Ermənilərin informasiya müharibəsi
Ermənilər qorxduqca daha çox bu cür “informasiyalarla” “hürməyə” başlayırlar və səsləri daha möhkəm gəlir...
"Xeberinfo.com": Ermənistan işğalçı siyasətinin əsas sütunlarından biri də Azərbaycana qarşı informasiya müharibəsidir. İnternet indi Azərbaycanla Ermənistan arasında həm də getdikcə daha qızğın savaş meydanına çevrilir ki, bunu “atəşkəsi” isə ümumiyyətlə mümkün deyil. İnformasiya müharibəsi insanların şüuru uğrunda savaşdır, burada silah yox, qələm söz sahibidir. Düzgün qurulub aparılan informasiya müharibəsi ilə hərbi qələbəni məğlubiyyətə və ya əksinə, hərbi məğlubiyyəti qələbəyə çevirmək olar.
Ölkəmiz müstəqillikdən üzü bəri savaşın düz ortasındadır, Azərbaycana qarşı xüsusilə iki cəbhədən aktiv informasiya müharibəsi gedir: Ermənistan və Rusiyadan. Bunların içərisində ən aktivi Ermənistan cəbhəsidir.
Son aylar cəbhədə xeyli itkilər verən Ermənistan rəhbərliyi ölkəmizə qarşı informasiya savaşını yenə də genişləndirib.
Facebookdakı bir səhifədə belə bir “məlumat” yayılıb ki, guya Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun Ağdamdakı qəbri “erməni polkovnikinə görə” dağıdılmayıb. Azərbaycanın bəzi xəbər portalları da bu “xəbəri” tirajlayıb.
"Vitya” ləqəbli erməni polkovnik Vitali Balasanyanla Azərbaycanın Milli Qəhrəmanı şəhid Allahverdi Bağırov Rusiyadakı hərbi hissələrdən birində bir yerdə qulluq etmiş və ruslara qan uddurmuşdular. Ağdam işğal olunduğu üçün Allahverdinin qəbri erməni əsirliyində qaldı. “Vitya” isə Allahverdinin qəbrini dağıdan olsa, onu şəxsən öldürəcəyini bəyan edib”. İddia olunur ki, işğal altında olan Ağdamdakı Şəhidlər Xiyabanında yeganə dağıdılmamış qalan qəbir də Allahverdi Bağırovun qəbridir”.
Əvvəla, təkcə əsgərlikdə ruslara deyil, müharibədə ermənilərə də qan udduran, şəhidlərimizin qisasını almış A.Bağırovun qəbrini bir erməninin həyatını riskə alaraq bu cür qoruması inandırıcı görünmür. Azərbaycanın tarixi abidələrini, dədə-baba məzarlarını vəhşiliklə dağıdan bir millətin Azərbaycanlın Mili Qəhrəmanın qəbrini guya qoruduğuna inanmaq sadəlövhlükdür.
Erməni təbliğatının bu cür informasiyaları yaymaqla hiyləgərliyi göz önündədir. Ermənilər neçə vaxtdır Naxçıvanda guya ermənilərə məxsus qədim qəbiristanlığın dağıdılması barədə dünyada hay-küy yaradıblar. Ermənilər isə işğal zonasında həm də şəkilləri də fotoşop edərək guya azərbaycanlı qəbirlərini qoruduqları barədə rəy yaratmağa çalışırlar. Bu cür hiyləgər texnologiya isə təəssüf ki, öz nəticəsini verir, Azərbaycan mətbuatına da yol tapır.
Facebook sosial şəbəkəsində yayılan növbəti “dezo” I Qarabağ müharibəsi zamanı “Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən vurulan təyyarəsinin görüntüləridir”. Bəzi saytlar müəmmalı bir şəkillə müşahidə edilən “xəbəri” yaymaqdan belə çəkinməyiblər. “Səhifədə görüntülərin hansı illərə aid edilməsi ilə bağlı heç bir məlumat yerləşdirməyiblər.
Hələlik təyyarənin Dağlıq Qarabağda 1992-1993-cü illərdə Əsgəran qalası yaxınlığında vurulduğu ehtimal edilir” deyə, bildirilir. Aydındır ki, Ermənistan rəhbərliyi Ağdam üzərində vurulan vertolyotdan sonra hələ də özünə gələ bilməyib. Bu səbəbdən də bu cür dezinformasiyalarla “biz də vurmuşuq” kimi cəfəngiyyatla özlərini sığortalamağa çalışırlar.
Nəhayət, Ermənistanın terrorçu hakimiyyəti Azərbaycan ordusunun bir-birinin ardınca keçirdiyi uğurlu hərbi əməliyyatları, ordumuzun bütün hərbi birləşmələrinin iştirakı ilə keçirilən təlimləri kölgələmək üçün “Murovdağda donmuş əsgərlərimizin fotoları”nı yayıblar. Əgər buna “fotolar” demək mümkünsə...Bu “fotonu” yayıb “ABŞ əsgərləri Antraktidada dondu” başlığı verməkdə olar...
Azərbaycan ordusunun hərbi gücü artdıqca Ermənistan rəhbərliyini qorxusu daha da artır. Ermənilər qorxduqca isə...daha çox bu cür informasiyalarla “hürməyə” başlayırlar, səsləri daha tez-tez və daha möhkəm gəlir...Bu səbəbdən də xüsusilə sosial şəbəkələrdə bu cür “dezo” larla hər birimiz diqqətli olmalıyıq. Xüsusilə də jurnalistlər...