Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əlyazmalar İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Əlyazmalar İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

 

Bu gün London İsmaili Təriqətinin Araşdırma Mərkəzinin əməkdaşı, Latviya Universitetinin professoru Yaniş Esots və Qüds Hayfa Universitetinin doktoru Roy Vilozni AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olmuşlar.

Yenixeber.org:  Qonaqları institutun elmi işlər üzrə direktor müavinləri filologiya üzrə fəlsəfə doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov və elmi katib fil.ü.f.d. Əzizağa Nəcəfov qarşılamışlar. Görüşdə  Əlyazmalar İnstitutunun tarixi, fəaliyyət istiqamətləri və əldə olunan nailiyyətləri barədə danışılmışdır. Sonra institutun “Ərəbdilli əlyazmalrın tədqiqi” şöbəsinin müdiri fil.ü.e.d., prof. Kamandar Şərifov qonaqlara institutda qorunan ərəbdilli əlyazmalar haqqında məlumat vermişdir. Doktor Roy Vilozni Qüds kitabxanasında da Azərbaycanla bağlı ola biləcək bir sıra ərəb, fars və türk dilində əlyazmaların mövcud olduğunu söyləmişdir.

Daha sonra qonaqlar Əlyazmalar İnstitutunun Ekspozisiya zalı ilə tanış olmuşlar. “Əlyazmaların elmi ekspozisiya və təqdimi” şöbəsinin müdiri Nigar Babaxanova və şöbə əməkdaşı Leyla Cəlilova institutda qorunan əlyazma abidələri, əski çap kitabları, şəxsi arxivlər və tarixi arxeoqrafik sənədlər barədə qonaqlara məlumat vermişdir. 

“Elektron resurslar” şöbəsində əlyazmaların elektronlaşdırılması işi əcnəbi alimlərin xüsusi marağına səbəb olmuşdur. Həmin şöbənin müdiri Firəngiz Hüseynova institutda iki ildən artıq bir müddət ərzində 2000-dən çox əlyazma abidəsinin elektron versiyasının hazırlandığını və əlyazmaların elektron kataloqunun tam hazır olduğunu qonaqların nəzərinə çatdırmışdır.

 

Sonra görüş iştirakçıları gələcək əməkdaşlıq prespektivlərini müzakirə etmişlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam