Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Firuz Mustafanın "Sərhədsiz Dünya" traktatı haqqında

Firuz Mustafanın "Sərhədsiz Dünya" traktatı haqqında

 

Xeberinfo.com:   
Firuz Mustafanın “Sərhədsiz Dünya” traktatını bir də oxudum.
Traktat çoxdan yazılib və mən onu dəfələrlə oxumuşdum.
Oxumayan hər kəsə bu əsəri oxumalarını tövsiyyə edirəm.
Mən bu traktata sadəcə bir əsər kimi deyil, bir elmi-fəlsəfi tədqiqat 
əsəri kimi baxıram. Bu əsər Firuz müəllimin gərgin elmi araşdırmasının məhsuludur və deyərdim ki, tarixi bir əsər, tədqiqatçı-alim-filosof- yazıçının elmi işidir. 
Müəllif bu traktatda sərhədsiz bir dünya qurmaq ideyasını irəli sürür və bu ideyanın reallaşması üçün görülməli olan işlərin xronoloji ardıcıllığını da əsərə əlavə edib. 
Firuz Mustafanın irəli sürdüyü bu ideyaya utopiya kimi baxanları 
isə qınayıram. Onun nəzərdə tutduqlarını tam əks etdirə
bilməsə də 30-a yaxın olkəni birləşdirən demək olar ki, sərhədsiz 
Avropa İttifaqı göz qabağındadır. Sərhədsiz dünya niyə ola bilməsin ki.
Fikirləşirəm ki, həmin traktatı hökumətimizin BMT-nin aparıcı dillərində nəşr etdirib BMT-yə və dünya ölkələrinin parlamentlərinə çatdırması çox məqsədəuyğun olardı. Bu ideyanın Azərbaycanda meydana gəlməsi, əsəri azərbaycanlının yazması ölkəmizin, onun millətinin dünyada daha yaxından və düzgün tanınmasına səbəb ola bilər.
Düşünürəm ki, traktatda verilən ideyanın reallaşıb reallaşmayacağından asılı olmayaraq bu ümumbəşəri bir ideyadır, əsər Firuz Mustafanın insanlığa xidməti kimi qiymətləndirilməlidir və ən yüksək mükafata layiqdir.
Ölkələr özlərinin nağılyazanlarını Nobel Mükafatı üçün namizəd kimi
mükafatı verən komitəyə təqdim edirlər.
Milli Məclis və Azərbaycan Hökuməti Firuz Mustafanın “Sərhədsiz Dünya” traktatını Nobel Sülh mükafatı üçün, Nobel mükafatı Komitəsinə namizəd kimi təqdim etmək barədə fikirləşməlidir.

 

RAFİQ NADİROV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam