Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Türkiyəli müğənni rinqdə Azərbaycan bayrağını qaldırdı, yanlışlığa yol verdi– VİDEO

Türkiyəli müğənni rinqdə Azərbaycan bayrağını qaldırdı, yanlışlığa yol verdi

 

Xəbər verdiyimiz kimi, Türkiyənin “TV8” kanalında “Boksun ulduzları” adlı yarışma proqramına start verilib

 

Yenixeber.org: Verilişin aparıcısı Dilara Gönder, şərhçiləri isə Bilgehan Demir və Adem Kıllıççıdır. Boks rinqində Bülent Çetinaslan, Fulya Keskin, Şenol İpek, Aycan Demirci, Ateş Fatih Uçan, Çılgın Sedat, Sahra Işık, Berna Canbeldek, Sami Lavi, Asena, Baki Mercimek, Ayşıl Özaslan, Ramazan Kalyoncu və Doğuş kimi məşhur ulduzlar mübarizə aparırlar.

“Arxa sıradakılar” serialının Oqtayı Bülent Çetinaslan ilə müğənni Doğuşun mübarizəsi zamanı ifaçı qalib gəlib. O, sonda Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağını da dalğalandırıb. Lakin ona bayrağımızı təqdim edən şəxs  Azərbaycan Respublikasının rəsmi simvolunu düzgün tutmayıb. Yuxarı zolağa mavi rəng əvəzinə, yaşıl rəng qaldırılıb. 

Azərbaycan bayrağı - bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə islamı simvolizə edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam