Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avtovağzalda kassalar olsun, olmasın?

                           

  

"Xeberinfo.com":   Həyatda bir şeylə heç cür barışmıram. Onunla ağlım kəsəndən vuruşdayam, savaşdayam. Bu yalandır. Yalan heçdən yaranmır, onu düzüb-qoşanlar, ipə-sapa düzüb qırmızı-qırmızı bizə sırıyanlar var. Yalanı harda, kimə danışmağın da fərqi var. Bir var bu yalanı dost- dosta, qonşu- qonşuya danışıb bir-birini aldatsın, birdə var yep-yekə məmur xalqa danışıb, xalqı aldatsın. Sizi bilmirəm, amma mən belə yalanları eşidəndə qəzəbimdən elə coşuram ki, yalan danışana bir yağlı söyüş söyürəm və bu söyüşdən özüm belə utanıram. Buna görə gərək məni qınamayasınız. Bilirəm, sizdə ağ yalan eşidəndə, rastlaşanda mən düşdüyüm hala düşürsünüz. Yəni siz də qəzəbinizi, etirazınızı söyüşlə bildirirsiniz. Biz buna məcburuq, məhkumuq. Ona görə ki, əlimizdən başqa bir şey gəlmir. Bir paranız haqlı olaraq deyə bilərsiniz ki, qanun, qadağa, şikayət ediləsi təşkilatlar, yazılası mətbu orqanlar var. Məyər bunları mən bilmirəm,məyər mən də sizin kimi Azərbaycan adlı məmləkətdə yaşamıram? Amma mən buna yaşamaq demirəm. Ona görə ki, bu yaşamaq deyil, əzab çəkməkdir, içindən qovrulub yanmaqdır. külə dönməkdir.

   Dəyərli oxucular, yazıya belə bir giriş verdiyimə görə məni qınamasınlar. Yalan və yalançılar mənim əzəli və əbədi düşmənimiz olan ermənilərdən, müsəlman Şərqini al-qana boyayan İŞİd-dən, qardaş Türkiyədə PKK-a terroristdlərindən də betər düşməndirlər.

    Bu yaxınlarda qohumlarım məni Şəmkirə toya dəfət etmişdilər. Böyük həvəs və sevinclə rayona gedəcəyim günü gözləyirdim. Sevincim elə-belə deyildi. Nə qədər xoş üz, isti təbəssüm görəcəydim, illərlə Rusiyada bir tikə çörək dalınca gedənlərin doğmalarının yanına qayıdışını görəcəydim...Nə isə,uzun sözün qısası rayona gedəcəyim gün gəlib çatdı və mən Bakı Beynəlxalq Avtovağzalına yola düşdüm. Mənim üçün yolun uzunu, qısası yoxdur, yola çıxanda mütləq oxumaq üçün özümlə bir şeylər götürürəm. Bu dəfə də istisna olmadı, əlavə olaraq qəzet köşkündən "Ədalət" qəzetinin 6 oktyabr sayını da aldım.  Qəzetin birinci səhifəsində, özüdə lap yuxarıda Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyində olan dəyşiriklikdən sonra mövcud nöqsanların  aradan qaldırılmasına start verildiyindən yazılmışdı. Və o da qeyd olunmuşdu ki, bəs ilk öncə ərazidə bilet satışı ilə bağlı xüsusi komissiyanın yaradılmasına başlanılıb. Bütün bu xoş, sevindirici xəbərləri Nəqliyyatı intellektual idarəetmə şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib. Sizi inandırıram ki, son vaxtlar nə vaxt belə sevindiyimi yadıma sala bilmədim. Həmin anda qınayan olmasaydı və utanmasaydım, elə marşurut avtobusunun içindəcə qol götürüb oynayardım. Amma bütün bu ürəyimdən keçənləri eləmədəm. Ona görə ki, mənə gülərdilər, hətta "dəli" deyib ələ salardılar. Nə isə...

   Marşurut avtobusundan düşüb bilet kassasına yaxınlaşdım, xanım kassirdən Şəmkir rayonunun Düyərli kəndinə (düşəcəyim yer oradır) kimi bir bilet istədim. Xanım dedi ki, biz biletləri ancaq rayon mərkəzlərinə satırıq. Dedim niyə? Cavab verdi ki, belədir də. Onda Şəmkirə verməsini istədim, amma o bileti Tovuza verdi və verdiyim 10 manatdan 8 manat çıxdı. Ancaq "əsaslı islahat"lardan qabaq- yəni keçən il həmin məsafəyə bileti 7 manata almşıdım. Öz-özümə dedim: "Bu da yeni rəhbərlik, bu da əsaslı islahatlar".

   Çox maraqlı və təəccüblüdür ki, BBA-ın istifadə verildiyindən indiyə kimi nə avtovağzalda, nə də avtobusların salonlarında qiymət cədvəlini görən olmayıb. Hətta hərdən satılan biletlərdə belə qiymətlər göstərilmir. Bəyənmədiyimiz Sovetlər birliyində bunlar var idi. Bəs indi niyə olmasın?! Nə vaxta kimi iri buynyzlu məmurlar qanunları saya salmayacaq, sadə və kasıb xalqın cibinə girib soyğunçuluq, əliəyrilik edəcək?! Vəzifədə kiminsə kimi əvəz eləməsi hələ həqiqətin, doğrunun ayaq açması, ayaqda durması deyil. Deyir köhnə hamam,köhnə tas. Uçub dağılmış hamamı yenidən quran, deşilən, sınan tası hələ ki, təzələyən yoxdur. Axı nə vaxta kimi belə olacaq?!

   Bir həftədən sonra getdiyim yolla geriyə- Bakıya qayıdıram. Elə gedəndə avtobusdan düşdüyüm məkanda  10 TG 950 dövlət nömrə nişanlı Qazax- Bakı avtobusuna minirəm. Yerimi rahatlamamış üzü tüklü sarışın bir oğlan əlində iri bir dəftər başımın üstünü kəsir və məndən gediş haqqını tələb edir.Əlimi cibimə salıb pul çıxarıram, sayıb 8 manat verirəm. Oğlan sanki cin atına minir və səsini qaldıraraq: -Bu nədir? Gediş haqqı 10 manatdır. -deyir.

  Doğrusu "əl boyda" uşağın mənlə belə danışması, təkidlə deməzdim, həyasızcasına  məndən 2 manat tələb etməsi məni hövsələdən çıxardı. Və mən məcbur olub "uşağa" xatırlatdım ki, Bakıdan bura 8 manata gəlmişəmsə, burdan da Bakıya 8 manata getməliyəm. Məsafə eynidir.Uşaq sanki çıxılmaz hala düşübmüş kimi dedi: "İndi 2 manatı mən cibimdən qoymalıyam"?

  Görünür hər iki tərəfdən marşurutu yola buraxanlar onlara tapşırırlar ki, sərnişinlərdən hər hansı yolla olur, olsun artıq pul alın.Mənə elə gəldi ki, elə "uşaq" buna görə də mənə qırsaqqız olub yapışmışdı. Onun əl çəkmədiyini görüb onu olmayan "qaynar" xəttə zəng eləməklə qorxutdum. Bundan sonra "uşaq" deyinə- deyinə məndən aralandı.

    Bax, beləcə iri buynuzlu məmurların işinə ciddi yanaşmaması ucbatından sadə xalq hər zaman haqsızlıqlarla rastlaşır, əsəbləşir, qanı qaralır, maddi və mənəvi zərbə alır.

   Dəyərli oxucular, sizi inandırıram ki,bu yazını oxuyan vağzal rəhbərliyi and- aman edəcək ki, elə şey ola bilməz, biz haqq, qanun adamıyıq, yazı müəllifi bizə şər- böhtan atır, qırmızı yalan danışır. Bu yerdə atalarımız gözəl deyib "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı".

  Deyirəm Tanrı bizləri belə oğrulardan, soyğunçulardan qorusun! Amin!

 

 Məhərrəm Şəmkirli

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam