YOZUM BUDUR...(könül pıçıltısı)
- "Xeberinfo.com": Qəlbim ürəyimə həmdəm olub bu aralar sanki, nəyinsə peşindədir. Arayır, axtarır, tapdığını qəlbi ilə bölüşmək istəyi onu həyata bağlayır.Üzünə bağlanan qapılarıı açmaq istəyir...Hətta ürəyim,hərdən səndən də qaçmaq istəyir, ey qəlbim!. Özündən, sözündən, özünə xətalı baxan gözündən...dili sözlü dilindən səf –səf, düzüm-düzüm incələnən sözündən qaçmaq istəyir. Amma neyləmək gərək, Sözün bitdiyi Yerdə SÜKUT...sözün itdiyi yerdə yoxdursa sübut.Mümkünmü dözmək? Lakin xəyallarım məni çəkdikcə, çəkir. Hara? Hayana? Müəmma deyilmi? Bu yolda güvəndiyin varmı,güvəndiyin sənə karmı yollar uzun eniş -yoxuş, ya ki, darmı...Varmı elə biri, dərdli qəlbini öz qəlbinə bələk etsin,dilində sözü tükənməsin, söyləməsin, nələrdisə dua et fələk etsin, fələk bəhanə deyil, kələk etsin.Yox..! Bu yalnız qəlbi dolu özü tənha olan birinin, öz xülyası, söz dünyası ola bilər, səni duyar, dərdini göz yaşı ilə yuyar, səni yaşadar,səni fikirdən ayırıb, daşıdar, hərdən də, hədən də bulaq olub qaynayar, sevə -sevə danlayar,amma küsməz, can parçasından, küsməz dilinin zəhərindən, qəlbinin qəhərindən, küsməz üzü sabaha dan üzünün səhərindən küsməz. Günəş olar yoluna, bərq vurar, sayrışar sağına-soluna, həyatda, həyatı xərcləməz boşu-boşuna. Nə olsun həmdəmdir çoxu -çoxuna.. Ürək gərək, sevmək gərək.. adına ölmək gərək... varmı beləsi... görəndə dəyişsin tutqun çöhrəsi.gülsün onunla, ölsün onunla. Könlü istər yaxın olsun ona ülkəri, zöhrəsi... səyyarələr içində görünsün kölgəsi... Bir qəlbin istəyinə baxın... əl çatmaz bir ümman... ümman özü də guman, aman ay aman çəkilsin qəlbimdən yağmasın könlümə yağış, bu röya deyil, həqiqət, bir istək., görsən də baxış-baxış...dolaşdım o kələfə, ilmə -ilmə naxış naxış,Sözüm ki, bitmədi, bitmədi sözüm. Arayaram qəlbimə yoldaş olan ürəyimin dərdinə çözüm, gərəkdir dözüm, dözüm, baxın, baxın bu mənəm özüm, özüm, mənəm axı arzulayıb söz verən öz-özümə dözüm, dözüm yolum budur, yozum budur!!!
- TƏRANƏ ŞƏMS.. 28.07.2014.