Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Çinlə ABŞ arasında ticarət danışıqlarının 12-ci mərhələsi keçirilib- Şanxayda

Şanxayda Çin ilə ABŞ arasında ticarət məsələlərinə dair danışıqların 12-ci mərhələsi keçirilib.

Yenixeber.org:  Danışıqlarda Çin tərəfinə Dövlət Şurası sədrinin (Baş nazirin) müavini Liu Xı, Birləşmiş Ştatların nümayəndə heyətinə isə ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin rəhbərlik ediblər. Tərəflər iki ölkə arasında ticarət mövzularını müzakirə ediblər. Danışıqların sentyabrda ABŞ-da davam etdirilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, Vaşinqtonla Pekin ticarət mübahisələrinin nizamlanması üzrə bir neçə ay danışıqlar aparıb. Danışıqların 11-ci raundu mayın əvvəlində ABŞ paytaxtında baş tutub. Lakin bundan sonra ikitərəfli məsləhətləşmələr dalana dirənmişdi. ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin iyunun 28-29-da Osaka şəhərində keçirilən G20 sammitində görüşü zamanı ticarət danışıqlarının bərpa olunması qərara alınmışdı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam