Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"Bloomberg" yenə oliqarxların pulunu saydı-Vahid Ələkbərov ilin əvvəlindən bəri daha 2 milyard qazanıb

 

2019-cu ilin ilk beş ayı ərzində ən varlı rusiyalıların məcmu varidatı 22,729 milyard dollar artıb.

Yenixeber.org: RİA “Novosti” xəbər verir ki, yeni “Bloomberg Billionaires Index” (BBI) reytinqi açıqlanıb.

İndeks milyarderlərin pay sahibi olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. Bəzi şirkətlər üzrə hesablama şirkətin kapitallaşmasının EBITDA-ya nisbəti, yaxud da səhmin qiymətinin həmin səhm üzrə gəlirə nisbətinə uyğun aparılır. Ümumilikdə BBI reytinqinə dünyanın ən varlı 500 adamı daxil edilib ki, bunlardan da 22 nəfəri rusiyalıdır.

BBI siyahısında rusiyalı milyarderlər arasında ilk yer “Novatek”in şəriki Leonid Mixelsona aiddir ki, onun varidatı ilin əvvəlindən 3,2 milyard dollar artaraq, cəmi 22,7 milyard dollara çatıb. İkinci və üçüncü yerləri NLMK-nın əsas benefisiarı Vladimir Lisin və “Nornikel”in əsas sahiblərindən biri Vladimir Potanin tuturlar. Birincinin varidatı 3,44 milyard dollar artaraq 21,3 milyard dollara. Ikincininki isə 1.4 milyard dollar artaraq 21 milyarda çatıb.

“Severstal”ın əsas sahibi Aleksey Mordaşov dördüncü yerdədir (1,37 və 18,8 milyard dollar), “Lukoil”un sahibi Vahid Ələkbərov isə son beş ayda daha 1,88 milyard dollar varlanaraq ümumi varidatını 17,9 milyard dollara çatdırıb və siyahıda beşincidir.

Reytinqdə sonrakı yerləri “Novatek”də və “Sibur”da pay sahibi olan Gennadi Timçenko, “Metalloinvest” və “Meqafon” səhmdarı Alişer Usmanov, “Evraz”ın sahibi Roman Abramoviç, “Renova”da əsas pay sahibi Viktor Vekselberq tuturlar. İlk “onluğu” “Yevroxim” və SUEK-in benefisiarı Andrey Melniçenko qapayır.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam