Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

SÖZÜN DOĞRUSU

YAZIQ DEMƏRƏM   

 

Xeberinfo.com:   (yeni bədahətən)

(Çörək oğrusu kimi tutulan uşağa həsr edirəm)

Üz, üzə oxşardır gizlənən nədir,
Görünən simada izlənən nədir.
Bu həyat bizimdir yaşamaq çətin,
Şişə, şiş calayıb bizlənən nədir.

Mən sizə söz edim hansı çətindən,
Tarixə salıram olub keçəndən.
Millətim oyanmır gözü yuxulu,
Ac qarın tox olmur zoru keçəndən.

Uşaqdır qarnı ac gözü axtarır,
Könlünü oxşayan sözü axtarır.
Düşübdür yollara səri-sərgərdan,
Dərdinə çarəni özü axtarır.

Zamansa işləyir tərsinə vallah,
Ünüm də, yetməyir ərşinə vallah.
Qarşımda əyilib əl açan uşaq,
Möhtacdır harının rəhminə vallah.

Uşaqlar yollara səpilib batır,
Yerləri zibillik, bucaqda yatır.
Cır-cındır içində əlləri qabar,
İnsan deyil yaşamır, ömürdən atır.

Bir uşaq qaçırmış əlində çörək,
Bu günlük tapmışam sabaha gərək.
Uşaq özlüyündə sevinib gülcək,
Bilmədi neyləsin polisi görcək.

Gözlərə soxuldu çörək oğrusu,
Çəkildi o anda günün fotosu.
Baxdıqca od alır, ürəyim yanır,
İnanmaq çətindir sözün doğrusu.

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam