Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Dilimizə yağı kəsilənlər

                          Fərman Kərimzadə anıldı

 

  Xeberinfo.com:   Hər bir millətin varlığı onun dilidir.Və bu bir həqiqətdir.Bunu danmaq və buna etiraz etmək mümkün deyil.Azərbaycan dilinin şirinliyi və zənginliyi haqqında istər öz alimlərimiz,şair və yazıçılarımız,istərsədə başqa millətlərin ziyalıları yüksək fikirlər söyləyib,dəyərli sözlər deyiblər.Hətta ən qatı düşmənimiz olan ermənilərin bəziləri əsirlərdir bu dildə danışıb və yazıblar.

   Azərbaycanın prezidenti cənab İlham Əliyev dilimizin saflığının,təmizliyinin qorunması haqqında dəfələrlə sərancamlar imzalamış,hər bir vətəndaşdan yad təsirlərdən onun qorunmasını və zənginləşdirilməsini,işlənməsini tələb etmişdir.Hətta bu məsələyə Milli Elmilər Akademiyasının 70 illik  yubleyindəki çıxışında da toxunmuşdur.Çox təəssüf ki,bütün bunlara baxmayaraq,dilimizin bu günkü durumu heç də yaxşı deyil.İstər şifahi danışığımızda,istərsə də yazılışımızda dilə əcnəbi sözlərdən elə yamaq vurub eybəcərləşdiririk ki,eşidəndə,oxuyanda havalanmaqdan,dəli olmaqdan özümüzü güclə saxlayırıq.

   Bu yaxınlarda bir yuxu gördüm.Yuxuda görürəm ki,Qusara getmişəm.Ətrafıma bir neçə ləzgi cavanı toplaşır və onlar mənimlə ləzgi dilində danışırlar.Mən heç nə anlamıram.Cavanlardan ən boylu-buxunlusu iradını bildirir ki,niyə ləzgi dilində bilmirsən? Deyirəm ki,neylim.kəndimizdə iki ləzgi vardı onlar da Azərbaycan dilində danışırdılar.Və bu yerdə öz-özümə deyirəm: İlahi,yüz illərdir Azərbaycanda onlarla millət yaşayır,amma hələ də çoxları Azərbaycan dilində əməlli-başlı danışa bilmirlər.Bizsə buna təbii baxırıq,iradımızı bildirmirik.Bu bir yana,iş o yerə çatıb ki,bir dam altında yaşayanlar bir-biriylə başqa millətin dilində danışırlar.Güya ki,bunlar ölkənin,millətin,cəmiyyətin ən mədəni,ən sivil,ən elitar insanlarıdırlar.Mən isə bunu yekəxanalıq,özünə biganəlik,nankorluq,gerizəkalılıq kimi dəyərləndirirəm.

  Bu gün bir ucdan artan mağazalar,şadlıq evləri,iaşə ocaqları,ticarət mərkəzləri yad sözləri ilə yad dillərdə adlandırılır.Niyə,nəyə görə?! Bəlkə bu işlə məşğul olan sahibkara yuxardan tapşırıq verilir ki,açdığın mağazaya,şadlıq evinə mütləq əcnəbi adı qoymalısan.Yoxsa bu işlə məşğul ola bilməzsən.Yox,bu qətiyyən belə deyil.Ad qoymaqda sərbəstlik var.Bu sərbəstlikdən istifadə edən yekəbaş sahibkar hoqqabazlıq edir,özünü kiməsə oxşadır.Bu qədər də malbaşlıq olmaz axı.Bilirsiniz bu nəyə bənzəyir? Yeni doğulmuş qız uşağına oğlan adı qoymağa.

  Uzun illər idi ki,Tbilisi küçəsi ilə İzmir güçəsinin kəsisməsində gözəl arxitekturası olan bir bina inşa olunurdu.Çox maraqlanırdım bu binanın necə adlandırılması ilə.Bu ilin son aylarında nəhayət ki,bina hazır oldu və binanın "kimliyi"ni üstünə yazdılar: "BARKERS".Yazını oxudum və öz-özümə dedim: İki universiteti bitirən mən bu sözü başa düşmürəm,bəs biçarə,savadsız millət bunu necə başa düşsün?

   Həyatda özülü möhkəm olmayan hər şey uçmağa,dağılmağa,yıxılmağa məhkumdur.Orta məktəb də insan həyatının özülüdür. Bu məktəb möhkəm olmayanda, orda elinə,obasına,torpağına,daşına,dilinə,mədəniyyətinə və s.bağlı vətəndaş da yetişmir.Və elə buradaca Kərəmi ağlamaq tutur.

 Çoxlarımızın bəyənmədiyi,ağız büzdüyü sovet dönəmində orta məktəb dərsliklərini hər yoldan ötən,qeyri sahənin adamları yox,o sahənin baş bilənləri, bu sahədə təcürbəsi olan, saç ağardanlar yazırdı.Özü də necə.İndikilər bir şey yazmırlar.Yazdıqlarındakı nöqsanları deyəndə elə bir vay-şüvən salırlar ki,gəl görəsən.Güya ki,sən gözgötürməzlik edirsən,heç nə bilmirsən,sadəcə duru suyu bulandırırsan.

   Başqa dərsliklərin nöqsanlarını deyə bilmərəm.Çünki vərəqləməmişəm,oxumamışam.Amma nəvəm 2-ci sinifdə oxuduğuna görə onun "Azərbaycan dili" kitabından xəbərim var və ondakı bəzi səhvləri,nöqsanları bildirmək istəyirəm.Kitabı bir neçə müəllif ərsəyə gətirib və Təhsil Nazirliyi də kitabı dərslik kimi təsdiq edib.

  Kitabın üz qabığının içərisində Azərbaycan respublikasının dövlət himni verilib.Bildiyimiz kimi himnin sözlərini istiqlal şairi Əhməd Cavad,musiqisini isə Azərbaycan musiqiqinin Allahı Üzeyir Hacıbəyli yazıb.Bəs nə üçün dərslikdə Üzeyir bəyin adı birinci,Əhməd Cavadın adı isə ikinci yazılıb?Axı musiqi şeirdən qabaq yazılmır.Bunu görən uşağın yaddaşına həmişəlik olaraq həkk olunacaq ki,musiqi birinci yazılır.

    Dərsliyin 34-cü səhifəsində müştərək müəlliflərdən biri olan Gülşən Qurbanovanın kiçik həcmili "Üç bacı" yazısı verilib.Yazıda göstərilir ki,ana üç qızı ilə bazara gedir və dükandan özlərinə lazım olan müəyyən şeylər alırlar.Əvvala bazar ayrı,dükan ayrı.Bir də bazarda olan dükanda olmur,dükanda olan da bazarda.Bu müəllifin yalnışlığıdır.Yazıda müəllif "şotka" sözü işlədir və bu da səhfdir.Bu azmış kimi kitabın müxtəlif səhifələrində "vitirin","skamya","şkaf" və s.yabancı sözləri işlədilib.Bəzi səhifələrdə isə bir mətində həmi "stol", həm də "miz"işlədilib.Burda şagird qalır gözünü döyə-döyə ki,körəsən bu sözlərdən hansı bizimdir.Görəsən əcnəbi sözlərin qarşılığını tapmaq bizin mütəxəssislər üçün çətindir? Maraqlıdır ki,əcnəbi sözlərin yer aldığı mətinlərin müəllifləri elə kitabı yazanlardır.

   Bu yaxınlarda Bakının küçələrinin birində üstünə"İç geyimləri" yazılmış bir mağaza gördüm.Xeyli fikirləşdim.Əcabə,uzun illər "alt geyimləri"kimi işlətdiyimiz söz birdən-birə niyə belə şəkilə düşür? Və yaxud "təzə kəsilmiş dana əti".Mən yox,siz deyin,burda məntiq varmı?

   Azərbaycan dilinin korlanmasında,eybəcərləşdirilməsində sanki tv və radio diktorları yarışa qoşulmuşlar.Bu sahədə mütəxəssis seçimi elə bir bərbad gündədir ki,bunları diktor kimi işə götürənləri və onların özlərini söyməyə bilmirsən.Adam da bu qədər öz ana dilinə hörmətsizlik edərmi?! Axı bu dil sənin varlığındır,kimliyindir.Kimliyinə özün hörmət elə ki,başqaları da hörmət eləsin.

                                

Məhərrəm Şəmkirli 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam