HEÇ KİM UNUDULMUR
Xeberinfo.com: Texnika elmləri namizədi Əkrəm Mehdi oğlu İzmaylov haqqında “Haqq-ədalət sorağında” adlı kitabımda iki səhifəlik materilla qısa məlumat vermişəm. Onunla on il Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda birgə işləmişəm. Fəaliyyət dairəmiz müxtəlif sahələri əhatə etsə də söhbətimiz tuturdu. İnstitutda qapılarımız dördüncü mərtəbədə üz -üzə açılıb örtülürdü. Həmin institutda olduqca dərin səviyyəli elm insanları işləyirdilər. Cox təəssüf ki, özündən razılar institutun məhz səviyyəli elmi kadrlarını oradan didərgin etdilər.
Əkrəm müəllim yerli-yersiz tərifləri sevmir, daim haqqın tərəfində dururdu. Onun sadəliyi, təvazökarlığı diqqətimi cəlb edirdi.Özü haqqında istəmirdi ki, bir kəlmə yazılıb oxuculara məlumat verilsin. Bir sıra alimlərdən fərqli olaraq o, elmin nəzəri və praktiki cəhətində kamil idi. Respublikadan xaricdəki elmi dərgilərdə onun məqalələri dərc olunurdu. O, rus dilli olsa da lazım gələndə ingilis dilində də məqalələr yazırdı.
Vəziyyət elə gətirdi ki, mən 2007-ci ildə vəzifəmdən azad oldum. Bir neçə ildən sonra o, da vəzifəsindən azad edilib Azərbaycan Milli Aviasiya Akademiyasında işləyəsi oldu. Ancaq onunla əlaqələrimi üzməmiş və arabir telefonla söhbətləşir hal-əhval tuturdum.Birgə işlədiyimiz vaxtda onun haqqında müəyyən məlumatlarım varıydı. Ömür gün yoldaşı Nataşa bəyim də onunla birgə işləyirdi. Sağalmaz xəstəliyə tutulan Nataşa bəyim 17 may 2008-ci il tarixdə vaxtsız dünyasını dəyişdi.Hal hazırda Əkrəm müəllim bir oğul-Fuad, gəlin və Cəmilə adında bir nəvə sahibidir.
Onun haqqında oxuculara məlumat verməməyi vicdanıma sığışdıra bilmirdim. Nəhayət komputerin qarşısında əyləşib onun haqqında bildiklərimi yazmağa başladım. Ataların “Ot kökü üstə bitər”, yaxud “Alma budağından kənara düşməz” deyimlərini yada salıb onun kim və kimlərdən olduğunu oxuculara publisistika və şeir vasitəsilə çatdırmağa çalışıram. Onun Anasının dayısı oğlu Ləmbəranski Əliş Cəmil oğlu (10.5.1914. indiki Bərdə rayonunun Ləmbəran kəndi)-sovet dövlət xadimi. SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan SSR əməkdar mühəndisi (1964). 1944-cü ildən Sov.İKP üzvü. 1936-cı ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye institutunu bitirmiş, zavodlarda müxtəlif vəzifələrdə işləmiş, Böyük Vətən müharibəsində iştirak etmiş, 1942-ci ildə ağır yaralanaraq tərxis olunmuşdur. Çaparidze adına zavodun baş mühəndisi, sonra isə direktoru (1943-45), “Bakı Neftayırma zavodları” trestinin müdiri (1945-47). Ə.Qarayev adına neftayırma zovodunun direktoru (1947-50), “Azərbaycan Neftayırma zavodları” birliyinin rəisi(1950-59) işləmişdir. 1954-cü ildən eyni zamanda Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini idi. 1959-66 –cı illərdə Bakı şəhər ZDS İcraiyyə Komitəsinin sədri seçilmiş,1966-cı ildə SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə keçirilmişdir. 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinidir. Azərbaycan SSR Ali Sovetinin (3,5-6, 8,10-cu çağırış)deputatıdır. Azərbaycan KP 30-cu qurultayında MK üzvü seçilmişdir. 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, 3 Qırmızı Əmək Bayrağı, 2-ci dərəcəli Vətən müharibəsi, Xalqlar dostluğu ordenləri və medallarla təltif olunmuşdur. SSRİ Nazirlər Soveti mükafatının laureatıdır (1978).
(Əliş Cəmil o. Ləmbəranski haqqında məlumat götürülüb ASE-nın BAŞ REDAKSİYASI,19. BAKI.82, cild 6,səh. 212)
Qoy Cəmilə bəyim bilsin:
Ulu Babası kimdir;
Tarixi yetirdi milli ərkanı,
Bərdəli Əlişdi veribdi Tanrı,
Nəvəsi alimdi, meyvəsi-barı,
İdarə etmədə ad-san qazanıb,
Dövlətə xidmətdə azman tanınıb.
Ləmbəran irs qoydu sivil tarixdə,
Tanınan məşhurdu yekdil ölkədə,
Əməkdən bərq vurdu sosyal Vətəndə,
Faşistlə vuruşda sınaqdan çıxıb,
Azğınla döyüşdə şöhrət qazanıb.
Ordenlər növbəylə salama gəlir,
Təltiflər hörmətlə təbrikə gəlir,
Medallar sevinclə bayrama gəlir,
Zəhmətlə böyüyüb haqqına çatıb,
Xalqıyla ucalıb məqsədə çatıb.
Babası kimdir;
Nəzəri bilgisi yetərincədir,
Təcrübi seçimi var bəsincədir,
Patentli işləri məqsədincədir,
Yalana uymadı haqq tərəf tutdu,
Zəhmətə qatlaşdı yaratdı, qurdu.
Dili rus diliydi qanı Türk qanı,
Dəyişdi dilini dövlət Fərmanı,
Bəyəndi Qərarı, qucdu “Quran”ı
Lüğəti sevərək miz üstə qoydu,
Qanunu öpərək qənşərə qoydu.
Mövzular işlədi qiymət verdilər,
Mərkəzi dərgilər dərcə keçdilər,
Xarici millilər hörmət etdilər,
Tərifi sevməyən ağıllı xoydu,
Kəlləsi işləyən bəhərli soydu.
Nənəsi kimdir;
İşıində həmkarı, evdə dayağı,
Cütlükdə xürrəmi darda mayağı,
Ömürdə söykəyi dərdə əlacı,
Səliqə-səhmanın tacıdır Qadın,
Körpəni yetirən Anadır-Qadın.
Özülü sarsılıb ağrıdan çökdü,
Övladı göynədib ömürdən küsdü,
Əkrəmi ağladıb həyatdan köcdü,
Oğul da bəxş etdi sayalı Qadın,
Ruhuyla yaşadı vəfalı Qadın.
Cəmilə bəyimin diləyi və gələcəyi;
Təkliyə gərəkdi- bir bacı, qardaş,
Evliyə istəkdi- bacıya sirdaş,
Nəsilə dəstəkdi- cocuğa yoldaş,
Diləyin çatacaq Tanrıya bəyim,
Həmfikin olacaq həyatda bəyim.
Cəmilə xatırlar səbat Əlişi,
Genində yaşadar mürvət amili,
Xidmətlə sayılar Dövlət xadimi,
Cəmildən nəticə gül açıb bəyim,
Əkrəmdən bir nəvə göyərib bəyim.
Lüğətdə: ərkan-yüksək vəzifəli dövlət məmurları,
dövləti idarə edən adamlar;
azman- çox böyük, nəhəng, əzəmətli;
bərq- parlama;qənşər-qabaq, irəli;
xoy- xasiyyət, milli xilqət; soy-əsil, kök,nəsil;
XÜRRƏM- sevincli,şad olan; sayalı-xeyirli;
səbat- sözündən, ilqarından dönməmə,
mürvət-insanlıq, şəfqət,mərdlik;
amil- faktor, səbəb kimi izah olunur.
Quliyev Elxan Sarı o.