Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Təranə Şəms - Bəhri təvil

 

Təranə Şəms

Yenixeber.org: Təranə Şəmsin  qələmə aldığı  "Bəhri təvil" yazısını təqdim edir:

Bəhri təvil

Düşünməyin ay xainlər!... Biz yetimik, qərib eldə bir qəribik, ad-sanımız yerindədir yazılmayan dastanımız bir ədibik, müsəlman tək dözümdə biz dözümlüyük bir səbirik. Dözmüşük biz görünməyən, bilinməyən hər acıya, yavan-yağlı ac-yalavac, su içmişik boş qarına, yalan-palan tox etmişik az yemişik çox etmişik, nələr, nələr eşitmişik:-Agah edim sizdə bilin. Zaman, dövr dəyişsə də qanmadılar insan nədir, nöqsan nədir, insanoğlu cavan ölür doxsan nədir, arxanızda səf-səf olan, kası-kusub san-san nədir? Millətimiz açıb gözün təklifi var, haqq olana can-can deyir, rüşvətxora qan-qan deyir. Millətimin üz-gözünə gülmədiniz, yansın o dil, seçib lider XAQAN deyir. Köksünüzdə ürək deyil, daş gəzdirən, millətimi erməniyə, qeyri xalqa zalım təki əzdirən, azadlığı körş bıçaqla kəsdirən, əgər busan, kimdin axı?!...Bizdən deyil ermənisən!!!... Vətən satan, tortaq satan, oyn qurub min oyunla baş sındırıb baş qatan, o məmurun, bu məmurun ətəyində bardaş qurub daş tullayan, daş atan sən deyilsən “müxalifət”?!... Gülün bir az, deyim bilin:- Xəbərsizdi yox xəbəri, bilmir axı sükansızdı öz gəmisi, ləngər vurur görmür ki, ha özüdü batan, çoxbilmiş tək aranı qatan?!... Mən yazaram susmaz dilim:- Dilim olub dilim-dilim, bir yazaram, beş yazaram, sözüm bitməz min yazaram kölgə olub arxanızda, hiylənizi mən pozaram. Vətəndaşam, torpağım var görən görür, harda söz var orda başam, vətən darda sözüm dürüst, kəlməm geniş, söz deyərəm çəkinmədən öz elimdə qıraq deyil söz deyənəm birbaşam. Mən nə deyim sizlərə mən, sizlərə mən, qəlbə keçən paslı-puslu bizlərə mən, sizdən qalan o çirkablı izlərə mən. Millətimiz açıq görür, nə baş verir, Xəqan deyir xalq eşidir, kim düz edir, əyri gedir, ağı içib zəhər yeyir, köhlən ata kəhər deyir, bir baxın ha...kimlər, kimə gör nə deyir. Dar düşünən aç başını, düz yola dön başıboşlar, göz önündə ətəyindən at daşını, qat turşunu rüşvətxorun, qaniçənin ver aşını, qoy bilinsin əzən kimdir, bir ağacda min budağı gəzən kimdir, kəsən kimdir, naz-naz edib küsən kimdir, süzən kimdir, kor oluban göydən yerə dəyən kimdir???... Nədir belə???... Aləm dəyib bir-birinə, söz qapılır, aramıza barıt deyil, od atılır, söndürməyə su tapılmır, su tökürlər bir-birinin ələyinə, kələyinə qulpsuz olan xəlbirinə, Allah haqqı məhəttələm hər birinə. Saytlarda meydan alıb söz savaşı, beyin xərab, başlar naşı, vətən, torpaq yaddan çıxıb, hər kəsin var öz savaşı, uçuq-uçuq, qopuq-qopuq öz yuvası, var hərəkat, xalq içində sözdür silah, qızsa meydan, daş-dəyənək öz yavası. Azadlığı qazanmışıq qram-qram, qeyri kimsə qırmaz onu sən kim oldun mən kim oldum qıraq onu, mal-mülk deyil satılsın o, yoldan ötən oyun bilib bu oyuna qatılsın o, barıt kimi alov çaçıb ətrafına yayılsın o. A millətim, Vətən darda əlbir olun, bu oyunda kibir deyil, cibgir deyil, dilbir olun, yansın ürək köz bir olun, göz bir olun söz bir olun!!!.. Azadlığın ətri gəlir, əl üstədir qönçə tutub çətri gəlir, anlayın siz, hər qanmazı danlayın siz, ad- sanın var Türkoğlusan!!!... Keç önə sən, zəfər qazan, bas düşməni, oy gözünü, kəs qulağın as düşməni. Düşmən ölsün xırıldasın, çıxsın üzə, bulud təki yağmasa da guruldasın, bir heç olsun quduz it tək mırıldasın, Vətənimsə günəş kimi işıq saçıb AZADLIĞIN kölgəsində bir nur kimi parıldasın!!!! Uğur bizim olmalıdır, xəbər kimi yayılmalı, min könülə dolmalıdır, dünya görsün torpaq üçün, vətən üçün millət necə köz-köz olub yanmalıdır, qeyri millət anlayaraq BİZDƏ, BİZİK qanmalıdır!!!..

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam