Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

ARZULARIN ŞAHZADƏSİ....

 

 

  

    "Xeberinfo.com": Ali məktəbi  bitirdikdən sonra bir müddət olardı, qrup yoldaşım və könül dostum Zəhranı görmürdüm. Lakin heç vaxt onunla keçirdiyim tələbəlik illəri də yadımdan çıxmırdı. Zəhra çox ötkəm və ərköyün qız idi. Qarşısına nə məqsəd qoysaydı mütləq istəyinə nail olacaqdı. Onu unuda bilmədiyimdən həmişə ürəyimdə bir arzu olurdu. Onunla  tez-tez, görşüb dərdləşim. Nədənsə bu gün evdən çıxıb işə getdiyim zaman ürəyimdə Zəhranı düşünürdüm. Kaş Zəhra ilə hardasa üz-üzə gələydim. Sanki ürəyimdən keçəni ALLAH hiss etmişdi. Amma heç ağlıma gətirməzdim ki, Azərbaycan nəşriyyatında dəhlizdə Zəhra ilə qarşılaşım.Bu an elə gözlənilməz oldu ki, heç gölərimə inanmadım.  Biz bir anlığa yerimizdə donub qalsaq da,  tələbə olduğumuz günlərdəki kimi, çox mehriban görüşdük. Sanki bacı kimi bir-birimizə canı könüldən  sarıldıq.Hər ikimizin gözləri dolmuşdu. Biz bir –birimizə ürək-dirək verərək hal-əhval tutduq.Çox olub keçənlərdən danışdıq.Yenə də həmişə olduğu kimi söhbət qızışaraq bizi tələbəlik illərinə apardı. Zəhra ilə keçidiyimiz  gözəl günləri yada saldıq. Zəhra nə qədər sevincək görünsə də, həmişə olduğu kimi yaddan çıxmayan  uşaqlığından acı-acı söz edərək gözləri yol çəkdi: və  gözlərini  bir nöqtəyə zilləyib dərindən ah çəkərək yenidin sözünə davam etdi. Eh... əziz dostum heç uşaqlığım yadımdan çıxmamış yaşımın üstünə yaş gəldi. Uşaq olduğum müddətcə qayğısız keçən uşaqlığım saysız-hesabsız xatirələrin sinə dəftəri olmuşdur. Sanki bu gün də unuda bilmədiyim uşaqlığımı yada salır.Demək, kiçik yaşlarımdan gözlərimi açıb, mən nənəm Qəmər xanımı nədənsə həmişə yazan görürdüm.Nənəmin yazmağa marağı çox olduğundan, çalışırdım ki, ona mane olmayım. Nədənsə  uşaq düşüncəmlə mənə  maraqlı gələrdi və həmişə özümə sual edərdim: Görəsən nənəm hər gün nə yazır? Onu da qeyd edim ki, nənəm Qəmər xanım evdə tez-tez  mətbuat prospektində yerləşən çalışdığı nəşriyyatdan söz edərdi. Həmişə  evə dönəndə  gətirdiyi qəzet və jurnalları mənə verərdi. Mən də qəzetləri  götürüb, səhifələrdə yerləşən yazılara, şəkillərə  maraqla baxardım. Bir dəfə də verdiyi qəzetə baxarkən nənəm Qəmər xanımın böyük məqalənin altındakı  şəklini gördüm. Tez qaçaraq nənəmə xəbər verdim. Mən o zaman birinci sinifdə oxuyurdum. Hənə ay nənə tez bura gəl, səni qəzetə veriblər. HƏ... nənəm  də tələsik səsimə səs verərək gəldi və məni başa saldı ki,  gözəl balam, mən o qəzetin daimi əməkdaşıyam, gördüyün  məqalə də, şəkildə mənimdir.   Mən o gündən  başa düşdüm ki, nənəm Qəmər  xanım jurnalist yazardır həm də qazetdə çalışır. Elə  həmin vaxtdan nənəmin qəzetlərdə yayımlanan yazılarına  diqqət etməyə başladım.Yaşım az olmağına baxmayaraq qəzetlərdə Qəmər xanıma aid səhifəni maraqla oxuyardım.Günlər beləcə ötdükcə, tədricən  özümdə müəyyən halların əmələ gəldiyini  hiss etməyə başladım. Sanki nə isə yazmaq, nə isə demək  istəyirdim.

Nəhayət bir gün tezdən yerimdən qalxaraq, qələm –kağız götürüb məni narahat edən duyğularımı yazmağa başladım..İlk yazdığım şerə bənzər misraları anama həsr etmişdim.  Fikrləşdim ki, nənəm yuxudan ayılanda yazdıqlarıma baxacaq və mənə əhsən deyəcək. Doğrudan da uşaq olduğumdan, nənəmin yuxudan ayılmağını gözləyə bilmədim. Sevincək  qaçaraq yazdığım kiçik şeir parçasını nənəmə təqdim etdim. Nənəm kağıza baxaraq  məni öpüb qucaqladı və özü-özünə danışırmış kimi dodaqaltı nəsə dedi;Səhf etmirəmsə deyəsən o bu sözləri işlətdi. Zəhra bir az fikrə gedərək xatırlamağa çalışdı. Hə deyəsən nənəm bu sözləri dedi: Şükür Allaha davamçım yetişir.O zamanlar nənəmdən eşitdiyim söz mənə qəribə görünsə də, indi-indi anlayıram ki, Qəmər xanımın dedikləri elə mənim əlçatmaz arzum imiş. Çünki mən yaşa döduqca hiss edirdim ki, nənəmin getditi yol məni özü ilə çəkib aparır. Düşünürdüm, məktəbi bitirdikdən sonra sənədlərimi jurnalistika fakultəsinə təqdim edim. Zaman-zaman nənəm başa düşdü ki, yaşım az olsa da  fitri  istedadım var.Qəmər xanım belə dəyişiklikləri  gördükcə mənə daha çox diqqət ayırmağa başladı.Tez-tez fikrimə gələnləri yazaraq nənəmə göstərirdim. Nənəm Qəmər xanım da müəyyən düzəlişlər edərək öz təklif və iradlarını bildirərdi, mən isə nəticə çıxararaq əməl edirdim. Hərdən elə bilirdim  nənəmlə birgə qalanda ruhlanıram daha cəsarətli oluram. Amma həyatımda barışa bilmədiyim məqamlar,valideynlərimin məni başa düşməməsi idi. Onlar  hiss və duyğularım üçün məni çox kiçik hesab edirdilər, lakin unudurdular ki, həyatda bütün gördüklərim hafizəmin yaddaşına çökür.Bəlkə də heç zaman düşünməyiblər  ki, zaman gələcək etdikləri haqsızlıq  mənə ürəkağrısı verəcək. Bu arada öz həyatımdan danışmağa başım qarışdığından dostumun nə işlərlə məşğul olduğunu heç sorumadım. Uşaqlığımın o anları qəlbimdə dərin iz buraxdığından istəyirdim öz könül dostumla ürəyimdəkiləri bölüşüm. Beləliklə mən sözümə davam edərək  yenidən o günlərə qayıtdım. Hə...məktəblərdə  dərslər bitmək üzrə olduğundan, qarşıdan yay tətili gəlirdi. Mən birinci sinifi əla qiymətlərlə bitirib ikinciyə qədəm qoyacaqdım.Bəzən özlüyümdə düşünəndə valideynlərimi qınasam da, dərs  proqramı çox ağır idi. Lakin bütün  ağırlıqların öhdəsindən gəldiyimdən hiss və duğularım mənə yük deyildi. Dərslərimi əla oxumaqla yanaşı qəlbimdə qaynayan o çeşmədən axan su özünə cığır axtarırdı ki, ətrafa  yayılsın. Düşünürdüm ki, Qəmər xanım  mənə bu yolda çox yardımçı ola bilərdi. Çünki nənəm çox dəyərli qəzetlərlə əməkdaşlıq edirdi.Hətta  özünün  daimi faliyyət göstərdiyi  qəzetdə vardı. Bilirdim ki, yazdığlarım davamlı olarsa, şeirlərimi uşaq jurnallarının birində çap etdirəcəkdi. Nədənsə valideynlərim yaradıcı aktivliyimə mane olmağa çalışrdılar.Bəzən hiss edirdim ki, mən  ikili həyat yaşayıram. Bir yanda valideynlərimi razı salmaq üçün əla oxumalıydım, bir yanda da, xəyal dünyamdakı duyğularıma yer ayıraraq inkişaf etməli  idim. Ən pis cəhət o idiki evdə nənəmdən başqa məni başa düşən yox idi. Bütün bu çətinliklərə baxmayaraq nənəm şərait yaradardı onun yazdıqlarını komputerdə oxuyum. Hətta oxuduqca  bəzən hərf səhfləri taparaq nənəmin göstərişi ilə aradan qaldırırdım. Nəhəm isə mənim diqqətli olmağıma çox sevinirdi. Zəhra danışdıqca qeyd edirdi ki, valideynərimin məni başa düşməməsi, duyğularımı nəzərə almaması sanki  uşaqlığıma vurulan zərbə idi. Amma valideynlərim  unudurdular ki, məni nə qədər sıxsalar da, arzumun gec-tez həyata keçəcəyi gün uzaqda  deyildi.

 Zaman öz axarı ilə davam edirdi. Zəhra məktəbi əla qiymətlərlə bitirərək məzun oldu. Zaman nə qədər tez uçub getsə də Zəhra ilə yaşayan arzu da onunla böyümüşdü. Məktəbi qurtaran ili Zəhra sənədlərini  mənimlə birgə universtetin fiologiya fakultəsinə təqdim edərək yüksək göstərici ilə  tələbə adını qazandı. Mən Zəhranın ən yaxın dostu olduğumdan  bilirdim ki, onu  qəlbən sevindirən ona  meneə olan bir kimsənin olmaması idi. Çünki, o inadının gücü ilə bütün arzularının önündə gedirdi. Onun  böyük istəyi həyatı diqqətlə müşahidə edərək,gördüklərini  qələmə almaq, nənəsi Qəmər  xanımı öz həyatına örnək edərək dürüst jurnalist olmaq idi.

Zəhra hərdən danışdıqca elə xoşbəxt görünürdü ki, sanki o arzuların qanadında göylərdə pərvaz edirdi. Axı o bu gün arzularının şahzadəsi idi. Kiçik yaşlarında jurnalist yazar nənəsi Qəmər xanımın yazdıqlarını mətbuat səhifələrində görəndə təəccüblənən, Zəhra bu gün qələmi ilə seçilən artıq tanınmış jurnalistdir. Zəhra arzusuna çatmışdı. O dürüst qələmi ilə oxucularının sevimlisinə çevrilmişdi.Zəhra elə dərdli danışırdı ki, ona təskinlik verməyə bilmirdimi.Onu vəziyyətdən çıxarmaq üçün qəfildən ona sual etdim.

Zəhra! Bəs bu gün necə?Özünü xöşbəxt sayırsanmı?

O düşünmədən gülümsünərək sevincək cavab verdi.Əbəttə, insanın arzusuna çatmağı kainatda yeni  planeti kəşf etməkdir sanki. Amma yenə valideynlərə üz tutaraq demək istədiyim bir söz var. Əziz atalar, əziz analar övladlarınızın qəlbində cücərən arzunu yetişməyən zəmini kimi vaxtsız biçməyin. İcazə verin yetişsin. Sizlər nə qədər  istəyiniz naminə öz övladlarınızı qarşınızda əyməyə çalışsanız, zaman gələr özünüz  əyilərsiz. Çalışın adınız önündə alçalaraq ƏYİLMƏYİN !!! Sanki Zəhra jurnalist sayağı valideynlərə müraciət edirdi.Mən Zəhranın sözlərindəki  həqiqəti dərk etdiyimdən, ona haqq qazandırırdım. Söhbət bitər-bitməz  onun üzünə axan göz yaşını silİb  sağollaşdım. Yolboyu  qəhər məni böğsa da çalışdım ki, hönkürmədən yoluma davam edim.

 

                                                                 

 

TƏRANƏ ŞƏMS.                 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam