Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PARAZİTLƏR ÇOXALMASIN

 

"Xeberinfo.com":   Gözlərimiz nələr görür kibrit çəkib, ocaq çatır yanır millət, döyüşlərdə zəlil olan, əlil olan qazi yanır, diz üstündə saz çalanın sazı yanır, qazsız olan yazıqların qazı yanır, kanallarda çal-çağırdı, matəmini diyə-gülə arsız anır millət isə,düçar olan zillətini carsız danır. Sual budur gəlin verək kimin üçün axı niyə, nədən belə yanır millət? Dövlət bizim, biz yaratdıq dövran bizim idarəçi zalım ola, bir belə yox, gözlər belə ac-yalavac, bir belə yox! Özgə deyil qənim bizə, biz qənimik, bizdə -bizə, ocaq çatıb, od qoyurlar biz də bizə. Bər-bəzəkli binalarda, öz evində oğul yanır, uşaq yanır, ana-bala cüt odlanır. Fəryad edir yerdə-göydə, olan bizə olsa belə, bəziləri bu milləti şıltaq olan sarsaq sanır.Dərlərimiz qalaq-qalaq, söz dil altda, çıxsa üzə, dəyəcəkdir bir şapalaq. Tonqal catıb, od qalayan insan hissi parçalayan meydana çıx öz-özünü ol qınayan. Ahu –nalə bəs deyilsə, öz odunda özün də yan,əl uzatma bu millətə, harın olma, əl saxla sən, bircə dayan. Altl bəzək üstü təzək, pərdə çəkib gözlərə siz, gəl Avropa çağrış edək bircə gəzək, günlərimiz gözəl keçir, sizli-bizli əl atmayın bu milləti birgə əzək. Çox görsək də, az qanırıq, keçmiş uzaq,zatımızı biz danırıq. Baş birliyi, daş birliyi başdadır, bu gün ölüm ucuzlaşıb kirpik ilə göz arası qaşdadır. Başdakılar ağrı çəkib, dərd bilməyir başdadır. Qarınları tox olsa da, nəfisləri qoyun başı, mal ayağı başdadır. Deyənmi var , siyasətin kağız üstə saxtadır. Damarında qan deyilsə, axmaz olan bir qurumuş laxtadır. Canın yanmaz bu millətə möcüzə də, oturduğun taxtdadır. Eşitsənə bu milləti, dərdi-səri olubsa da gözü görən zilləti. Təmizlə sən ətrafını, xalqa yanan, bu millətə məlhəm olan, loğman olan bir seçim et, bir keçim et, deyənlərə inanma sən, bilməlisən kimlər kimdi, yolun açıq yolunla get. Qınaq edək harınları, cəza verin yanan bina qəza yerin, məmurların qoy yeməsin asta-asta, xısın-xısın. İnsanlar da rahat olsun, tonqal çatıb, yanmaq üçün doğulmasın, yanan zatın bina bəzək, altı təzək zəhərdisə, tüstüsündə boğulmasın vəd ki, verdin vədlərinə kimdir MƏMUR burun eşib soxulmasın. Şahənşahsan, ətrafında avar çəkən yaltaqlara diqqət elə, millətini xəcil edən, rəzil edən parazitlər çoxalmasın.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam