Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

LƏYAQƏT SİMVOLU - ŞEİR PƏRİSİ

LƏYAQƏT SİMVOLU - ŞEİR PƏRİSİ

 

Yenixeber.org: Yazılıb mətbuata, saytlara yol tapan publisistika, poeziya və nəsrin müəllifi həyat özüdür. Deyilənləri oxuculara çatdıran isə qələm sahibləridir. İndi qələmə aldığım bu şeir parçası əslində “Varmış” şeirimin davamıdır. Yaşayışımda daim əzablarla qarşılaşdığımdan yaradıcılığımda yenidən bədii publisistikaya yer verəsi oldum. 18 yaşımdan 78 yaşımda olduğum müddətdə yeddi dəfə ölümlə qarşılaşsam da Tanrı məni Əzrayılın əlindən alıb yaşatmışdır. 18 yaşımda ağır formada sətəlcəmdən ağzımda qan gəlmiş (xəstəlikdən tam sağalsam da belimdə və baldırlarımda ağrılar əbədilşibdir), tələbəlikdə ayağım sürüşüb döşəməyə çırpılmış və yerimdən qalxa bilməmişəm,ağır formada avtobus qəzasına düçar olmuşam, xəstəxanada ağır əməliyyat olunmuşam, nəşriyyatda ayağım dolaşııb döşəməyə çırpılmış və yerimdən qalxa bilməmişəm, məktəbin həyətində yenidən ayağım dolaşıb zərblə yerə çırpılmış və bir daha ayağa dura bilməmişəm. Nəhayət xəstəxanada ağır əməliyyatdan sonra məlum olub ki, daimi (?) olmasa da şikəstəm. Həkimlər belə bir diaqnoz verdilər- Bud-canaq qaynaqlarının ön-düz proyeksiyalı R –qramması zamanı sağ bud sümüyünün boynunun sınığı aşkar edilib. Onu da şifahi qeyd etdilər ki, bu çat-sınıq keçmişdən var. Mənə də əvvəldən məlum idi ki, sağ ayağım yerimir sürünürdü. Həmişə avtobusdan düşəndə birinci olaraq sol ayağımı irəli atırdım. Sağ ayağm isə məni qara günə qoyurdu.Bu kecmiş tıləbəlik illərindən (1964-1965 ci illər) mənə qalan “hədiyyə” idi...

Uzun əzab-əziyyətdən sonra Xəzər Univermaqı ilə Əhmədli təpəsinin arasında inşa olunan binadan dörd otaqlı mənzil ala bildim. Bu binaya çatmaq üçün dörd aşırım (pereval) qalxmaq lazım olurdu.Yaşadığım binaya qalxan dördüncü aşırımda bir

sürücü bir qadının həyatına son qoymuşdu. Qonşum mərhum Məmməd kişi ilə binamızdan çıxıb həmin aşırımla aşağı düşəndə döngədən sürətlə dönən minik avtomobili ilə qəflətən qarşılaşdıq. Mən bir təhər sürüşüb kənara çəkilsəm də sürücünün yaxası Məmməd kişinin əlinə kecdi və və əlbəyaxa oldular. Mən qayıdıb sürücü ilə Məmməd kişini bir-birindən araladım. İkinci belə hadisə nəvəmlə mənim başıma gəlsə də sürücü cəld tərpəndi və biz baba-nəvə qəzadan xilas olduq. Ümumiyyətlə altı və dörd bloklu bu iki binada yaşayan sakinlər piyada gedişdə həmin dörd aşırımlı yoldan yox, Xəzər Univermağına getmək üçün qorxudan 60-a yaxın pilləkəndan istifadə edirlər. Bu binanı burada inşa edtdirən atasından xəbərsizdən, nanəcibdən, əclafdan soruşan olmayıb ki, nəqliyyat işləməsi mümkünsüz olan yerdə yaşayış binası inşa etmək vacibdirmi? Qış vaxtı şaxta olanda və qar yaganda heç “NİVA” markalı minik avtomobili də bu aşırımdan qalxa bilmir.

Gələk mətləbə.Yuxarıda qeyd etdiyim kimi xəstəxanada ağır əməliyyatdan sonra həkimlər məsləhət gördülər ki, mütləq çat-sınıq vermiş bud-çanaq sümüyünün bitişməsi üçün hərəkətdə olmalıyam. Artıq bir il yeddi aydır ki, çəliklə hərəkətdəyəm. Bu il yazın orta aylarından başlayaraq səhər saat 5-dən 7 tamama qədər çəliklə təqribən 2 km yol ölçürəm. Mən bunu yaşamaq üçün yox, əllərdə qalmamaq üçün edirəm. Düzünü deyim ki, 80 yaşımı haqladığımdan belə yaşamaq da istəmirəm. Evdə vaxtı ötürmək üçün tanış olduğum sayta publisitik yazılar və şeirlər unvanlayıram.

Bu yaşımda ağlıma gəlməyən hadisələrlə qarşılaşmışam. Cari il iyul ayının ortaları idi. Mən yenə çəliklə öz hərəkətimdə idim. Binamızın qarşısındakı dar yolun tən ortası aşırımla cənub istiqaməti ilə axsaya-axsaya gedirdim. Sağ tərəfim qarajlarla

tutulmuş, sol tərəfimdə bir qədər irəlidə sakinlərin biri minik avtomobilini saxlamışdı. Bir il idi ki, qulağmın biri tam tutulmuş, digəri də zəif eşidirdi. Birdən hiss etdim ki, arxa tərəfimdə nə isə var. Geri dönəndə gördüm ki,bir nəfər sürücü Xanım yüngülcə gülümsəyib mənim ona yol verməyimi gözləyir. Ağır tərpənsəm də ona yol verdim. Düzünü deyim ki, qarşıdan bir heyvərə-ehtiyatsız sürücü gəlsəydi mən ölümlə qarşılaşmalıydım. Beləcə hər səhər saat yeddinin yarısı radələrində həmin dar yolda sürücü Xanımla qarşılaşır və əl hərəkətlərimizlə meribanlıqla salamlaşırdıq... Sonra bu avtomobilə diqqət yetirəndə gürdüm ki, həmin avtomobilin arxa oturacağının sağ tərəfində bir qoca kişi, bəzən də yaşlı bir qadın əyləşir. Hiss etdim ki, hər bir görüntü bu yaşlı qadının diqqətindədir.

Kicik bacımın ilk nəvəsınə yazdığım 36 misradan ibarət “TURXAN” şeirinin ikinci səhifəsinə, sürücü Xanım üçün yazdığım 12 misralıq “VARMIŞ” tərif -şeirini ona təqdim etdim və təqdimatdan sonrakı iki gündə onun razı qaldığını aydın hiss etdim və gördüm.

Avqust ayının üçü-dördü tarixləri olardı.Həmin sürücü Xanım yenə saat 7-nin yarısı radələrində həmin dar yolda düz yanımda avtomobili saxlayıb-Dayı biz bir daha bu yollardan gəlib keçəsi olmayacağıq, Sizə can sağlığı, ömür uzunluğu arzulayıram, çox sağ olun,-deyib yoluna davam etdi. Mən tutuldum, rəg verib rəng aldım, qəlbən ağrıdım, qəlbən ağladım. Mən hansı günahın sahibi idim ki, onlar yollarının istiqamətini dəyişəsi olublar? Gözəllik ilahəsinə tərif yazmaq, zöhrələrin gözəlliklərini olduğu kimi təsvir etmək hansı vaxt və səbəbdən nöqsan və günah sayılıb? Nəhayət düşünüb anladım ki, Xanımın dilindən eşitdiyim bu kəlmələr minik avtomobilində gəzdirdyi qocaların diktələridir. Qocalar anlamamışlar ki, ömrünü başa vurmuş, 80 yaşını haqlayan mən

şikəst ləyaqət simvolu olan sürücü Xanımla hansı münasibətdə ola bilərəm. Avtomobildə gəzdirilən bu qocalar başa düşmürdülər ki, şeirimdə göylərdə zöhrə, yerdə mələk sandığım bu Xanımın mənə qarşı xoş münasibət göstərməsi məni şikəst yaşamamağa və əllərdə qalmamağa səsləyir.

Bu Xanım sürücü bilmirdi ki, ona həsr etdiyim “GÖY BƏNÖVŞƏSƏN” şeirini şəxsən özünə təqdim etməyə vaxt tapmasam da “Xeberinfo. com” saytına, sonra da Feysbuka ötürəcəyəm.

 

GÖY BƏNÖVŞƏSƏN

Göylərdə Zöhrəsən Yerdə Mələksən,

Körkəmdə Zümrüdsən zəngin bəyimsən,

Hissində Göy Türksən, telepatiksən,

Novruzu gətirən göy Bənövşəsən,

Bilgidə hallanan zər Bənövşəsən.

 

 

Bənzərsiz dilbərsən Nizamin yoxdur,

Bəstəsiz əsərsən Niyazın yoxdur,

Əvəzsiz xilqətsən Mövlanan yoxdur,

Yaxaya sancılan göy Bənövşəsən,

Körpə tək sevilən tər Bənövşəsən

 

 

İnsansan dərkində qədir bilənsən,

Məsumsan gülüşdə diqqət çəkənsən,

Əslisən ətirdə kökdən gələnsən,

Bükrümdə böyüyən göy Bənövşəsən,

Dərənə baş əyən var Bənövşəsən.

 

 

 

Babalar yetirib ulu Tanrımız,

Nənələr bəxş edib nurlu Həvvamız,

Övladlar böyüdüb doğru Anamız,

Qəlbləri oxşayan göy Bənövşəsən,

Ətrində seçilən sirr Bənövşəsən.

 

 

Palıdın çöhrəsi, bəzəyi solmaz,

Çiçəyin ətiri sərhəddi saymaz,

“Aslanın erkəyi, dişisi olmaz”,

Ramillər yetirən göy Bənövşəsən,

Düşməni sarsıdan ər Bənövşəsən.

 

Kiçik arayış:lüğətdə ilahə-qadın allah,sənəm,məhbubə, dilbər, şeir pərisi, zümrüd-yaşıl rəngli qiymətli daş;telepatiya-hiss orqanlarının köməyi ilə fikir və hisslərin məsafəyə ötürülməsi; məsum-pak, təmiz, günahsız; nur-aydınlıq, işıq, Quran surələrindən birinin adı; xilqət-xalqın ruhunun və vərdişlərinin təzahürü kimi izah olunur. Mövlana-XIII əsrdə yaşamış Azərbaycan filosofu Cəlaləddin Rumidir.

Palıd həmişəyaşıl bitki cinsi. 400-1000 il yaşayır. Oduncağı bərk, möhkəm və bəzəkli olduğundan gəmiqayırmada, vaqonqayırmada, faner, mebel, çəllək... istehsalında işlədilir.

Quliyev Elxan Sarı o.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam