Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İranda siyasi xarakterli qətl:Xocətülislam Məhəmməd Xarsənd öldürülüb

İranın Fars vilayətində siyasi xarakter daşıyan qətl hadisəsi baş verib.

Yenixeber.org: Bu gün səhər saatlarında vilayətin Kazerun şəhərinin imam cüməsi höccətül -islam Məhəmməd Xarsənd qətlə yetirilib. Fars vilayətinin polis idarəsi rəisinin ictimai məsələlər üzrə müavini polkovnik Kavus Məhəmmədi mətbuata bildirib ki, bu gün səhər saat 4 radələrində məsciddən evə qayıdan xocətülislam M.Xarsən evinin qarşısında bıçaqla qətlə yetirilib.

Polkovnik həyata keçirilən təcili əməliyyat tədbiri nəticəsində qatilin müəyyən edildiyini bildirib. Lakin qatili tutmaq mümkün olmayıb. Hazırda axtarış davam edir.

K.Məhəmmədi qatilin adını açıqlamayıb. Bildirib ki, qətli törədən 40 yaşlı şəxs Kazerun şəhər sakinidir və ixtisasca fotoqrafdır.

Qeyd etmək lazımdır ki, şəhərlərin imam cümələri İranın Ali Rəhbəri tərəfindən təyin olunur və onlar ictimai-siyasi həyatda mühüm rola malikdirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam