Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

"Əskəri bizik" Təranə Şəms

  

 

 

Əskəri bizik

 

Deyəsən, sizlərə telli saz gərək,

Oynamaq bitibdir dayanın daha.

Dərdimiz böyükdür fələkdə bilir,

Qana, qan deməklə oyanın daha!...

 

Meydana axışsın insan axını,

Əl-ələ verərək bir sədd yaradın.

Çağırın, səsləyin dostu, yaxını,

Su olub axmağa bir bənd yaradın.  

 

Tanı sən özünü kimsən, nəçisən,

Ötəni, keçəni yada salın siz!...

Keçmişdən, bu günə ölçü biçisən,

Təptəzə tarixlə yadda qalın siz!...

 

Torpaqdan pay olmur anlayın bilin,

Namusun, qeyrətin kişi adındır.

Keçmişi düşün sən, qoy olsun kinin,

Azadlıq alınsa ağız dadındır.

 

Azadlıq paylanmır qazanaq  onu,

Bu yolda ölənlər torpaq altdadır.

Qeyrətin var isə, etmə sən seyr,

Bilmirsən, həqiqət hansı qatdadır!?...

 

Birləşin, birləşin qol- boyun olaq,

Anaya sevgimiz qoy Vətən olsun!...

Düşməni yox edən bir oyun quraq,

Yalvaraq haqqa biz, haqq deyən olsun.

 

Həqiqət carçısı səs salıb elə,

Bizləri səsləyir Vətən dardadır.

Tarixdir bu fürsət verməyin yelə,

Qəhrəman oğullar deyin hardadır?...

 

Yuxulu deylik ha, oyanmışıq biz,

İrəli gedirik yolumuz bəlli.

Bir əmrə müntəzir dayanmışıq biz,

Türkoğlu, Türk bizik soyumuz bəlli...

 

Bu yolda ölərik geri dönmərik,

Qan ilə yazılan tarixə izik.

Azadlıq adını yerə gömmərik,

Bu Vətən bizimdir, əskəri bizik!...

 

Təranə Şəms.22. 01.2020

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam