Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

“Qərb Ukraynaya pul verməyəcək”




“Ukrayna yavaş-yavaş dağılmağa doğru gedir. Bu ölkədə döyüşlər ölkənin diqqətini islahatlarda cəmləməyə imkan vermirdi, indi isə atəşkəs də aradan qalxır. Rusiyanın zirehli texnikası Ukraynaın şərqinə daxil olur, hərçənd bunu Moskva inkar edir”.

    "Xeberinfo.com": AzNews.az xəbər verir ki, bu haqda “New York Times” qəzeti yazıb.

Qəzetin fikrincə, Ukrayna iqtisadiyyatı hazırda acınacaqlı durumdadır: “Ukrayna pulu qrivna öz dəyərinin yarısını itirib. Beynəlxalq Valyuta Fondu fövqəladə yardım verib, ancaq Avropa Birliyi, ABŞ dəqiq və əhəmiyyətli islahat proqramı olmasa və xarici investisiyalara prioritetlər müəyyən olunmasa böyük investisiyalar qoymayacaq”.

Avropa Birliyinin yeni genişlənmə komissarı Johannes Hahn deyib ki, bunlar olmasa, Ukrayna üzrə donor ölkələrin konfransı da çağırılmaycaq.

Qəzet vurğulayıb ki, Ukrayna üçün islahatlar ağrılı olacaq, ölkə onsuz da dizi üstədir və külli miqdarda xarici kömək istəyir.

Qəzet bütün bunlarla yanaşı hesab edir ki, Qərb Kiyevə yalnız əhəmiyyətli siyasi və iqtisadi islahatlardan sonra kömək edəcəyini açıq-aydın bildirməlidir. 2013-cü ilin dekabrında insanlar Maydana məhz belə islahatlara görə çıxmışdılar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam