Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Rusiyada -azərbaycanlı gənc qətlə yetirilib

Rusiyada azərbaycanlı gənc qətlə yetirilib

 Rusiyanın Samara vilayətində azərbaycanlı gənc qətlə yetirilib.

Yenixeber.org: Bu barədə Samaradakı Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimov məlumat verib. Onun sözlərinə görə, qətl hadisəsi iyunun 8-dən 9-na keçən gecə məişət zəminində baş verib. Rusiya vətəndaşı olan həmyerlimiz Elmir Əhmədov bıçaqlanaraq öldürülüb. Daha sonra qatil meyiti ölən şəxsin "QazEL" markalı yük maşınına qoyaraq kənar əraziyə aparıb və yandırıb.

Hadisədən bir qədər sonra cinayəti törədən şəxs saxlanılıb.

Ş. Kərimov bu gün qətli törətməkdə təqsirli bilinən şəxs barəsində məhkəmənin həbs-qətimkan tədbiri seçəcəyini də söyləyib.

Diaspor rəhbəri mərhum Elmir Əhmədovun Rusiya vətəndaşı olduğunu və ailəsi və  qardaşları ilə birlikdə Samara vilayətinin Voxvisneva rayonunda yaşadığını deyib. Elmir Əhmədov fermer təsərrüfatında çalışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam