Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

COVID-19 sayəsində varlanmış Yuan – "Zoom" sahibi

Koronavirus dövründə “Zoom”la videokonfranslar şirkətin kapitalını və şöhrətini artırıb.

Yenixeber.org: Erik Yuanın ilk, hələ məktəbdə keçirdiyi təcrübə bir qonşusunun evinin yanması ilə başa çatıb. Amma indi “Zoom” videokonfrans xidmətinin uğuru onu milyarder edib.

Hazırda istər siyasətçilər, istərsə də biznes nəhənglərinin geniş istifadəsində olan “Zoom”, “Google” və “Microsoft” kimi güclü rəqiblərin dabanını basdalayır.

“Zoom”-un qurucusu Erik Yuanın özü belə işgüzar görüşlərə əyani qatılmır. “Sizinlə şəxsən görüşəcəyəm, amma əvvəlcə video konfrans keçirək. Bu ümumiyyətlə kifayətdir”, – deyə o, tərəfdaşlarına və müştərilərinə bildirir.

49 yaşlı milyarderin səyləri ilə şirkətin səhm qiyməti 72% bahalaşıb, bazar kapitalı hazırda 15,9 milyard dollara yüksəlib.

Yeni texnologiya nəhənginin 20% səhmlərinə sahib olan Yuanın şəxsi sərvəti 3,2 milyard dollar təşkil edir.

Şirkətin “Samsung”, “Uber”, “Walmart” və “Capital One” da daxil olmaqla, 50 min korporativ müştərisi var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam