinə işə qəbul olundu. Hər axşam baş mütəxəssislər və maddi-məsul şəxslər idarədə direktorun qarşısında hesabat verir, hesabatda direktor çalışırdı ki, həmin şəxslərin idaretmədə buraxdıqları səhvləri, qüsurları aşkarlayıb aradan qaldırsın ki, istehsalatda işi aparmaq mümkün olsun. Bu dəstənin ən aşağı pilləsində dayanan süpürgəçisindən və gözətçisindən tutmuş rəhbərlikdə əyləşənlər bir-birilərinə elə söykənmiş, bağlanmış və fəaliyyətlərində elə qəbahətliklərə bulaşmışdılar ki, ən ciddi qüsura görə bunları nəinki işdən, vəzifədən azad etmək, nəsə onları incidə biləcək bir kəlmə   demək də mümkün deyildi.

İşi pozan yarınanlar və mənsəbgüdənlər isə neqativ halları başqalarının boynuna qoymağa çalışır, biri digərinin fırıldağını üzə çıxarırdı. Heç şübhə yeri yox idi ki, Kamran bu formada iş üzuluna   dözməyəcək,  bu yarınan, yaltaq və mənsəbpərəst dəstəsilə işləməyəcəkdi.

Dözəmmədi  fitnə-felə, keçmiş işi yada saldı,

Baxammadı tərs sifətə, xoş rəftarı xatırladı,

Öyrəşmədi zəhər dilə, şirin dili harayladı,

Alışmadı hiylə-məkrə, qəlbi sındı, qan ağladı,

Ləyaqətsiz bir durumda gərək olmaq mümkündürmü?

Məcburiyyət qarşısında qalan Kamran ərizəsini yazıb vəzifəsindən azad oldu. Elə bil ki, xəstəlik də onun işdən azad olmasını gözləyirdi. Əslində və nəslində olmayan bir ağır xəstəliyə tutulmuşdu. Bütün bədəni boyu smükləri agrıyırdı. Demək olar ki, iş qüvvəsini itirmək üzrə idi.

 Yaxın qohumları tərəfdən birisi Moskva şəhərində qiyabi təhsil aldığından daim Moskva şəhərinə gedib gəlirdi. Yaxın həkim tanışı var idi. Kamranın özü və ailəsi ilə razılaşıb onu Moskva şəhərinə apardı. Həkimlərin cavabı bu olmuşdu ki, müalicə etmək tam olmasa da qismən mümkündür, Ancaq ömrünü uzatmaq olar. Müalicədən sonra onun xəstəliyi geri çəkilmiş, tam olmasa da fiziki qüvvəsi bərpa olunmuşdu.   

Az müddətdən sonra  ailəsini, evladlarını yerli bölgədə  qoyub yenidən Muğan düzünə-keçmiş iş yerinə qayıtdı. Keçmişdə inşa etdiyi iki otaqlı mənzildə işıq yandı, divarlar, döşəmə sevindi. Çal-çəpərə əl gəzdirdi, baxcaya su verdi, əkilmiş meyvə ağacları cana gəldi, baxcada quşların sayı coxaldı, yiyəsizlikdən həyəti tərk etmiş it də qayıdıb həyətə gəldi. Təki heç kim,heç nə sahibsiz olmasın, qalmasın.

Nicatını köçdə gördü, candan yanan dayaq durdu,

Obasını sərin gördü, uzaq eldə qərar tutdu,

Yaxınını şadman gördü, rəqiq yerdə binə qurdu,            

Dərd-bəlanı sönən gördü, müdriksayaq həyat qurdu,

Hörmət, izzət qazanmadan xürrəm olmaq mümkündürmü?

Kieçmiş dost-tanışlar gəlib hal-əhval tutur, işində uğur diləyirdilər. Bir oğul bir, bir qız atası olan Kamran fəaliyyətə başladı. Xəstəliyi yenidən baş qaldıran vaxta qədər çalışdı...

Hər iki övladının ali təhsil almalarına şərait yarada bilmişdi.  Oğlu  sanki Atasının yerini tutmuşdu.  İri köz, dərin dərrakə, iş sahibi. Boyda Anası tərəfə cəkmişdi. Ancaq Atası kimi dilli yox, bir qədər susqun idi. Qızı da Anasına oxşayırdı. Qızı qardaşının əksinə olaraq dilli və həm də istedad sahibiydi. Nəinki kənddə, bölgədə  bir ədəbiyyat müəllimi kimi özünü tanıda bilmişdi. 

Kamran tam olaraq arzusuna çata bildimi? Yenidən keçmiş xəstəliyi Kamrana güc gəlməyə başladığından fiziki iş qabiliyyətini itirmiş ,maddi imkanı tükənmiş, övladlarını ailə sahibi edə bilməmişdi. Son arzusuna çatmayan Kamran 60 yaşında -1997-ci ildə vaxtsız həyatdan köçdü...

Dünyasını dəyişən Kamran özü ilə nələri aprmışdı? O, fəhm, bacarıq, qabiliyyət sahibiydi. İnsanlarla danımağı bacaran, əla təfəkkür tərzi olan insanıydı. O. məntiqlə danışar, söhbətlərində faktlara əsaslanardı. Təsərrüfatda İdarə etməni bilirdi. İxtisası sahəsındə elmi mənbələrə diqqətliydi. İri gözlərindən heç nə, heç kim yayınmazdı. Nitqi aydın, ardıcılıydı. İnsanlara qarşı mehriban, istiqanlıydı. Araşdırma keyfiyyəti onda yüksək səviyyədə idi. Bu qeyd edilənlərlə yanaşı demək istəmirəm ki, kənddə insani keyfiyyətdə Kamran təkiydi. Bəli, kənddə savadlı, yüksək təhsil görmüş insanlar varıydı. Ancaq heç birisi Kamran səviyyədə deyildi. Nəhayət o,Tanrı vegisiydi.

Tanrı vergisi deyəndə bir fakta əsaslanıram. Bir qayda olaraq insandakı müsbət keyfiyətləri onların səcərəsi ilə əlaqələndirirlər. Ancaq   onun səcərəsində Kamrandakı keyfiyyətlər olmamışdı. Atası çoban, Anası evdar qadın olub. Bəs ondakı sadalanan keyfiyyətlər haradandı? Onu şöhrətləndirən bu müsbət keyfiyyətləri Ana bətnindəikən Tanrı onun mayasına , geninə   yerləşdirmişdi. Dərinlik, dərin düşüncə insanda iki mənbədən inkişaf götürür: 1. Öz üzərində çalışmaqla, zəhmətlə, 2.Anadan gəlmə fitri istedadla. Kamran fitri istedad sahibiydi. Kənddəki dargözlər, kütbeyinlər, mənsəbpərəstlər, özlərindən başqa bir kimsəni saya salməyanlar onun qədrini bilmək istəmədikləri üçün Tanrı onu kəndə necə vermişdirsə eləcə də alıb aparmışdı. Bununla Tanrı o kəndi czalandırdı. Tək onunlamı?

Tanrısının vergisiydi, verilmişdi ölkəsinə ,

İnsanlığın cövhəriydi, yetirmişdi bölgəsinə,

Əvəzsizin əvəziydi, sığınmışdı  obasına,

Həqiqətin elitiydi, şöhrətiydi ulusuna,  

Bu əvəzdə, təfəkkürdə Kamran olmaq mümkündürmü?

Kamran kimi fitri isdedad sahibləri-yaradıcı insanlara, ləyaqət simvollarına və rəmzlərinə həyatda rast gəlinir. Həmin insanlarda güclü təvəkkür hissi olduğundan ictimai həyatda baş verən hadisələri düzgün qavraması hesabına  neqativ halları aradan qaldıraraq cəmiyyətin inkişafını sürətləndirir.  Cox təəssüf ki, ya onların vəzifələrində işləmələrinə imkan  verilmir, ya da ümidsiz vəziyyətdə dünyalarını dəyişməyə məcbur olurlar. Bu kimi insanları isə Yaradan hər zaman insan cəmiyyətinə bəxş etmir. İtirən isə xalq olur...

 Məni təhdid edənlərin cavabını vermək ücün VARİSLİK kəlməsini onlara xatırlatmağa çalışıram. Mətbuatda tənqidi publisistika ilə çıxış etdikcə, faciəvi hekayələr yazdıqca, ictimai mühitdə baş verən xoşagəlməzlikləri danışıdıqca yaxınlarımdan və bəzi tanışlarımdan “unut bunları, bunlar kecmişlərdə olub, belə hadisələri  xatrlamaq, yazmaq nəyə lazımdır”- deyərək özlərinin düşüncəsiz cavablarıyla ucuz düşüncə sahibi olduqlarını sübuta yetirirlər. Hekayəmdə heç kəsin xatirinə dəyməyib belə cavab verəsi oluram: “Sizlərə bunlar lazım deyilsə onda mənim  canıma azarmı lazımdır. Deyilənə baxmayın, mühiti düzgün dərk etməyin, yazılanı oxumayın, heç olmazsa iki körpəni də dünyaya gətirməyin, bəs onda necə yaşayacaqsınız, nə üçün yaşayırsınız, kimə, nəyə lazımsınız?”

VARİSLİK sözünü anlaya bilsəydiniz “unut bunları, bunlar keçmişlərdə olub, belə hadisələri xatırlamaq, yazmaq nəyə lazımdır” ifadələrini işlətməzdiniz. VARİSLİK- inkişaf prosesində yeni ilə köhnə arasındakı obyektiv zəruri əlaqə, inkarı inkar qanunun ən mühüm  cəhətlərindən biri. ... materialist dialektika əsas diqqəti təbiətdə, cəmiyyətdə və təfəkkürdə irəliyə doğru  inkişaf proseslərini öyrənməyə yönəlir. Materiyanın hərəkət formalarının genezisi göstərir ki, hərəkətin hər bir yüksək forması irsən ən sadə hərəkət formaları ilə bağlı olsa da, onları rədd etmir, əksinə ehtiva və tabe edir. Dialektikcəsinə başa düşülən inkar yalnız köhnəni aradan qaldırmağı deyil, həmcinin idrakın əvvəlki pillələrində əldə edilmiş mütərəqqi və rasional olanları saxlamağı və onların sonrakı inkişafını nəzərdə tutur, çünki bunsuz nə varlıqda, nə də idrakda irəliləyiş mümkün deyildir. VARİSLİK prosesini düzgün anlamağın elm və incəsənətin inkişaf qanunauyğunluqlarının təhlili üçün, istər keçmişin nailiyyətlərinə qeyri-tənqidi münasibətə, istərsə də mədəni irsin nihilistcəsinə inkarına qarşı mübarizə üçün xüsusi əhəmiyyəti var. (ASE  2-ci cild, səh. 408).  

Mənim yaxınlarım  və mənə cımxıranlar! Anlamaq lazımdır ki, biz və bizdən sonra gələnlər fitri istedad sahibləri olmuş, hələ Ana bətnindəikən elmi titulları Tanrı tərəfindən verilən Kamran və Fatehlərin (ikinci hekayədə) vaisləriyik. Onları daim xatırlamaq, onlar haqqında yazmaq və onların kimliyini gələcək nəsilə çatdırmaq bizim borcumuzdur. Gələcək nəsil onların irsindən-nailiyyətlərindən faydalanaraq daha da irəli getməsi-inkişafı mümkündür. Kökümüz onlara bağlıdır. Unutqanlıq ən böyük faciədir.   

                                                                                                                                        avqust 2014-cü il                                    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam