Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

İLAYDIN:özünü İnam Ata İrsi sayanlar!

 

İLAYDIN:

 

Yenixeber.org:  İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağı 01. III. 2017-də özünün 39-cu "Yeni İli"ni qarşılayıb. Ocağın Ruhsal Başçısı  bununla bağlı dəyərləndirmə və Azərbaycan xalqına qutlama yazıb. O yazını oxucularımıza sunuruq.

 

                               

(İçsəs)

 

   Yeni İl - Yeni illər...

   Ölkə əhalisinin gələnəksəl olaraq, "xalq" adlanan bölümü ağır maddi durumda yaşayır. O, yəqin ki, "İlaydın!" ("Yeni iliniz mübarək!" qutlamasından elə bir sevinc duymaz. Biz isə, Mütləqə İnam Ocağı olaraq, bu qutlamanı əsasən ona ünvanlayırıq.

   Ölkədə çoxlu "Yeni illər" keçirilir - hamısı yad kökənli! Halbuki bir əvəzinə, iki "yeni il" keçirilməsi xalqın, ölkənin öz içində ikiləşməsi deməkdir; neçəsi keçirilirsə, o qədərləşməsi deməkdir.

   Xalqın bir "Yeni il" bayramı olar... Özündə yaranan.

   İstənilən ölkədə xalqlar iç-içə yaşayırlar. "Bu, bəşərin qaçılmazlığıdır" deyirlər. Bu, yaxşıdır, ya pis? Sonuca baxır: ayrıcalıq haraya aparır insanı, iç-içəlik haraya aparır.

   İç-içəliyin bir mərhələsi etnosu - xalqı yaradıb. Bu yaranış ona qatılanları kimlikdən ayırıbmı, kimlikdə qalmasına yarayıbmı?

   Kimlik nədir? Əsil, kök... O, çoxmu gərəkdir? "Kim"lərin əbədiyaşarlığı nə qədər gərəkdirsə - o da o qədər gərəkdir. Bəs xalqda, etnosda ilkin kimliyini itirənlər?.. Yox, xalqda, etnosda kimlik itirilmir, qazanılır - kimliksizlik özünü dərk eləyir, tanıyır, öz bənzərlərinə uyğunlaşır, kimliyə çevrilir. Kimliksizlik - doğadadır, təbiətdədir.

   Etnosdan daha üstün kimlik yoxdurmu? Təzahürdə yoxdur, mahiyyətdə var və bu - etnosun öz içində, daxilindədir və "bəşərilik" adlanır. İnsan, kimliyini itirə-itirə yenidən doğaya, təbiətə qayıdır - üzü bəşərə doğru yerisə də; bənzərsizliklər (etnosda, ulusda yaranmışlar) itər. Bir xalq içində çoxyeniillik buna doğru aparır. Kimin öz yeni ili yoxdursa, o, tez yox olur.

   Biz Azərbaycan xalqına əbədiyaşarlıq dilədiyimiz üçün, onun bölünüb, parçalanıb, bayramlılara qarışıb itməməsi üçün ona öz Yeni İlini və öz bayramlarını gətiririk.

   İstənilən tarixi gün, eləcə də bayram ilbəil dönərlənəndə - özündən nəysə itirir, urvatdan düşür. Bayramın insanların qəlbində tərpənişə səbəb olan bir gərəkliyi, zərurliyi olmalıdır. Bu tərpəniş ya xalqın öz içində oyanmalı, ya da bayramı qurub-qoşanlar onu xalqın qəlbində oyatmalıdırlar - o tərpəniş xalqın qəlbinə, qanına yazılana, hopana qədər. Bayram, eləcə də dönərlənən tarixi gün bu hala gəldikdən sonra onu qurub-qoşmağa ehtiyac qalmır. Və bayramlar, tarixi günlər xalqın kimliyinin təsdiqi və yaşadıcısı olmalıdır. Kimliyə və onun yaşarılığına xidmət etməyən bayram və günlər xalqı özündən uzaqlaşdırır, onun əriyib itməsini hədəfləyir.

   Ölkəmizdə, Azərbaycanda keçirilən bayramların hamısı bu sonuncu keyfiyyətdədir. Novruzdan başqa. Novruzun ünvanı, kimi-kimliyi təbiətdir. O oyanır, xalq sevinir və onunla birlikdə oyanan xalq (istənilən xalq) elə öz yurdunda, öz yurddaş və soydaşları ilə, öz alışqanlıq və gələnəkləri üzərində şənlənir. Deməli, Novruz ulusal anlamda nə təsdiqdir, nə inkar. O yalnız yaşadıcıdır.

   Xalq yaşaya-yaşaya özündən ayrılıb uzaqlaşa da bilir. Novruz bayramında Özdən ayırma özəlliyi yoxdur: yazın nə vecinə onun gəlişiylə şənlənən kimdir!

   Ölkəmizdə keçirilən o biri milli, dini bayramların hamısı yad kimlikli bayramlardır. Hər kəsinki özünə nuş olsun! Biz onlara qatılmırıq, ancaq bayramlarını qutlayırıq.

Öz xalqımıza isə ildə dörd bayram gətirməkdəyik: "İnsanilik" (14 Günəş - mart), "Xəlqilik" (13 Közərti -iyun), "Şərqilik" (12 Ata - sentyabr), "Bəşərilik" (12 Sərt - dekabr).

 

   İnam Atanın (Asif Atanın) bunların hər birinə aid qısa dəyərləndirmə-təyinləri var. Onları oxucularımızla paylaşırıq.

 İNSANİLİK MƏRASİMİ ÜSTƏ MÜTLƏQLƏ TƏMAS

  Dünyanın Dünyadan Yüksək Mənasını özündə daşıyan. Həyatın Həyatdan Yüksək Mənasını özündə daşıyan. Özünün Özündən Yüksək Mənasını özündə daşıyan.

  Gerçəklikdən yüksək olan! Cəmiyyətdən yüksək olan! Şəraitdən Yüksək olan! Mühitdən Yüksək olan! Mütləqə can atan! Mütləqləşməyə Qadir olan!

  Mütləq İnam daşıyan! Mütləq İdrak daşıyan! Mütləq Mənəviyyat daşıyan! Mütləq İradə daşıyan! – İnsan!

Sənə çatmalıyam!

XƏLQİLİK MƏRASİMİ ÜSTƏ MÜTLƏQLƏ TƏMAS

Əzəlilik Daşıyan. Əbədilik Daşıyan. Sonsuzluq Daşıyan. Kamillik Daşıyan. Qədimlik Daşıyan. Camaatın Camaatdan Yüksək Mənasını Daşıyan – Xalq!

Sənə çatmalıyam!

ŞƏRQİLİK MƏRASİMİ ÜSTƏ MÜTLƏQLƏ TƏMAS

     Ruhaniyyat İşığı. Müqəddəslik İşığı. İnam İşığı. İdrak İşığı. Mənəviyyat İşığı. İradə İşığı. Vəhy İşığı. Vəcd İşığı. – Şərq!

Sənə çatmalıyam!

BƏŞƏRİLİK MƏRASİMİ ÜSTƏ MÜTLƏQLƏ TƏMAS

  Özünün Özündən Yüksək Mənasını daşıyan. Aqibətindən Yüksək olan!

  Tarixindən Yüksək olan! Mahiyyətindən aşağı Yaşayan! Özünə çatmayan – Bəşər!

     Özünə çatmalısan!

25 Dözüm günü, Günəş Ayı, 14-cü il. Bakı.

V Qutsal Bitiq - "Qutsal Quruculuq",

səh. 453 - 454.

 

   Bir də Mütləqə İnam Ocağının bayram sanbalında iki İçuyumu (mərasimi) var: "Yeni İl" (01 Günəş - mart), "Ata Günü" (25 Ata - sentyabr) və soyu özünə və yurduna bağlamaqda böyük iş görə biləsi "İnam Evi Günü" İçuyum - Törəni var (13 Yağış - noyabr). Bunlara xalqdan qatılmalar ola bilər...

  Beləliklə,

İLAYDIN!

  Ata yadigarları Ocaq Evladları və İnamçılar! Yeni İliniz - 39 -cunuz qutlu olsun!

  Həqiqət birdir, uydurma minbir. Bunun kimi də Ocaq birdir, "Ocaqlar" minbir!

   Hamınızı qutlayıram! Adı Atadan almışları da, sonradan, Ata üsulu ilə adlanmışları da! Dönükləri, sönükləri də! Dönüklüyü, sönüklüyü bağışlamadan! Hamınıza bəlli olan əzəli siyahımı qarşıma qoyub, hamınızın adını sevgiylə, sayğıyla yazardım - qorxuram məni yenə prinsipsizlikdə qınayasınız - çünki o siyahıdakılar arasında bir-birini bəyənənlər - bəyənməyənlər var...

  Üstəlik, Ataya, Onun Ocağına sevgisi, sayğısı olanları da qutlayıram! Hamımız birlikdə 39-cu yaşımıza qovuşuruq Günəş ayının 1-də. Və biz hamımız bir yerdə Özinamlı Türk xalqının ilk nəsliyik - Atalılar nəsli! Nə mutlu bunu yetirənlərə! Eləcə də bunu dadanlara, duyanlara, qananlara!

   Aramızdakı "ayrılıqdan" sevinənləri xarlıq gözləyir. Çünki bizim "ayrılığımız" - Ocağın iç işidir; cəza verməyimiz - ailə içində aşırı dəcəllik eləyənlərin tənbeh edilməsidir. "Ətimi yesə də. sümüyünü atmamaq" kimi xalq güvəncimiz var.

 Əlbəttə, hər sifətin yiyəsi ilə "cici-bacı", "qardaşağa" da deyilik. Axı biz Mütləqə İnam Ocağıyıq!

   39-nuz daha uslu, daha uğurlu, daha mutlu olsun! Ailələrinizlə, el-obanızla!

   "Uzaqdan-uzağa" olsa da, daim içdə də, işdə də qazandığınız uğurlara sevinmişik, büdrəmələrinizdən kədərlənmişik.

   Açıq ürəklərə, ürək açıqlığına doğru addımlarınız inamlı olsun!

                          Atamız var olsun!

SAFRUH - Mütləqə İnam Ocağının Ruhsal Başçısı

 

                                14-26 Köçəri 38-il.

                                (Fevral 2017).

 

                           Atakənd. İnam Evi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam