Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İmana gəlin

           Fərman Kərimzadə anıldı

 

Xeberinfo.com:   "Yeni Bakı" yaşayış massibinə gedirdim.Masazırda yolun sol tərəfində göy otluqda gözüm xırda bir lövhəyə sataşdı: "Təmizlik imandandır". Yol boyu demək olar ki, könül bulandıran, qan qaraldan bir natəmizliyə,pintiliyə rast gəlmədim. İmanlı, dinli insanlara içimdə bir "sağ olun" dedim. Düşündüm ki, insan təmizliyi ilə özünün və bizə həyat verən təbiətin sağlamlığını,yaşarlığını təmin etmiş olur. İmanlı görülən işdə sevgi, inam, alicənablıq,fərəh,qürrə var.

   Biz tərəflərdə belə bir ifadə var, pis adam haqqında deyirlər ki, "filankəs imansızdır,dinsizdir, Allahsızdır". İnsan heç nəyə iman gətirməz,amma dinsiz ola bilməz. Din mütləqdir. Bu mütləqdə dinin qoyduğu qanunlara əməl etməmək,ondan boyun qaçırmaq, başqa cür yaşamaq var. Bu başqa cür yaşamaqda insanın insandan ayrılır,uzaqlaşır, Allahını tanımır,həyatda nə iyrənclik,nə pislik varsa onun ifaçısına çevrilir.

   Bakı kimi böyük şəhərin küçə,prospekt, meydan və məhəllələrinə baxanda istər-istəməz var gücünlə hayqırmaq,çığırmaq, etiraz səsini kar qulaqlara çatdırmaq istəyirsən ki, siz hamınız imansızsınız, heç bir dini tanıyıb, onun qoyduğu qanunlara əməl etmirsiniz, siz Allahsızsınız.Nə məcbur elədi ki,sizlər imanınızı, dininizi,allahınızı itirdiniz?! Axı onları itirməklə siz insanlıqdan, mərhəmətdən şəfqətdən, sevgidən uzaqlaşmısınız. Mən bu uzaqlaşmada yaşam yox, ölmək, itmək, yox olmaq görürəm.

   Geyim-kecimi ilə ziyalıya oxşayan birisi əlindəki zibili ətrafdakılardan utanıb çəkinmədən yola,səkiyə atan, hayqırıb bəlğəmli tüpürcəyini camaatın gözü qarşısında dayanacağa tüpürəni görəndə adamın cızdağı çıxır, yanıb yaxılır ki, onun üzünə tüpürüb deyə bilmirsən ki, "Mərfətin, ədəb-ərkanın dədənə dəysin. Sən çöldə beləsən,görəsən evdə necəsən?".

   Uzun illərdir mərkəzdə- Bakıda yaşayıram. Hələ ki, Bakını öz evi bilib onun təmizliyini, səliqəsini, yaşıllığını gözləyəni görməmişəm. Kimin əlinə nə nə gəldi, hara  gəldi atır. Budurmu bizim imanlılığımız, təmizliyimiz?!

   Bir millət olaraq bəlkə də yer üzündə bizim qədər kədər, qəm yükü çəkən millət yoxdur. Ona görə ki, qan yaddaşımız ya heç yoxdur,ya da çox zəyifdir. Dünən başımıza gətirilənləri bu gün unudub düşmənlə dost, qardaş oluruq. Qısasımızı da özümüz almayıb Allahın ümidinə buraxırıq.Allah da ki,boş vaxt tapmır ki,bizim ümidimizi yerinə yetirsin. 20 Yanvar qisasımız da, o birilər kimi 26 ildir ki, Allahın nəzarətindədir. 20 Yanvar hadisəsini də bir paramız hüzür günü kimi, bir paramız da qürur günü kimi yola verdik.

     Həmin gün səhər saat on radələrində 20 Yanvar metro dayanacağına düşürdüm.İlahi, nələr gördüm. Saat on olmağına baxmayaraq hələ də dayanacağın girəcəyi təmizlənməmişdi. Hər yan siqaret kötükləri,kağız parçalaı ilə dolu idi.Qürur,qəhrəmanlıq günümüzü belə imansızlığımızla qarşılayırdıq.

   Bu yaxınlarda eşitdim ki,Türkmənistanın prezidenti ölkəsində siqaret satmağı və çəkməyi qadağan edən qərar verib. Bizim prezidentimiz də belə bir qanuna imza atsaydı nə gözəl olardı.Bəlkə onda Bakının avtobus dayanacaqları,küçələri təmiz olardı.

    Ey insanlar, imana, dinə gəlib Allahı tanıyın,yaşadığınız şəhəri eviniz bilin, onun təmizliyini, səliqəsini qoruyun!!! Bu hər birimizin sağlamlığıdır.

                                   

 Məhərrəm Şəmkirli

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam