BƏHRİ TƏVİL
"xeberinfo.com": Hissə görə çox düşünən beyindisə dil qarışıb aram-aram deyindisə, insan oğlu varam deyib gizli –aşkar oğrun-oğrun sevindisə,gəlin kəsək bu söhbəti, məsəl məlum, bu düşüncə bizimdisə insanoğlu şübhə etməz, röyadasa, kaş oyana qalxa dura at oynada varam deyə. Deyin görək, bəs bu nədir baş almışıq biz gedirik, yol azdıqmı dedik hərdən, yol hansısa gözlərimiz kordur məgər,zibilliyi eşə-eşə utanmadan arsız-arsız,yeriyirik dik gəzirik? Gözəl dövrü əyyamdısa dəyişməyən zamandısa nə karəyik at oynadıb,qanmaz olub baş vururuq cəhalətə. Adəm oğlu insan olsa, addım-addım eniş-yoxuş bilməyəcək dizin-dizin yeriyəcək, gözləri ac olsa belə dözməlidir səfalətə. Söz deməz ha, qana-qanmaz utanmadan lənət olsun cəhalətə.Zamandamı söyləyir ha, biz deyəni, göz görəni,söz deyəni,qulaq duyub dil biləni.Olmaz olsun istəmirik göz görübən dil kəsəni. Baş odlayan mühitdisə, daş oynadıb qov ha qovla bizləri çox hürkütdüsə,isti-soyuq bilmədik ha,bizi, bizlə çürütdüsə,səbrdisə baş gedəni,gərək deyil görməz olaq göz görəni ağız əyri dil deyəni. Görmrükmü zaman qısa, nədəndi ha nəyi nədən qısa –qısa, ömür gödək yol uzundur kimdən nədən,qorxa-qorxa vicdan itib ölməliyik. Bizki bizik, necə məgər otlaq üstü quzu qurdan,qaçan görüb,bizdə,bizi qova-qova ovla deyib, biz bu halə dözməliyik.Zəmanəni belə görüb,çəkinmədən söz deyərək,bu münvalla yer tutuban biz də varıq, yeri gəlsə meydan alıb,polad bilək ər ürəkli haqqı deyən cavanlarıq. Əyrini düz,düzəltməsək dərd bizimdi gizlətməsək, ağ-qaranı qanmaz olub anlamarıq. Dərd bizimsə fürsət tapıb meydan alıb, haqqı qapıb, aram –aram, yavaş- yavaş əl mənimdi ətək sənin,eşitsənə ilmə- ilmə çözməliyik.Varmı görən meydan alan öylə biri, söz oynadıb aramızda cavab versin qalsa diri, yamanlığı qana-qana gözümüzə dik baxaraq deməsinlər bəsdi kiri. Yazıqlaşa -yazıqlaşa, adəm oğlu nə gündəsən necə məgər,kordu gözün, yad əllərdə acımamış fış-fış edən bir kündəsən. Axi nədən bilməz oldun,insan oğlu adın uca, əşrəfisən yer üzünün, nədən axı anlamadın yaraşmayır nadan adı xislətinə, qüdrətinə, qüvvətinə, cürətinə. Seçilmisən şüur səndə danışginən,mən nə edim göstər bilək ya ölüsən ya ki, diri.Baban olub at oynadan, ağıl səndə, zəka səndə, verən verib dəyər sənə, ayıl dedim,göz açaraq varam söylə haqq yolunu sənlə gedim...
TƏRANƏ ŞƏMS
25.04.2014