Mənim günahım
"Xeberinfo.com": Bir adamın hərəkəti başqa cür, əməli,sözü başqa cür olursa ona kamil insan yox,eləcə normal insan belə deyə bilmirsən. Çünki bu qarşındakının əməlsaleh adam olmamasından irəli gəlir. Bu günlərdə belə birisiylə rastlaşdım və bu olayı dəyərli oxucularıma çatdırmağı özümə borc bildim.
Axşam üstü idi.Tək-tənha təzə tikilmiş,hələlik yaşayanlarının təkəmseyrək olduğu bir göydələnin səliqəli həyətində skamyada oturub qəzet oxuyurdum. Qəzetdəki məqalə məni elə tutmuşdu ki, yan- yöyrəmdə səs-küylə oynayan uşaqlardan, ara-sıra gözümün qarşısından sakitcə nəvəsini arabayla gəzdirən xoşbəxt nənələrdən belə xəbərim yox iymiş kimiydim. Məqalədə bir xəstəxananın baş həkiminin xarici ölkəyə müalicəyə getməsindən və Azərbaycan səhiyyəsinin bu güngü acınacaqlı durumundan, baş verən nöqsanlardan (güya başqa sahələrdə nöqsan filan yoxdur) bəhs olunurdu.
Məqaləni oxuyub qurtarmağıma az qalmış bir səs eşitdim:-Ağsaqqal, burda oturmaq olarmı? Başımı qaldırdım və qarşımda boylu-buxunlu,yaraşıqlı bir gənci gördüm. Və -Niyə oturmaq olmur? Buyur,otur,-dedim.Oğlan oturdu,mən də qəzeti oxumağa davam elədim. Amma fikirin dağıldı və məni bir neçə il bundan qabaq eynən belə bir hadisəylə rastlaşdığım N.Nərmanov parkına apardı. Nə oxuduğuma diqqət kəsilə bilmədim.Ondada skamyada indiki kimi tək yox,yaxın bir dostumla oturub söhbət edirdik. Bizdən yaşlı bir kişi bizə yaxınlaşıb böyrümüzdə oturmaq üçün icazə istədi. Tanış olduq,söhbət etdik. Şuşalı olduğunu və uzun illər qonşu Rusiyada yaşadığını,orda mühəndis işlədiyini dedi.Mühəndis olmağuna baxmayaraq tarixdən,ədəbiyyatdan məlumatlı olduğu danışığından bilinirdi.
Dostumun da,mənim də 40 ilə yaxın Bakıda yaşamağımıza baxmayaraq, belə ədəb-ərkanlı adamlara az-az rast gəldiyimizi dedik. Həmsıhbətimizin danışığından, davranışından hiss olunurdu ki,o hələ rusiya köklüdür və nə yaxşı ki,hələ bəsi Azərbaycanlıların ədəb-ərkanına köklənməyib. Kökdən düşüb Bakı havasına köklənsəydi, soruşub eləmədən böyründə oturar, tum çırtlayıb skamyanın böyür-başını zibilləyər, siqaet çəkib götüyünü qarşına atar, hətta hayqırıb yerə tüpürüb səni iyrəndirərdi.
Mənsə bunu xatırlaya-xatırlaya, gözaltı cavan oğlanın hərəkətlərinə göz qoyurdum. Elə bu göz qoymağım da oğlanı əməll-ibaşlı gözümdən saldı. Bu ana qədər məndə ona qarşı yaranan müsbət fikir bir anda mənfiyə çevrildi. O,əlindəki siqaretin kötüyünü yerə atdı. Halbu ki,onu yaxınlıqdakı zibil qabına ata bilərdi.Amma atmadı və özü də bilmədən tanımadığı mənim onun haqqında yaranmış yaxşı fikirlərimi alt-üst elədi.
Mən istədim deyəm ki,cavan oğlan,bura kimi yaxşı gəlmişdin,burda korladın. Demədim,sadəcə içimdə heç kimin eşitməyəcəyi bir səslə dedim:-Niyə biz həyətimizi,küçəmizi və sonda şəhərimizi öz evimiz bilmirik? Niyə onu zir-zibilimizlə, "mədəniyyətimiz"lə çirkləndiririk?
Amma gərək bunu içimdə özümə yox,cavan oğlana deyəydim.Bəlkə o məni anlayardı və bir də belə ədəbsizlik etməyəcəyinə söz verərdi.Deməməyim mənim ondan da böyük səhvim,günahım idi.
Məhərrəm Şəmkirli