Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

MİLLİ MƏNLİYİNİ İTİRƏN RÜSTƏM İBRAHİMBƏYOV

 Yenixeber.org: Heç də boşuna deməyiblər ki, düşməni qıraqda axtarma. O, içimizdədir. Qabaqlar buna inanmazdım, necə yəni, adam da özünün, millətinin, dövlətinin düşməni olar? Amma sən demə olarmış. Rüstəm İbrahimbəyovun milli mənliyini itirib, millətinə qara yaxandan, onu aşağılayandan sonra buna tam inandım və "düşmən içimizdədir"deyənlə yüzə- yüz razılaşdım. Necə inanmayaydım ki, içimizdə olan düşmən tam çılpaqlığı, şərəfsizliyi, nankorluğu ilə özünü göstərmişdi. Və sanki bağıraraq bütün xalqa bəyan etmişdi ki, mən buyam- şərəfsiz, ləyaqətsiz, dönük, düşmənini ucaldan, özünü aşağılayan birisi.
Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü" filimi haqqında eşidəndə bilirsiniz yadıma nə düşdü? Bilmirsiniz. Bilə də bilməzsiniz. Ona görə ki, deməmişəm. Amma indi deyirəm. Keçən əsrin 90- cı illəri idi. Böyük bir imperiya dağılmaq, yer üzündən silinmək ərəfəsində idi. Zorən yaradılmış "xalqlar dostluğu" yerini xalqlar düşmənçiliyinə verməkdə idi. Bir çox respublikalarda millətlər arasında daxili çəkişmələr silahlı qarşıdurmalarla həll olunurdu. Qədim ata- baba yurdumuz olan indiki Ermənistan adlı coğrafi məkandan köklü xalq- azərbaycanlılar insanlığa sığmayan bir formada torpaqlarından qovulurdu. Azərbaycan ağır bir vəziyyətdə idi. Səsinə səs verən, haqq işini müdafiə edən nə bir ölkə, nə də bir beynəlxalq təşkilat vardı. Xristian təsübkeşliyi məngənəsində əzilirdi, sıxılırdı. Bir milyon qaçqını, köçkünü yerləşdirmək gücündə deyildi. Dəhşətli 20 Yanvar faciəsini yaşayırdı. Bakıda və Azərbaycanın müxtəlif yerlərində yüz illər arınarxayın, yerli xalqdan firəvavan yaşayan ermənilər də yavaş- yavaş, ev- eşiklərini satıb müxtəlif ölkələrə köç edirdilər. Elə bu ərəfədə bu günümüzün dırnaq arası "qəhramanı" Rüstəm İbrahimbəyov böyük narahatçılıq keçirir, özünü oda- közə vururdu ki, Bakıdan ermənilər və yevreylər köçməsin. O, bu barədə Moskva mətbuatında geniş yazı dərc etdirmişdi. Siz elə bilmən ki, o, ermənilərin Ermənistanda, Sumqayıtda və başqa- başqa Azərbaycan ərazilərində törətdikləri vəhşiliklərdən yazırdı. Xeyir, bəlkə də elə o vaxtlar o, ermənilərin bu hərəkətlərinə görə onlara gizlində haqq da qazandırırdı. Onu narahat edən, üzən, kefinə soğan doğrayan ermənilərin və bəzi yevreylərin Bakıdan getməsi idi. Rüstəm bunu Bakının elitarsızlaşması kimi görürdü. Ona görə təmsil etdiyi millət elitar yox, geridə qalmış, elmi, təhsili, mədəniyyəti olmayan bir millətdir.
Rüstəm elə o vaxtdan öz soyuna qarşı nankorluq, şərəfsizlik, ləyaqətsizlik yoluna düşmüşdü. Çox təəssüf ki, o vaxtı onun ağzından vurub yerində oturdan biri tapılmadı. Əksinə sonralar bu ləyaqətsiz, özünə, millətinə yağı kəsilən, dövlətin çeşidli mükafatlarına, fəxri adlarına layiq görüldü. Bakının görkəmli yerində dörd mərtəbəli villa sahibi oldu. Başqalarının yuxuda belə həsəd aparacağı şan- şöhrətə sahib oldu. Nəticəsi də bu!
Sovet dönəmində sevə- sevə baxdığım "Ağ səhranın bəyaz günəşi" filiminin ssenarisini Rüstəm yazmışdı. Bundan necə qürur duyduğumu, fərəhləndiyimi bir Allah bilir. Ən yüksək kino mükafatı olan Oskarı alanda isə daha çox sevinmişdim. Axı zarafat deyildi, o, bu mükafatı alan ilk Azərbaycanlı idi. Amma bu gün "Qafqaz üçlüyü"nə baxanda o sevincim də, qürurum da, fərəhim də ən kəskin nifrətə, qəzəbə, kinə çevrildi. Ermənidən çox ana nifrət etdim. Axı adam (əgər Rüstəmə adam demək olarsa) çörək yediyi qaba bu qədər hayasızcasına, iyrəncliklə tüpürməz! Adam bu qədər millətinə, dövlətinə kinli, qəddar, qisaslı ola bilməz?! Bir vaxtlar Milli Şüra yaradıb milli olmayan bu vələduzna hakimiyyətə gəlmək, prezident olmaq istəyirdi. Belə bir Vətən, millət xainindən prezidentmi olardı?! Qətiyyən yox.
Rüstəmçik. Mən ona daha Rüstəm deyə bilmirəm. Çünki o, mənim gözümdə o qədər balacalaşıb, alçalıb, cılızlaşıb ki, daha Rüstəmlikdən çıxıb. Əgər sənin ədavətin(bir də bu qədər təltiflərin, diqqətin, qayğının qarşısında nə ədavət ola bilərdi ki?) hakimiyyətləidisə, niyə sözünü ona demirdin? Niyə hikkəni, qəzəbini millətin üstünə yağdırırdın? Özü də belə şərəfsizcəsinə, ləyaqətsizcəsinə? Heç bu şərindən, böhtanından xəcalət çəkib yerə girmədinmi? Girsəydin də,təbii ki, bu yer sənin kimi murdarı qəbul
etməzdi. Məncə şərəfsiz və ləyaqətsiz adamlarda vicdan deyilən ali hiss olmur. Sən olmayan vicdanını çoxdan itirmisən. Məncə Keçəl Həmzələrin övladları sənin kimi- oğru, yalançı, xəbis, nankor olurlar.
Sən tutduğun bu şərəfsizlik yolunu həmikarın- Əkrəm Əylisli çox- çox qabaq tutmuşdur. O, 1990- cı illərdə "Duruşba Naradov" jurnalında əsrlərdir bizə qənim kəsilən, namərdlik, nankorluq edən, torpaqlarımızı özəlləşdirən, bizi arxadan vuran ermənlərə məqalə həsr edib onları tərifləyirdi. O vaxt da ona gözün üstündə qaşın var deyən olmadı. Heç yadımdan çıxmaz, həmin yazını oxuyandan sonra bir tənqidi yazı yazıb "Ədəbiyyat və incəsənət"gəzetinə (indiki "Ədəbiyyat qəzeti"nə) bir yazı verdim. Amma Əkramı sevənlər, onun yazdığını qəbul edənlər o yazını vermədilər. Sonralar hökumət Əkrəm Əylisliyə xalq yazıçısı kimi şərəfli ad verdilər, sinəsini dövlətin ən ali orden və medalları ilə bəzədilər. "Daş yuxular" ortaya çıxanda isə əsdilər, coşdular, onu xain, satqın, erməni dəyirmanına su tökən kimi ifşa etdilər. Aylarla qəzetlərin, jurnalların səhifələrini Əkrəm satqınlığı haqqında yazılar tutdu. Bütün fəxri adları, təltifləri əlindən alındı. Və bir atımlıq olan barıtımız da qurtardı. Hər şey yaddan çıxdı. Uzun müddət onun haqqında heç nə deyilmədi, heç nə yazılmadı. Son vaxtlar isə Əkrəmin yaxşı yazıçı olması haqqında bəzi tənqitçilərin yazılarında adı sıx- sıx çəkilməkdədir.
Mən istəyərdim ki, hər iki vətən xayini, erməni əsilli (mən bunu çəkinmədən bir mənalı deyirəm) Əkrəm Əylisli və Rüstəm İbrahimbəyov vətəndaşlıqdan çıxarılsın və haqqlarında cinayət işi açılsın. Bəzi ağzı göyçəklər mənim sözümü qəribçiliyə yalıb deyə bilərlər ki, bu söz azadlığıdır. Onların hərəkətlərində heç bir cinayət tərkibi yoxdur. Axı, dünya tarixində Vətən xayini olandan, millətini qatı və əzəli düşmənə satmaqdan ağır, bağışlanmaz cinayət yoxdur.
Rüstəmin ssenarisi ilə çəkilmiş "Qafqaz üçlüyü" filimi haqqında yazan yazarlar bu filimin zəif, peşəkarlıq prizmasından yanaşanda primitiv və bəsit bir filim olduğunu qeyd edirlər. Amma məncə mətləbə bunun bir elə də adiyatı yoxdur. Məsələ odur ki, müəllif şərəfsizliyini, satqınlığını hər kəsə göstərib. Yazarlar kinonun rejissoru Eldar Şengeliyanı da bizə dost və qardaş ölkənin nümayəndəsi kimi, Rüstəm qədər olmasada, onu da tənqid edirlər. Mən hər zaman demişəm və yenə də çəkinmədən deyirəm ki, gürcülər də ermənilər kimi heç vaxt bizim dostumuz olmayıblar və olmayacaqlar. Onların bu gün bizə olan sevgisi (buna sevgi demək olarsa) neft, qaz borusuna olan səviyyədədir. Ondan da o tərəfə keçən deyil. Hər zaman onlardan da dönüklük, nankorluq gözləmək olar.
                                                                                        Məhərrəm Şəmkirli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam