Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Kürdəmirdə yazıçı publisist Əlisəfa Azayevlə görüş keçirilib - FOTOLAR

 

 

      Bu gün rayonun Atakişili kənd tam orta məktəbində Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü yazıçı publisist Əlisəfa Azayevlə kürdəmirli oxucuların görüşü keçirilib.

Xeberinfo.com:  Tədbiri giriş sözü ilə açan Muzeyin Aran regional şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Əlisəfa Azayevin həyat və yaradıcılıq yolu haqqında oxuculara ətraflı məlumat verərək yazıçının detektiv janrda yazdığı əsərlərinin Azərbaycan oxucularının böyük rəğbətini qazanmasından, 26 adda kitabının təkrar nəşrlə 100000-dən artıq tirajla çap olunmasından danışdı.  

       Görüşdə iştirak edən qonaqlardan yazıçı publisist Mustafa Çəmənli, yazıçı publisist Flora Xəlilzadə, şair Kərəm Kürqıraxlı çıxış edərək Əlisəfa Azayevin qanunlarımızı hər zaman ali tutan, savadlı hüquqşünas olmasından, ədəbiyyata həyatdan gəlməsindən, vətənpərvərliyindən söhbət açdılar.

Oxuculardan Mehriban Məmmədova, Tofiq Abdullayev, İradə Mahmudova, Ağa Zeynalov yazıçının əsərlərinin sujet xətti, ideyası, personajları haqqında maraqlı fikirlər söylədilər.

      Görüşdə AMEA N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik, millət vəkili, yazıçı publisist Rafael Hüseynovun və dünya şöhrətli xalq yazıçısı Çingiz Abdullayevin  Əlisəfa Azayevin yaradıcılığı haqqında söylədikləri dəyərli fikirlər video lent şəklində monitorda göstərildi.

       Məktəblilərin yazıçının əsərlərindən hazırladığı kompozisiyalar və muğam ifaçılarının çıxışları görüşə xüsusi ovqat bəxş etdi.

      Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli çıxış edərək Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından yazıçı publisist Əlisəfa Azayevi təbrik etdi, ona yaradıcılıq fəaliyyətində uğurlar arzuladı.

 

      Sonda yazıçı publisist Əlisəfa Azayev oxucuların ona ünvanladığı suallarına cavab verərək bu maraqlı görüş üçün hər kəsə minnətdarlığını bildirdi.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam