DAYAN, DAYAN DƏNİZ...
Xeberinfo.com: Ey başı bəlalı, gözüyaşlı Vətənim! Yenə də sinsidin, ağladın.Göz yaşı töksən də, başına sığal çəkən olmadı. Yenə ağ telini hörüb başına qara bağlandı ey dərdli ANAM! Axi sənin gözlərin nəmlidir, qəlbin qəmlidir. Bəs olmadımı hər gün şəhid analarının səni oxşayıb, ağlayıb fəryad etdikləri ey Vətən! Nədir sənin günahın ki, qəlbin gülməyib qan ağlasın, qız-gəlinin qara bağlasın, dərdin sinələr dağlasın. Eh..! Yenə ölüm, yenə itki, göz yaşları, işığı sönən ocaqlar, başsız qalan ailələr, boş qalan ana qucaqları...
EY anam sən bu qədərmi səbrlisən, hər gələn bəlaya qucaq açıb dözürsən. Bir dinsənə, hayğırsana ! Çəkdiklərin səni xəstə salmadımı, bitib tükənmədinmi ey ANA! Ey Ana Vətən! Fəryad edirəm, haray salıram,səsimi özümdən başqa eşidən yox ki,ey gözləriyaşlı ANAM. Suyun, torpağın, yerin-göyün, qan ağlayır harayına hay verən yox ki... Bu gün sənin Xəzərin də, cövlan edir. Ey dəniz sən bu qədərmi zalımsan. Bəs sənin dərdin nə? Yadındamı. Çox, çox, canlar almısan. Ey şairlərin, könüllərin ilhamı dəniz, səndəmi anaların qəsdinə durmusan? Bəs deyilmi anaların axan göz yaşları? Ey dəniz sən guşə gələndə, külək olur yoldaşın, dalğalar da qardaşın. Birləşib əl-ələ verəndə kimləri qoynuna alıb ölümünə fərman vermədin ey zalım dəniz! Dəniz, eşidirsən məni. Səninləyəm axı. Nədən belə kükrədin, dalğaların şahə qaxdı? Gözü yolda qalan ailələləri, uşaqları anaları, kamına yetişməyən sevgiləri ağlar qoydun. Niyə? Sualıma cavab versənə! Ay zalım nə istədin Vətən oğullarından? Niyə bilmədin Vətən oğullarının ürəyi, qəlbi sınıqdır? Niyə bilmədin onları evdə gözləyəni var?Bu insanların dərdi sənin dərdin deyildimi?? Axı bizim Qarabağ adlı dərdimiz var. Bəs deyildimi ağlatdın bizi? Ey dəniz səndəmi xain ürəkli oldun? İndi necəsən? Arzuna istəyinə çatdınmı? Bir düşünsənə nə qdər can aldın. Bir insafa gəl,tapılmayanları qoynunda gizlətdiklərini üzə çıxar, itirmə onları. Rəhmin gəlsin yol gözləyən fidan körpələrə, ağlar qalan analara. Ey ana Vətənim sıxılım qoynuna, başıma sığal çək, verim dərdlərimi toxum elə ək, imkan vermə cücərsin onlar. Bu yükü özün çək. Qəlbinini aç basdır onları! Axı bu qədər dözümlü olan varmı, sənin TƏK.. Vətən, Vətən, yoxdur dərdinə yetən, dərdinə dərd qatanlara deyən yoxdur, kimsən, nəçisən, hardan gəlmisən, hara gedirsən? Gözüyaşlı can Anam, can Vətənim yenə qarşında əyilirəm, dərddən dolaşıb ağaran tellərini oxşayıb gözünün yaşını silirəm, sənə yenə döz deyirəm, döz deyirəm və səbrinə səbr diləyib, təbiətin şıltaqlığına qol açan dənizdə öz canlarını iş üçün, bir loxma çörək üçün fəda edən Vətən oğullarına Allahdan rəhmət diləyirəm. Dərdinə şərik oluram. Başın sağ olsun deyirəm ey dərdli VƏTƏNİM !!!
Ağlama,ağlama, ey ana Vətən,
Düşməndir sevinib, kamına yetən.
Başını uca tut, gülməsin yağı,
Mərd dayan, ulusan Vətən torpağı.
TƏRANƏ ŞƏMS