Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ŞAİR MƏNİM DAYIMIYDI...


Dayım Fərhad Yusif oğlunun xatirəsinə həsr edirəm

"Xeberinfo.com":   Məsnəvi üslubda

 

Şair mənim dayımıydı, şair kimi tanınmadı,

Anlamazlar hifz etmədi, irsi itdi tapılmadı.

Bir çox elmin sirrini o, mənimsəyib bilmiş idi,

Adlı-sanlı şairləri  kölgəsində qoymuş idi.

Ədəbi  növlərdən xəbərdar olub,

Hər növdən yazmağı bacaran olub.

Mühit ona qəddar oldu, çıxış yolu tapammadı,

İnandığı cəllad oldu, dərdlərini yayammadı.

Yazdı-yazdl ucalmadı, bilənlər də anlamadı,

Yandı-yandı var olmadı, ocaq catdı qalanmadı.

Üç övladı itkin düşdü, soraq verən kəs olmadı,

Bir qızı da cavan köçdü, dərdə carə tapılmadı.

Flora adda bir qızıydı, qənirsiz  bir gözəliydi,

Yaranmışdı qeyrətiydi, əvəzsiz bir türfə idi,

Oğul Yusif alimiydi, Atasının oxşarıydı,

Ağıl, kamal dəryasıydı, istiqanlı insanıydı.

Qapıları kilidlidi, göz dağıdı yurd-yuvası,

Oynadığım həyətiydi, kimsəsizdi bağ-baxçası.

Fantast-şair, yazıçıydı, zəmanənin alimiydi,

Əvəzsiz  bir yazarıydı dünyasının şairiydi...

 

Quliyev Elxan Sarı o.

 

Iyul 2014-cü il


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam