Bəhri təvil

Hansı üzündən danışım? hansı düzündən danışım? Aynada bax gözlərinə, eşitdirim sözlərimi! Gəl tanıdım ümmətimin xislətini, iffətini, ülfətini, bax bu zaman sözüm budur: Ayna deyir, bu sənmisən? Salam deyir, məndə "Mən"- in, haqq- hesablı kəlam deyir, bəs anlaki, bəlkə elə zənnmisən? Düz demişəm, bu eləcə sənmisən. Zəhər sifət, qara bulud, nərildəyib, guruldayıb salma şuluq, çiski, duman bax, eləsən, uzaq getmə dönəcəksən su, selə sən! Yalan sənin üz qarandı, qaysaq olmuş duz basılmış öz yarandı, hər dediyin, hər yediyin zəhər olmuş o bildiyin o sildiyin, düz demirəm, insanoğlu dinlə məni, tıxma belə " zəqqun" olmuş HARAMDI?! Alladaraq, ağladaraq, yal qoyuban yalladaraq məzlumu sən, mən yazaram anlayarsan məzmunu sən! Sual edim söylə görüm, yaxşı insan " o" kəs ki, sən, dinlə məni etmədinmi heçmi nöqsan? Qayda- qanun itib batır, sən gözəlcə kefindəsən , zaman gələr əfindəsən, birdə gördün qismətdirsə kəfəndəsən, gor qazılar dəfindəsən. Üz çevirsən hansı yana, haram yeyib halal dedin, dayanırsan yüz sifətlə önümdə sən,
dik baxaraq gözlərimə qana- qana, mən deyirəm günahları yığ çuvala sana- sana, bir düşünüb ana- ana, mən dedimki anlayasan, kaş özünü danlayasan, bir dilini şirin edib yağlayasan, yaranmadın bəs sən axı ürəklərə od qoyuban dağlayasan, özün isə çeşmə olub saf su kimi çağlayasan, insan ol ki, əli, ələ bağlayasan, zaman gələr, Salman gedib saman gələr, bir gün gələr, sən özündə qəşş edərək, başına döyüb, dizinə vurub, özünü söyüb," qələt etdib özümü öydüm" hönkür- hönkür ağlayasan! Zalımların xətası var, hər yükünün qəzası var, əzası var, sağda, solda əsası var, gözləri kör, əllərində " əsa" sı var, görən, bilən Allahdısa, unutmayaq gəl bunu biz, yanmaq üçün cəhənnəmi, baxca- saray cənnəti var, minnəti var haqsız olan bəndəsinə verəcəyi "Zillə"- tı var!
Təranə Şəms. 7.07.2025