Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

YALQIZ DEYİL QARABAĞ !

 

 

 

 

 

 

 

 

 

 

 

"Xeberinfo.com":

Sinən yanır Qarabağ

Zaman itir, gedir vaxt

Alın yazın, qara baxt

Bulaq -bulaq qurusan da,

Dağlarında qara bax.

Yurd bizimdi, qalası

Otlağını kol basan,

Biçilməyən zəminin, 

Qurulmayır talası.

Tütək çalmır xan çoban

Səda gəlmir dağlardan

Çatılmayır ocağı,

Alışmayır sobası.

Gecələr ay doğanda

Nalə çəkib səs salar

Qəbrlərdə yatanlar.

Fəryadı ərşə yetər, 

Küsüb yaylıq atanlar.

Torpaq satıb, pay verən

Ruh ağladıb say verən,

Səsə səs ver, hay verən

Yalqız deyil QARABAĞ

Qara dərdim Qarabağ

Tapdaq altda inləyən,

Xarı bülbül, xara bax.

Basılmayıb bu Vətən

Ər oğullar dayanıb,

Əmrə hazır müntəzir.

Xəyalları yurd gəzir,

Görüşünə tələsir.

Zəfər bizim,söz bizim

İgidlərin meydanda,

Olsa DĞA şeytan da,

Bir millətik, TÜRK bizik

Siz biziksə, biz sizik

Türk mənəmsə var izim 

Versək yenə əl-ələ

Torpaq bizim,YURD bizim

TƏRANƏ ŞƏMS...28.11.2014.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam