Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fəlsəfə və hüquq institunda fəlsəfə və hüquqdankənar idarəetmə: ÖZƏL

 

 

 

“Alimini cahilinin ayağına salan dünya”

                                                    Yadigar Türkel

                                                                      

Xeberinfo.com:  10.03.2016-cı il tarixdə “Xeberinfo.com” saytında “Fəlsəfə və Hüquq İnstitutunda nələr baş verir?” mövzusunda bir yazı verilmişdir.

Əvvəlcə gəlin “Fəlsəfə”məfhumunun necə izah olunduğunu aydınlaşdıraq. FƏLSƏFƏ-ictimai şüur formalarından biri; varlığın və idrakın ümumi formaları, insanla aləmin qarşılıqlı münasibəti, təbiətin, cəmiyyətin və insan təfəkkürünün ən ümumi qanunauyğunluqları haqqında elm.

İndi isə həmin elmə və onun elmi işçilərinə adı çəıkilən institutda göstərilən qayğı və münasibətlərə diqqət yetirək. Uzun illər mətbuatda həmin elmi müəssisədə plagiatlıqdan söhbət getsə də onun kökü kəsilmir. Mənim o institutla heç bir əlaqəm yoxdur.Yalnız orada iki nəfərlə mətbuatdakı çıxışlarına görə tanışam. Bu şəxslərlə çörək kəsməmişəm, yol yoldaşı olmamışam, qohumluq əlaqələrimiz yoxdur,bir bölgədən deyilik. İstərəm ki, institutun şan-şöhrəti dünyaya yayılsın və biz vətəndaşlar da onunla fəxr edib sevinək. Cox təəssüf ki, yaxşı tanıdığım həmin iki nəfərdən biri- fəlsəfə elmləri doktoru Yadigar Türkeli direktor  “əsaslı” bir bahanə taparaq vəzifəsindən azad edib.

Bəs Yadigar Türkel kimdir və mən onu necə tanıyıram? Onun məndə 20 sentyabr 2008-ci il tarixdə “Vətəndaş Həmrəyliyi” mətbuatında dərc olunmuş  “Dilim yandı” və 11,17,31 mart 2011-ci il tarixlərdə həmin mətbuat orqanında dərc olunmuş“ “Nizamülmülkün “Siyasətnamə”anıtındakı dövlətcilik ilkələri, ya da çağdaş Azərbaycan Respublikası siyasətcilərinə yönəltim dərsi” kimi elmi çıxışları var.

Onun çıxışlarını mütaliə etdikdən sonra anladım ki, Yadigar Türkel bənzərsiz şəxsiyyət ,oxucunu dərindən düşündürən dəyərli bir elm insanıdır. Obyektiv gercəklik onun beynində düzgün əks olunur ki, bu səbəbdən də yazdığı elmi əsərləri  oxucuda  geniş maraq doğurur.

AMEA əməkdaşı Yasəmən Qaraqoyunlu Fəlsəfə və Hüquq İnstitutunda anormal mühitin olduğunu bir cox faktlarla sadalayır. Bu institutda iş o yerə çıxıb ki, qanunla bir araya sığmayan əməllərlə məşğul olanlar və plagiatlığı özünə peşə seçənlər bir kənarda qalıb, fəlsəfə elmləri doktoru Yadigar Türkel işində yol verdiyi “ciddi səhvlərə” görə institutdan xaric olunmuşdur. Qeyd edilənlər onu göstərir ki,Y.Türkel dərin dərkinə görə vaxt gələr ki, vəzifədə direktora rəqib ola

 bilər. Bundan başqa İnstitutdakı bu hərc mərclik onu göstərir ki, müdiriyyətin idarə etmə keyfiyyəti aşağı səviyyədədir, artıq institut idarə olunmur, obyektiv gerçəklik isə direktorun beynində tərsinə əks olunur. Allahsızlığı özlərinə rəva bilib Y.Türkeli zorakılıqla işdən çıxardan və çıxartdıranlar anlamalıdırlar ki, Allahın qapazı həmişə onların başı üzərindədir.

 

 

Quliyev Elxan Sarı o.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam