Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Uzaq və Yaxın Polşa” kitabının təqdimatı olub..BSU-da

“Uzaq və Yaxın Polşa” kitabının təqdimatı olub..

 

BSU-da “Uzaq və Yaxın Polşa” kitabının təqdimatı olub.. 

 

      Yenixeber.org: Bakı Slavyan Universitetində yazıçı-publicist Rövşən Ağayevin “Далекая и близкая Польша” (“Uzaq və Yaxın Polşa”) kitabının təqdimatı keçirilib. Qeyd edək ki, R.Ağayev 1972-ci ildən 1980-ci ilədək neft sənayesi müəssisələrində, 1983-1992-ci illərdə mətbuat orqanlarında və müxtəlif dövlət vəzifələrində çalışıb. Qırxdan çox elmi, 100-dən artıq publisistik məqalənin müəllifidir. 1990-cı ildə məhsuldar əmək fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. O, “Zaman, hadisələr, faktlar”, “Разговор с сыном» adlı kitabların müəllifidir.

      Təqdimat mərasimində universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə yanaşı, elmi işlər üzrə prorektor, professor Rafiq Novuzov, Milli Məclisin deputatı Novruz Aslanov, “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, f.ü.e.d. Rafiq Əliyev, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev və digər siyasi, ictimai xadimlər iştirak ediblər.

Tədbiri Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva açaraq “Далекая и близкая Польша” kitabının Azərbaycanla Polşa arasındakı dostluq və qardaşlıq əlaqələrinə dəyərli bir töhfə olduğunu bildirib. Xalqlarımız arasındakı münasibətlərin tarixindən, bu günündən ətraflı danışan N.Əliyeva tanınmış publisist Rövşən Ağayevin adıçəkilən əsərində məhz həmin dostluğun tərənnüm olunduğunu vurğulayıb. “Sovet dönəmində biz birbaşa əlaqə saxlaya bilməsək də, Azərbaycan həmişə Polşanı öz yaxın müttəfiqi bilib. Bizim turistlər ən çox bu ölkəyə gedərdi. Nəhəng imperiyanın süqutundan sonra birbaşa əlaqələrimiz yenidən bərpa olunub. Bakı Slavyan Universitetində Poşa Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Varşavanın Torn Universitetində Azərbaycan mərkəzi gənclərə Azərbaycan dilini və ədəbiyyatını öyrədir. Bir sözlə, tarixi əlaqələr hazırki dövrdə də öz bəhrəsini verməkdədir”.

       N.Əliyeva sonra XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın Polşa ilə siyasi, iqtisadi, hərbi və s. sahədə əlaqələrinin qurulmasında ayrı-ayrı şəxslərin mühüm rol oynadığını bildirib. O, bu sırada Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının adlarını çəkib. BSU rektoru bu əsərin Azərbaycan gənclərinin Polşanı tanımasında və sevməsində önəmli rol oynayacağını vurğulayıb.

     “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru, f.ü.e.d. Rafiq Əliyev Polşa-Azərbaycan münasibətlərini xristian-islam vəhdəti kimi şərh edib. O, polyakların həmişə Azərbaycana öz doğma vətənləri kimi yanaşdıqlarını xatırladıb.
Əsər barədə təəssüratını bölüşən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov povestdə təsvir olunan hər bir hadisənin arxasında bir tarixi faktın və hər bir obrazın arxasından isə bir real tarixi şəxsiyyətin boylandığını dilə gətirib. “Povestin əsas personajlarından olan Elmar polyak qızı İreni böyük məhəbbətlə sevir, həyatın çətinlik və keşməkeşləri ona bu sevgini unutdura bilmir. Müəllif burada ümumləşdirmə aparıb, bu sevgi xalqlar arasındakı sevginin rəmzidir”.

     Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan-Polşa münasibətlərinin tarixini dostluq və qardaşlıq tarixi kimi dəyərləndirib. O, Azərbaycan ziyalılarının vaxtilə bu ölkəyə üz tutmasının səbəbini polşalıların “şərqlilərə” xoş münasibəti ilə əlaqələndirib. Çıxışının sonunda icra başçısı qeyd edib ki, kitabın Azərbaycan və polyak dillərinə tərcümə olunmasına tam dəstək verməyə hazırdır.

BSU-da polyak dilini tədris edən polşalı müəllim Pavel Frents onu maraqlandıran əksər suallarn cavabını kitabda tapdığını vurğulayıb. O deyib ki, Azərbaycanda polyak dilinə göstərilən maraq, gənclərin bu dili yüksək səviyyədə mənimsəməsi mənə hər zaman maraqlı idi. Bu əsəri oxuduqdan sonra bir çox tarixi faktlarla rastlaşdım və mənə maraqlı olan sualların cavabını burada tapdım.

      Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev çıxışında kitabın əlyazma variantının ilk oxucularından biri olduğunu deyərək bu əsərin yazıçının təxəyyülündən deyil, real insanların həyatından doğan tarixi faktlara söykəndiyini diqqətə çatdırıb. N.İsayev “Uzaq və Yaxın Polşa”nın XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər mühüm hadisələri əhatə edən son dərəcə böyük əsər olduğunu qeyd edib.

Sonra söz alan millət vəkili Novruz Aslanov da əsərin bədii və siyasi məziyyətlərindən danışıb. O, əsərin çox ciddi siyasi məzmuna malik olduğunu vurğulayıb. Amma bu siyasi məqsədlərin birbaşa deyil, sənədli-bədii povestin personajlarının həyat və yaşamında, onların dialoqlarında əks olunduğunu bildirib.

       Əsərin müəllifi öz çıxışında əsərinin ideyasının iki xalqın tarixən bir-birinə yaxın, doğma olmasını diqqətə çatdırmaq olduğunu vurğulayıb. “Çünki polşalıların Azərbaycandakı həyatı Azərbaycan xalqının, eləcə də azərbaycanlıların Polşadakı həyatının polyak xalqının tarixinin ayrılmaz hissəsidir. Azərbaycanın müstəqil dövlət olduğu indiki şəraitdə bu münasibətlərin öyrənilməsi son dərəcə vacibdir. Bu, bizim tariximizdir”.

Sonra çıxış edən digər qonaqlar müəllifin əhəmiyyətli mövzuda əsər yazdığını və gənclik üçün bu kitabın xüsusi önəm daşıdığını vurğulayıblar.

BSU-nun Mətbuat Xidməti

 

 

“Uzaq və Yaxın Polşa” kitabının təqdimatı olub..
“Uzaq və Yaxın Polşa” kitabının təqdimatı olub..
“Uzaq və Yaxın Polşa” kitabının təqdimatı olub..

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam