Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İŞGÜZAR OLUN, SOLTAN KİMİ.



     "Xeberinfo.com": Pərişan xala ilə söhbət zamanı o mənə dedi, müasir gənclər oxumaq da istəmirlər, işləmək də. Mən işgüzar adamlara qibtə edirəm. Oxuduğuma və eşitdiyimə görə tarixdə çoxlu işgüzar adamlar olub. Rəssam Tisian 99 il yaşayıb, 6 min rəsm əsəri yaradıb. Cərrah Piroqov müharibə zamanı sutkayarım ərzində 600 əməliyyat aparıb. Kiyev Universitetinin professoru Bukreev 107 yaşına qədər kafedraya rəhbərlik edib. Yoldaşlarının "balaca alim" adlandırdıqları Meçnikov 24 yaşında elmlər doktoru, professor olub. Jan Batist Lamark ömrünün axırına yaxın kor olub,amma qızlarına diktə edib "ZOOLOGİYANIN FƏLSƏFƏSİ" adlı kitab yazıb. Nyuton yeməyə və yatmağa həsr edilən vaxtı itgi hesab edib. Bilmirəm, necə etmək olar, bizim ölkəmizdə də işgüzar adamların sayı daha çox olsun. Mən öz şəxsi fikirlərimi Pərişan xalaya aşağıdakı şəkildə danışdım. İşgüzarlıq mühüm iradi keyfiyyətlərdən biridir. İnsanlarda bu keyfiyyətin formalaşmasında valideynlərin, müəllimlərin və həmin şəxsin yaşadığı mühitin rolu böyükdür. Söz yox ki, irsi meyilliyin, həmin şəxsin istedadlı olmasının da rolu var. İşgüzarlar yetişdirmək üçün gərək valideynlər övladlarını lap uşaq yaşlarından çox da əzizləməsinlər, onları ərköyün böyütməsinlər. Uşaq onlara kömək etmək istədikdə yanından uzaqlaşdırıb, " sən get oyna " deməsinlər. Uşaq ata və anasının gördüyü işlərdə iştirak etməli, özü üçün bilik, təcrübə və vərdiş toplamalıdır. Qız uşağı bilməlidir, onun ata evində öyrəndikləri ərə getdiyi ailədə gərək olacaq. Oğlan uşağı bilməlidir, o, ata yurdunun çırağını yandıran və malik olduğu nəslin davam etdiricisi olacaq. Gələcəkdə O, özünü, ailəsini və iş qabiliyyəti zəifləmiş yaşlı valideynlərini dolandırmaq üçün bir peşə sahibi olmalıdır. Uşaqlar 6 yaşınndan 17 yaşına qədər orta məktəbdə oxuyurlar. Müəllimlər uşaqların savadlanması, tərbiyə edilməsi, həmçinin onlarda dünyagörüşün formalaşmasında əsas rol oynayırlar. Hər hansı bir peşəyə yiyələnmək istəyən gənclər Ali və ya Orta İxtisas ,yaxud Peşə- Texniki məktəblərində oxumalı, ya da peşəsini yaxşı bilən sənətkarın yanında şagird kimi çalışıb sənət öyrənməlidirlər. Valideynlər, müəllimlər və yaşlı nəslin nümayəndələri gəncləri başa salmalı və onlara deməlidirlər: əmək qabiliyyəti olan hər bir şəxs zehni və ya fiziki əməklə məşğul olmalıdır. Saysız-hesabsız iş sahələri var. Məsələn, həkimlik, müəllimlik, mühəndislik, vəkillik, tikinti işi, yol işi, əkinçilik, suvarma işi, elmi iş, Vətəni müdafiə işi, ictimai-asayişi qoruma işi və sairə. Hər kəs özünün ürəyincə olan və bacara biləcəyi bir peşəni və ya işi seçməlidir. Hər bir işdə istək olmalıdır. İşini sevən adam həvəslə işləyir və işi tez başa çatdırır. Könülsüz görülən iş həmişə ləngiyir, nəticəsi də uğursuz olur. Atalar deyiblər: İSTƏR-İSTƏMƏZ İŞLƏMƏK OLMAZ, İSTƏR- İSTƏMƏZ EVLƏNMƏK OLMAZ. Hər kəs çalışmalıdır onun peşəsi və daimi iş yeri olsun. Daimi işi olanlar aylıq maaş, günəmuzd işləyənlər gördüyü işin miqdarına görə pul alırlar. Onlar qazandığı pulla gündəlik tələbatlarını ödəyirlər. İşləməmək, işsiz qalmaq dözülməzdir. İş yeri ola-ola işləməyən adama el arasında bekar, veyl, avara, məşğuliyyətsiz deyirlər. İşləməyib, kiminsə hesabına yeyib gəzəni tüfeyli, müftəxor adlandırırlar. İşləməyən adamın pulu olmur. Pulsuzluq aclığa, çılpaqlığa, pozğunluğa, cinayətə və nəhayət, üsyana gətirib çıxarır. 
Mən gənclərlə söhbət etdikdə onları zəhməti sevməyə çağırıram. Onlara işgüzar adamlar, haqqında danışır,cavanlara öyüd-nəsihət verib deyirəm: siz işgüzar adamlarla tanış olmalı, onlardan öyrənməlisiz. Bu yaxınlarda bir toplantıda mən gənclərə yaxından tanıdığım Soltan adlı bir işgüzar adamın gündəlik fəaliyyəti barədə danışmışam .Onlara nə demişəm, siz də eşidin. Soltan gün ərzində aşağıdakı işləri görür: Səhər yuxudan ayılan kimi əlinə qələm və qeyd kitabçası götürüb həmin gün görəcəyi işləri ora yazır. Qeyd kitabçasını üstündə saxlayır, yadına düşdükcə, ən xırda detalları unutmadan belə ora əlavələr edir. Telefonla danışmaqdan əvvəl özü üçün aydınlaşdırır, nə soruşacaq, nə deyəcək, hansı tapşırıqları verəcək. Qərara alır ki, ağlına gələni, ağzına gələni danışıb, boşboğazlıq edib, vaxt itirməyəcək. Televizorda hansı verilişə baxacaqsa həmin vaxt onu qoşur, baxdıqdan sonra televizoru söndürür. Bütün kanalları gəzib, harda nə olduğunu axtarmır. Hər gün dövrü mətbuatı izləməyə 1-2 saat vaxt sərf edir. Son vaxtlar nəşr ediilmiş ixtisasına aid yazıları, bədii ədəbiyyat və poeziya nümunələrini oxuyur. Kompyuterlə işləməkdən qabaq nə axtaracağını, nə oxuyacağını və yazacağını planlaşdırır. İşini qurtaran kimi onu söndürür. O, bilir ki, uzun müddətli bu cür fəaliyyət yorğunluğa, yuxusuzluğa, nevroza, onurğa sütununun boyun nahiyəsində osteoxondrozun əmələ gəlməsinə və görmənin zəifləməsinə səbəb olur. Görəcəyi işlər çox olduqda və başında fikirlər dolaşdıqda O, fırlana-fırlana durmur, ilk növbədə təxirəsalınmaz hesab etdiyi işi görməyə başlayır. Hər hansı bir işə başlayarkən özü üçün stimul fikirləşir. O, özü-özünü inandırır, bu işi görmək mənim ürəyimcədir, işin başa çatdırılması vacibdir, onun faydası olacaqdır. İşə başlayarkən əvvəlcədən onu qurtaracağı vaxtı müəyyən edir və çalışır ki, verdiyi sözə əməl etsin. Əlindəki işi qurtarmamış başqa işə başlamır. İş gördüyü zaman yoldaşlarıyla uzun-uzadı söhbət etmir. Onların suallarına qısa cavab verir və işini qörməkdə davam edir.
Baş- beynini aparan olanda onlara işə mane olduqlarını nəzakətlə izah edir. İş ərəfəsində başqaları tərəfindən müxtəlif təkliflər irəli sürüldükdə, ölçüb-biçir, bu təkliflərin yerinə yetirilməsi əsas işin başa çatdırılmasına mane olacaqsa, o, razılıq vermir, lakin, həmin işlə sonra məşğul olacağına söz verir. O, vaxt tapıb evdə və işdə keçirilən bütün tədbirlərdə iştirak edir, ev işləri və çöl işləri arasında tarazlıq yaradır, cəbhələrin hər ikisində işlərin öhdəsindən gəlir. Hərdən oturub düşünür və özü üçün aydınlaşdırır: ən əsas və vacib məsələlər hansılardır: diqqətini daha çox hansı işə yönəltmək lazımdır: görüləsi işin yerinə yetirilməsini necə təkmilləşdirmək olar. İşdə qazandığı uğurlara baxmayaraq, o, sadəliyini və təvazökarlığını saxlayır, xasiyyətini dəyişmir. O,daim fəaliyyətdə olur, çalışır, zəhmət çəkir, enerjisini xərcləyir. Hər dəfə bir yenilik edir. Öz işlərini özü sahmanlayır, nizamlayır, yoluna qoyur. İşini möhkəm tutur. O, işin əvvəlcədən nə ilə nəticələnəcəyini göz qabağına gətirir, tədbirli hərəket edir. İşi yerinə yetirmək üçün bacarığını və qabiliyyətini əsirgəmir. Bəzən özü-özünə deyir, iynəmə qədər sataram, işi başa çatdıraram. Əvvəlki səviyyədə galmamaq üçün yenilikləri izləyir. Biliyini, bacarığını və təcrübəsini təkmilləşdirir. İşin yerinə yetirilməsini asanlaşdırmaq və az xərclə başa gəlməsini təmin etmək üçün yollar axtarır. O, zəhməti sevir. İşə həvəslə başlayır və ona can yandırır. Uğurlar qazandıqda öyünmür, lovğalanmır, ədəbazlıq etmir, şit hərəkətlərə yol vermir. Özü işgüzar olduğu üçün başqa işgüzar adamlara da hörmətlə yanaşır. Öz həmkarları ilə sıx əlaqə saxlayır, lazım olduqda onlara yardım edir. Onun şüarı belədir: arzu gərək arzu kimi qalmasın. Arzuya çatmaq üçün insan gərək çalışsın. Çətinliyə düşəndə dostu köməyə çağırsın. Dostuna desin: istəkli qardaşım, işim düşübdür sənə, sən də kömək et mənə. Əgər lazım olarsa , mən kömək edərəm sənə. O, özü işləməklə yanaşı tabeçiliyində olan işçiləri də işə cəlb edir. Fəhlələrin içərisində yaxşı işləyənlər də olur, tənbəllər də. Ona görə işçiləri daim nəzarətdə saxlayır. İşi başdan-sovdu görənləri danlayır. O, tənbəl qadınlara deyir: bilirsənmi, çirkin qız əgər işləkdirsə ərə gedər, gözəl qız tənbəl və pintidirsə evdə qalar. Tapşırığı vaxtında yerinə yetirməyən kişilərə deyir: İş başında yatmaq olmaz, ay yaramaz. Adam kimi işləsən, pul qazanarsan, yaxşı da dolanarsan. İşləməsən, lazımsız əşya kimi çölə atılarsan. Ac qalanda peşiman olub iki əlinlə başıva vurarsan. Soltanın işi həmişə uğurlu olmur. Bəzi gözü götürməyənlər onun haqqında şər və böhtan yayırlar. Digərləri onun işinə müdaxilə edir, cürbəcür fənd və hiylələrlə işini pozmaq istəyirlər. Onu dolaşdırmaq istəyən yaramazlar da tapılır. Özüm şahid olmuşam, bəzi həyasız müxbirlər həftədə bir,on gündən bir Soltanın yanına gəlib deyirlər: sənin haqqında yazmağa gəlmişəm. Nöqsansız iş yoxdur. Mən ancaq nöqsanlardan yazsam səni işdən çıxararlar. Mənə hörmət eləsən, çatışmazlıqlar barədə susaram. Məqalə mərkəzi qəzetlərdən birində nəşr ediləcək Bu da havayı deyil . Sən mənə bu qədər pul verməlisən, çünki onun içərisində yuxarıların da payı var. Soltan deyir, mənə kömək edənlərə minnətdaram, işimə mane olanlarla yoxdur aram. Bir çox hallarda Soltan onun işinə mane olanların dediklırinə və elədiklərinə əhəmiyyət vermir. Lakin həddini aşanlara münasib cavab verir. İşi dolaşdıqda o deyir: işim yaşdı, mənə mane olan danabaşdı. İşi yerinə yetirmək mümkün olmadıqda Soltan deyir: işim bitdi, düzəmədi, iş işdən keçdi, olan oldu, keçən keçdi. Soltan istedadlı və zəkalı olduğu üçün işini tez görür və müvəffəqiyyətlə başa çatdırır. Hər bir işgüzar adam kimi Soltan da zəhmətinin bəhrəsini görür. O,çörək qazanmaq üçün əzab çəkmir. Çörəyi minnətsiz yeyir. Heç kimə möhtac olmur. Həyat yoldaşı Zoya xanımı ,oğlu Azər balanı, bacı və qardaşlarını ehtiyac hiss etməyə qoymur. Universitet qurtarmış vahid oğlu Azərin dəyərli insan və ixtisaslı mütəxəsis kimi yetişməsi üçün əlindən gələni edir.O, yaxın-uzaq gohumlarını da unutmur ,onların evlərində xeyir- şər məclislərinin keçirilməsinin yardımçısı və təşkilatçısı olur. İşdən gəlir götürür, mənfəət əldə edir. Qazandığını içgi məclislərində dağıtmır. O, zərərli adət vərdişlərdən uzaq qaçır , övladının və gələcək nəvələrinin həyatını təmin etmək üçün ehtiyat tədbirləri görür. Xeyirxahlıq edir. Kasıblara əl tutur. Doğulduğu kəndin problemlərinin həllinə təmənnasız, öz vəsaiti hesabına yardım edir. Ona görə öz yerliləri tərəfindən sevilir. Ona tapşırılan işləri layiqincə yerinə yetirdiyi , bacarığı, təcrübəsi və təşkilatçılıq qabiliyyəti olduğu üçün Soltan " Fəxri Fərman" və " TƏRƏQQİ" medalı ilə təltif edilib və İdarə Rəisi seçilib. O, kiminsə hesabına məsul vəzifələrə yerləşdirilənlərdən daha çox həmin vəzifədə qalıb işləyir. Hökumətə və xalqa sədaqətlə xidmət etdiyi üçün Soltan qiymətli, dəyərli və lazımlı insanlardan biri sayılır. Məlum məsələdir, el üçün yaşayıb yaradanlar hamı tərəfindən sevilirlər. Mənim gördüyümə,eşitdiyimə və bildiyimə görə Soltan kimi çox iş adamları var, onlar dayanmadan,gecə və gündüz , istirahətsiz işləyirlər. Nəticədə cavan yaşlarında ürək qan-damar xəstəliklərinə tutulur, ya da şəkər xəstəliyinə düçar olurlar. Mən Soltana, başqa iş adamlarına və gənclərə demişəm, hər bir iş adamı özünün dövlətimiz və xalqımız üçün dəyərli olduğunu nəzərə alaraq sağlamlığını qorumalıdır. Bunun üçün işdən sonra dincəlməli, rahatlanmalı və yorğunluğunu çıxarmalıdır. Kim zehni işlə məşğul olursa açıq havaya, gəzintiyə çıxmalı, idman hərəkətləri etməlidir. Fiziki əməklə məşğul olanlar işdən sonra dincəlməli, televizora baxmalı, kinoya, konsertə getməlidirlər. İstər zehni və istərsə də fiziki əməklə məşğul olanlar istirahət günündən və illik məzuniyyətdən səmərəli istifadə edib elə istirahət etməlidirlər, həftəlik və illik yorğunluq canından çıxsın. Ev və iş qayğılarından azad olmaq istəyənlər istirahət evlərinə, həm istirahət etmək, həm də müalicə olunmaq istəyənlər sanatoriyaya getməli, orada orqanizmdə qan dövranını yaxşılaşdıran proseduralar qəbul etməlidirlər. Ömrünün mənalı keçməsini istəyən şəxslər turist marşrutları ilə ölkələrin görməli yerlərinə gedə bilərlər Müasir gənclər Soltan kimi işgüzar adamlardan nümünə götürməlidirlər. Onlar iş adamlarının təcrübəsini öyrənməli, biliklərini daha da təkmiləşdirməli və gündəlik işində tətbiq etməlidirlər. Axı belə olmasa inkişaf olmaz.

 

      SÜLEYMAN CAMALOV

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam