Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

"Geyinək kəfən" -Təranə Şəms

 

Gəlsəniz bir azda haqdan danışaq,

Anamız Vətənsə, torpaq namusdur.

Qan qusduraq düşmənə qana alışaq,

Düşmənlər öyülməz, satan casusdur.

 

Gizlinlər satıldı, postlar vuruldu,

Satqınlar yenə də, alver etdilər.

Gənclərin damarda qanı duruldu,

Sarılıb silaha candan keçdilər.

 

General Həşimov, qana hazırıq,

Vətənin çörəyi halalın olsun.

Düşmənin qəbrini qanla qazırıq,

O, Şəhid məkanın cəlalın olsun.

 

Oyanıb millətim yatmayır artıq,

Birləşən Türk eli “TURAN”yaradır.

Kiminsə sözünə baxmayır artıq,

Haqq yolu Turandır, vuran yaradır.

 

Uğurlu qələbə bizi gözləyir,

Qarabağ yenidən bizim olacaq,

Komandan, bu millət əmr gözləyir,

Mənimsə sırada izim qalacaq.

 

İgidlər dayanıb əmrə müntəzir,

Səfərbər olaq biz, şuardı Vətən.

Düşmənin hiyləsi bizi hey əzir,

Qarabağ uğruna geyinək KƏFƏN.

 

Vətəni satanlar məhv edilməli,

Qoymayın danışsın dilini kəsin.

Xainlər yerində güllələnməli,

Yalançı səsinin, zilini kəsin!...

 

Qarabaq Vətəndir unutmaq olmaz,

İgidlər məskəni bu adı yeməz.

Qanımız suludur qurutmaq olmaz,

Oğullar özünə “namussuz”deməz!...

 

Haydı igidlərim düşmən üstünə,

Bu döyüş bizimdir, zəfər bizimdir.

Ocağı sən yandır, kor et tüstünə,

Atını yəhərlə kəhər bizimdir!..

 

Yürüş et əzminlə düşmən üstünə,

Silahlar açılsın qanlar tökülsün.

Qəzanız mübarək, yeri üstünə,

Kor olsun düşmənim, bağrı sökülsün!!!...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam