Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gördüklərim və düşündüklərim silsiləsindən...



 

 

Ana... oğulunun şəxsi mülmikiyyəti sayıla bilərimi?!...

 

Qəbahətmi...?!Cəsarətmi...?!Cəhalətmi?!...

 

Yenixeber.org: Doğrudan da həyat maraqlı, həm də acınacaqlı  hadisələri ilə insanları  təəccbləndirməkdə  davam edir. Hətta deyərdim ki, bəzən insanın ağlına gəlməyən başına da gəlir. Bu qəbildən gərək həyatda baş verənləri müşahidə etməyi bacarasan.

Sizlərlə bölüşmək istədiyim hadisə qonşuda baş verdiyindən yəqin ki, biganə qala bilmədiyimə əminsiniz. Elə bu baxımdan sözügedən ailəyə baş çəkməyi qərara aldım. Demək, söhbət nədən gedir? Zənnimcə dinlədiklərimin təfərruatına vararaq eşitdiklərimə bəsit yanaşa bilmərəm. Belə ki, rast gəldiyim hadisədə oğlu tərəfindən ananın başına gətirilənlərdən bəhs edilirsə, əlbəttə bir azda diqqətli olmaq lazımdır. Haqqında söz demək istədiyim həmin xanımı yaxşı tanıyıram və şəxsiyyətinə  bələdəm. Zavallı ana  ömür-gün yoldaşını  gənc yaşında itirdiyindən illərlə saçının birini ağ, birini isə qara hörərək namus və qeyrəti ilə uşaqlarını böyüdüb boya-başa çatdırmışdır . Və həmçinin danılmazdır ki, cavan canını övladları üçün fəda edib. Bildiyim qədəri ilə  qonşum üzərinə düşən məsuliyyəti bir ana kimi dərk edərək çox əzab-əziyyətlərə qatlaşıb övladlarını ətraf və cəmiyyət üçün yararlı vətəndaş kimi yetişdirmiş və  ailəli, oğul-uşaqlı olmaqlaqrı üçün də əlindən gələni əsirgəməməmişdir. Bütün əziyyətləri ömrünü kəsən ananın danışdıqca göz yaşları  bulaq kimi axırdı. Bu gördüklərimə ürəyim yanmaya bilməzdi. Xanımın dərdinə şərik olduqca hiss edirdim ki, qəlbindən dilinə süzülən kəlmələri  ananın necə dərdli olduğunu bəlli edir. O danışdıqca duyurdum ki, onun bütün  zəhməti əlində qalıb və övladları sarıdan dili ağzında yanıb. (belə demək mümkünsə) Ana danışdıqca qəhər və ğöz yaşları onu boğsa da hətta acı olsada belə qürurunu əyməyərək deyərdim ki, özünü günahkar bilərək, -maraqlıdır ki, oğlanlarına haqq da qazandırırdı. Mən  anaya təskinlik verərək niyə bu qədər üzülməsinin, göz yaşı tökməsinin səbəbini  öyrənməyə  çalışdım. Eh...doğrudan da, anaki ana... O, ana ki qəlbini yandıran dərdini danışmağı belə özünə ar edirdi. Çox xahiş və minnətdən sonra nəhayət qəlbindəkiləri  dilinə gətirdi. Bilirsən qızım, oğlanlarım ailə qurduqdan  sonra çox diqqətdən kənarda qaldım və tənhalaşdım. Bəlkə də mənim ən böyük bədbəxtliyim  qız övladımın olmamasıdır. Düşünürəm ki, bəlkə bir qızım olsaydı mən heç vaxt özümü tək hiss etməzdim. Əvvəllər elə düşünürdüm ki, oğlumu evləndirərəm, gəlin mənə qızım kimi olar. Əslində nə qədər yanıldığımı illər sonra anladım və hiss etdim ki, hamı özü üçün yaşayır və bildim ki, gəlindən heç vaxt qız olmaz. Ana övladı üçün həmişə yanar şamdır. Çox təəssüflər olsun ki, övladın anaya biganə, laqeyd  olmağı bir kənara, sanki zaman-zaman o doğmalıq itir və sənə yad olur. Əslində ana kimi övladlarımdan heç elə bir umacağım da olmayıb.  Anayam, bəzən heç onları da qınamamışam və düşünmüşəm ki, axı özlərinin də himayəsində ailə, uşaqlar  var. Qeyd edim ki, mən gənc yaşımdan təzyiq xəstəsi  olduğumdan oğlanlarımdan ancaq dərmanlarımı vaxtında alıb gətirməsini xahiş edirdim. Sizi inandırım ki,  sözüm əksər hallarda yerə düşür, nadir hallarda  istəyimə əməl edilirdi. Axı bütün dediklərim  bir-iki kəlmə ilə bitmir. Ürək süfrə deyil ki, hammıya açıb tökəsən. Haşiyə: -Düzü uşaqların atası gözəl ailə başçısı idi. Rəhmətlik heç vaxt bir sözümü iki etməzdi. Əslində övladlarım gözəl başa düşürdülər ki, həyat yoldaşım  zamanında məni necə çox sevib. Çünki ataları rəhmətə getməmişdən əvvəl onlar üçün yaş həddi belə düşünməyə əsas verirdi.  Eh...insan həyatda hər şeyə alışır. Mən də zaman-zaman ağırda olsa sına-sına, vüqarım əzilə-əzilə sillə-qapazlı həyatı   yaşamağa öyrəndim. Amma sizdən nə gizlədim,  qəlbimin dərinliyində övladlarımın mənə olan ögey münüsibəsinə dözə bilmirdim. Bəzən, məcburiyyətdən düşünürdüm ki, bəlkə yaşımın bu çağında bir allah bəndəsi ilə ailə qurum... Bəlkə də düz düşünmürdüm.  Niyyətim isə  oğlanlarıma yük olmamaq idi. Günlərin bir günü bu düşüncəmi gəlini doğmam bilərək onunla  bölüşdüm. Sizlərə də baş ağrısı verirəm, inanın başımın bəlası elə o zamandan başladı və həyatım mənə zindan oldu. Belə ki, gəlin oğlumu duyuq salaraq mənim düşündüklərimi  heç nədən çəkinmədən, nələrin baş verə  biləcəyini vecinə almadan dediklərimi oğluma xəbər verir. Sizlər düşünün ki, mən hansı üzdəniraq vəziyyətlə qarşılaşdım. Oğlum bu xəbəri çox əsəbi qarşılayaraq,  məni  ölümlə hədələdi. Hətta cəza olsun deyə əl telfonumu əlimdən aldı, evin məndə olan açarını götürdü, evdən bayıra çıxmamağımı qətiyyətlə tapşırdı. Hansı ki, sözügedən ev ərim tərəfindən mənə hədiyyə edilən şəxsi mülkiyyətimdir. Oğlumun əmrinə görə, mən onun  göstərişinə əməl etmərəmsə hətta mən ananı  öldürəcəyini də vəd etdi. Bəli, xanım təəccüblənməyin! Bütün dediklərim həqiqətdir. Mənim üçün danışmaq nə qədər acı olsa da oğlum  tərəfindən şərəf və ləyaqətimin taptalandığına dözməyərək, intihar etməyi qərara aldım və örucla təzyiqi tənzimləyən dərman pereparatı qəbul etdim. Hansı səbəbdən dolayı  bilmirəm,  mən qaragünlünü ölməyə də qoymadılar. Təəssüf edirəm ki, ölə bilmədim.  Amma  yaxşı ki, ölmədim.  Çünki mən haqqımın müdafiəsi üçün meydanda mübarizəyə hazır olmalıyam. Hörmətli qonşu, əziz  jurnalist bacım bu baxımdan mən sizə sual verirəm. Mənim bu  başıma gətirilənlər qəbahətmi, cəsarətmi ya CƏHALƏTMİ?!”....

 

 

 

 

Dəyərli oxucular, ananın danışdıqlarını  dinlədikdən sonra sözügedən məsələyə fikrimi sizlərlə bölüşmək istərdim. Əslində bu məsələdə açıq-aşkar, döğru-dürüst   başıma çatmayan nədir? Mən də Azərbaycan vətəndaşıyam və başa düşürəm mentalitet nə deməkdir. Adama deyərlər ay oğul, ay insan (insan demək mümkünsə) ANA nə vaxtdan sənin şəxsi mülkiyyətin sayılır ki, sən hansı ixtiyarla zor tədbiq edərək onu evə həbs edəsən? Sən  özlüyündə günah axtarıb ananın dizlərinə düşüb dedinmi , Ana səni məcbur edən nədir  ki, hissə qapılaraq belə qərar verirsən? Sən ananı dinləyə bildinmi? Ananı evə həbs etmək qeyrətli, namuslu olmaq deyil. Siz oğlanlar, düşünərək özünüzə sual versəniz ha!!!... Biz axı anamızla münasibətdə hansı boşluğu yaratdıq ki, bizim ağbirçək kimi gördüymüz, uşaqlarımızın nənəsi anamız özünü niyə bu qədər tənha hiss edərək belə düşnməyə məcbur olub? Bəs sən düşünə bilirsənmi ay oğul, ay bala, sən anana necə həqarət edirsən??? Onun yaralı qəlbini necə qırırsan? Əgər sən Allahını, Peyğəmbərini tanıyırsansa dərk edirsənmi sənin günahın nədir və axirətdə cəzan nə olacaq? Ananın haqqı ödənə bilərmi ki?!... Bir az mövzudan kənar olsa da belə deyim də var. “Ananın pozğunu olmur” Ana səni dünyaya gətiribsə onun haqqı sənin üzərindədir və bu haqq əvəzsizdir heçnə ilə ödənməz sən ona ölüncə borclusan. Bu gün cəmiyyətimizə diqqət edəsi olsaq nələrin baş verdiyini çox gözəl görə bilərik. Azərbaycanda dırnaqarası mentalitet həmişə öndə durduğundan  çoxlu sayda  başsız qalan dul qadınlarımız əksər hallarda yenidən ailə qura bilmirlər. Niyə, nədən sualına gəldikdə isə cavab bir olur. “Kim nə deyər” Nədənsə belə məsələlərin heç vaxt əmmasını düşünən olmayıb. Bəzən Qurandan sitat gətirərək qeyd edirlər ki, Peyğəmbərimizin çoxlu sayda zövcələri olub. Məhəmməd Peyğəmbərin (ə.s) məqsəd və məramı nəfsi üçün arvadların sayını artırmaq olmayıb. Onun ən ümdə məqsədi bacardığı qədər dul qadınları himayə etmək olub. Axı mahiyyət etibarı ilə Azərbaycan da İslam ölkələri sırasındadır. Niyə Azərbaycanda çoxlu sayda ailələr dağılır və əksəri də pis yola düşürlər.  Bu baxımdan məsələ dolaşaraq bir nöqtədə mürəkkəbləşir. Çünki mentalitet olaraq qəbul etmişik ki, qadın boşanmaz, gəlin getdiyi evdən yalnız meyidi çıxar, əri rəhmətə getsə canı çıxsa da bütün gəncliyini məhv etməli, hər vəclə oğul-uşağını böyütməlidir. Bəli, hər kəs yaddaşına həkk etməlidir ki, axı ikinci dəfə ailə qurmaq yasaq sayılır. Hər gün televiziya kanallarında və sosial şəbəkələrdəki saytlardan ölüm xəbərləri yayılır. Niyə oğul ananı öldürməlidir? Niyə qardaş boşanmış bacının başını kəsməlidir?

 

Hörmətli oxucular bu sualların cavabı bu günə kimi də açıq qalıb. Bəlkə sizlər bu məsələyə birtərəfli yanaşmayaraq öz  fikirlərinizi bildirəsiniz. Gündəmi zəbt edən məsələnin kökündə nələr dayanır? Nədir Azərbaycan qadınının, Azərbaycan anasının  başına gətirilənlər???.... Niyə analar oğullarının əlində oyunçağa çevrilib???...

 

P.S. Nəticə etibarı ilə mən xanımı dinlədikcə hiss etdim ki, ana verdiyi qərarda müəyyən mənada özünü günahkar bilsə də,amma mən düşünürəm ki, o günühkar deyil. Çünki sözügedən xanım, Allaha zidd olacaq heç bir günah sahibi olmayıb. Bilirəm ki, dinimiz İslam olduğundan Qurani Kərimdə yaş həddi qoyularaq, izdivaca girmək yasaqlanmayıb. Həmin ana da İslami göstəriciləri əsas tutaraq  haqqı olan bir şeyin ardınca düşmək istəyib, lakin onun qarşısını kəsə biləcək “olmazları” düşünməyib. Sizcə Ana günahkardımı?!... 

 

Qeyd: Bu məsələdə ana öz düşüncəsinə görə bəlkə də günahkar sayıla bilər. Lakin, oğula haqq qazandırmaq olmaz ki, onu dünyaya gətirən ananı öz şəxsi mülküyyəti hesab edərək həqarət etsin. Sizcə necə???...

 

TƏRANƏ ŞƏMS 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam