Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gödəniyyət,yoxsa mədəniyyət?!

 

 

   "Xeberinfo.com": Son  illərdə  Azərbaycanda  kitabın  az  oxunmasından  narahat  olub, həyacan  təbili  çalanları  yaxşı  başa  düşürəm. Onlar  sözün  əsil  mənasında  ziyalı  narahatçılığı  keçirirlər.Mən  Azərbaycanda  az  kitab  oxunur  deməzdim,deyərdim  ki, heç  oxunmur. Əgər  inanmırsınızsa  Bakının  ictimai  yerlərində, orta    ali  məktəblərində  sorğu  aparın. On  nəfərdən  heç  olmasa  birinin  son  illərdə  filan  müəllifin  filan  əsərini  oxumuşam  cavabını  eşitməyəcəksiniz. Bizim  xalqın  oxumuşu  da, oxumamaşı  ( indi  ölkədə  "oxumayan"yoxdu) da  ancaq  bir  şeyə  köklənib, alverə. Hamı  beyni  üçün  yox, qarnı  üçün  yaşayır. Qarnın  toxsa  hər şey  yerindədi. Hətta  qanunun aliliyi  belə  lazım  gəlmir.

   Heç  yadımdan  çıxmaz,bir  neçə  il  bundan  qabaq  darısqal  evimi  təmir  edirdim.İllərlə  hər  nömrəsini  oxuyub  səliqə  ilə  saxladığım  bir  neçə  adda  qəzet  və  jurnalları  atmayıb ,böyüklü,kiçikli  bütün  qonşulara  bəyan  etdim  ki,məndə  oxunası  yaxşı  qəzet, jurnallar  var, görürün oxuyun, atmayım,heyifdi.Bir  insan  övladı  yaxın  durmadı.Məni  qınadılar, məsxərəyə  qoydular. Hətta  biri  hamıdan  qabağa  gedərək  "çörək  almağa  30  qəpik  tapmırıq, sən  kefdən   danışırsan"- dedi. Onda  yadıma  orta  məktəb  müəllimlərimdən  biri  düşdü. O  deyirdi: "Acqarına  yanımda  muğamat ( onda  muğamatın  dinləninən  vaxtı  idi) oxu, xeyri  yoxdu  beynimə  girməz". Hətta  o  vaxt  da, indi  də  bizim  mənəvi  qidaya  yox, mədə  qidasına  meylimiz  daha  çox  olub. Gödəniyyət  hər  zaman  mədəniyyəti  üstələyib.

  Uzun  sözün  qısası, atmağa, yandırmağa  heyfim  gəldiyi  qəzet  və  jurnalları  bağlama  şəkilində  həyət  qapısının  yanına  qoydum  ki,maraqlanan  götürüb  aparsın. Həftələrlə  qapının  ağzında  küçədə  qalan  bağlamalara  küçədən  keçib gedənlər  heç  gözlərinin  ucuyla  da  baxmadılar.

   Bu  vaxt  Allah  üzümə  baxdı, kənddən  qonağım  gəldi. Üzlüyümə  salıb  mənə  pay- püş  gətirdiyi  qablarına  apara  biləcəyi  qədər  qəzet, jurnal  doldurub  yola  saldım. Və  özümü  xeyli  rahat  hiss  etdim  ki, kənddə  kimlərəsə   mənim  şəhərdən  göndərdiyim  "sovqat" - köhnə  qəzet  və  jurnallar  örüşə  mal  ötürəndəmi,ağac  kölgəsində  oturandamı  oxuyacaq.  

   Bir  maraqlı  hadisəni  də  danışmamasam   olmaz. Qulağınız  məndə  olsun. Elə  həmin  ərəfədə  qonşumun  küçədə  qoyub  oturduğu  köhnə  kətilini  o  evə  girən  kimi  küçədən  keçən  bir  "qoçaq"  qoltuğuna  vurub  aparmışdı.

   Son  illər  xalqın  arasında  dinə  qayıdış, etiqad  artıb. Bu  bir  növ  pisliklərdən  təmizlənməkdi.Dinə  qayıdış  həm  də  oxumaq  və  öyrənməkdir. Peyğəmbərimiz  buyrur  ki, elmi  beşikdən  qəbirədək  öyrən. Amma  çox  təəssüf  ki,həmin  dindarlar  da  oxumaqdan, öyrənməkdən  çox  uzaqdırlar. Peyğəmbərin  göstərişlərinə  əməl  etməyən, oxumayan, öyrənməyən  özünü  necə  Məhəmməd  hümməti  sayır?

  Məncə  Azərbaycanda  kitabın  təbliği  ən  çox  mütaliədən  asılıdır. Mütaliə olmayan  yerdə  kitabdan  danışmaq  gülüncdür. Orta  məktəblərdə  müəllimlər  buna  xüsusi  diqqət  yetirməlidirlər.

   Sovet  dönəmində  ən  çox  kitab  oxuyan  xalqlardan  biri  də  biz  azərbaycanlılar  idik. Yeni  çıxan  kitabların  şəhər  boyu  axtarışında  olardıq. Gecə  yarıya  kimi  mütaliə  edərdik. Bəzən  elə  kitab  əlimizdə  yatardıq. İndikiləe  telefonla  yatıb. durur. Metroda, avtobusda, qatarda  hamının  əlində  kitab, qəzet  olardı. İndi  belələrinin  sayı  demək  olar  ki, yox  dərəcəsindədir. Bu  gün  avtobusda, metroda, hətta  küçədə  belə  hamının  əlində  ancaq  və  ancaq  telefon  var. Biz  bununla  nə  Avropaya  intiqrasiya  edə, nə  də  mənəvi  dəyərlərimizi  qoruya  bilərik.

                                       

 

 

    Məhərrəm  Şəmkirli

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam