İqtisadi elita Putini devirmək istəyir
“Qərb Putinin yaxın ətrafından özünə müttəfiq tapa bilsə, onda Rusiya lideri 2015-ci ildə hakimiyyətdə qala bilməyəcək”
"Xeberinfo.com": Məlumata görə, Rusiyanın iri biznes sahəsi Qərblə çox sıx bağlıdır və onların nümayəndələri tətbiq olunmuş sanksiyalardan narazıdırlar. Bununla yanaşı iri çaplı biznesmenlər Rusiya prezidentinin vətənpərvərlik ritorikasını da bölüşmürlər. Elə bu səbəbdən də Vladimir Putin 2015-ci ildə ehtiyatlı davranmalıdır, əks təqdirdə o, öz hakimiyyətinin itirilməsi riski ilə qarşılaşacaq. Belə bir xəbərdarlıqla Almaniyanın “Die Welt” qəzeti çıxış edib.
Vladimir Putin hesab edir ki, ölkədən kapital axını, neftin qiymətinin düşməsi və inflyasıya Rusiya iqtisadiyyatına zərbə vurur, lakin iki ildən sonra hər şey normallaşacaq. Rusiya liderinin fikrinə görə, böhranın pozitiv tərəfləri də var və bu ölkə iqtisadiyyatını diversifikasiya etməyə imkan verir. Amma neftin qiyməti ilk dəfə deyil ki, aşağıya düşür. Bu illər ərzində Rusiyanın xammal iqtisadiyyatından yaxa qurtarmaq üçün xeyli imkanları olub və həmin imkanların əldən verilməsinin məsuliyyətini Putin daşıyır. Rusiya prezidenti əmindir ki, mövcud böhran əvvəllər də baş vermiş böhranlardan biridir və ötüb keçəcək. Real vəziyyət isə tamamilə başqa cürdür. Hələ heç vaxt Putinin işləri bu səviyyədə pis olmayıb. Bəlkə də bu il onun hakimiyyətinin son ilidir. Putin özünün Qərblə münasibətlərindəki staregiyasında yanlışlıqlara yol verib. O, yaddan çıxarır ki, hərbi gücdən savayı Qərbə qarşı qoyula biləcək başqa heç nə yoxdur.
Krımı Rusiyaya birləşdirəndən sonra Vladimir Putinin əhali içərisindəki populyarlığı Qərb siyasətçilərinin yalnız arzu edə biləcəkləri səviyyələrə qədər yüksəlmışdi. Siyasi məhbusların azadlığa buraxılması ilə bağlı Moskvada keçirilmış mitinqə 50 min nəfərdən artıq adam çıxmamışdı. Beləliklə də Putin xalqdan yox, biznesmenlərdən, oliqarxlardan və siyasətçilərdən ehtiyat edir. Cünki onlar öz var-dövlətlərini itirmək istəmirlər və yaxşı anlayırlar ki, Rusiyadakı işlər yalnız Qərblə münasibətlər çərçivəsində uğurlu alınar.
Ola bilər ki, Putin elə zənn edib ki, Krımın ilhaq olunması sanksiyalarsız ötüşəcək. Ancaq vəziyyət onun gözlədiyi kimi getmədi və indiki halı ilə Rusiya Avropa üçün təhlükə mənbəyi sayılır.
Hal-hazırda demokratik düşərgədəki müxalifət Putinə qarşı alternativ sayıla bilməz. Rusiyadakı müxalifət hərəkatının fəaliyyəti bir neçə şəhər ilə məhdudlaşır və onların geniş ictimai-siyasi təsir imkanları isə çox zəifdir. Putin üçün real və güclü alternativ onun təcavüzkar və sovetsayağı ritorikasını öz pulları üçün təhlükə hesab edən hakimiyyət – biznes elitasıdır. Elita ilk növbədə siyasi-iqtisadi stabillikdə maraqlıdır və onlar öz maliyyə imkanlarını nəhəng miqdardakı büdcə vəsaitlərini superlayihlərə sərf etmək hesabına artırmaq istəyirlər. Rusiya elitası Ukrayna böhranından və Qərbin sərt mövqeyindən uduş əldə etmir. Hakimiyyətə gəlişindən indiyədək onu həmişə müdafiə edən iqtisadi elita ilə prezident Putin arasında ziddiyət əmələ gəlib. Əgər Qərb Putinin yaxın ətrafından özünə müttəfiq tapa bilsə, onda Rusiya lideri 2015-ci ildə hakimiyyətdə qala bilməyəcək – “Die Welt”in məqaləsində belə deyilir.
AzPolitika.info