Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı

 

 

"Avropol" təşkilatı Britaniyanın Milli cinayət agentliyi (NCA) ilə birgə milyonlarla kiberhücumla əlaqədar "Webstresser.org" saytını bağlayıb

 

Yenixeber.org: Bu barədə "Bleeping Computer" məlumat yayıb.

Jurnalistlər saytı  "DDos-hücumların ən iri servisi" adlandırır. Saytda sifariş olunan kiberhücumlar daha çox Böyük Britaniyanın aparıcı banklarının sistemlərinə yönəlib.

NCA əməkdaşları əmindir ki, virtual cinayətkarlar "Webstresser" saytından istifadə etməklə 2017-ci ildə ölkənin aparıcı maliyyə qurumlarına irimiqyaslı hücum təşkil edib. Həmin vaxt banklara yüz minlərlə funt sterlinq ziyan dəymişdi.

Polis artıq servisi yaratmaqda şübhəli bilinən altı nəfəri həbs edib.

Milli cinayət agentliyinin məlumatına görə, virtual dələduzlar cəmi 14,99 dollar ödəməklə saytı qısa müddətlik  icarəyə götürə bilib və onunla "DDos" hücumlarını həyata keçirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ hüquq mühafizə orqanları "Power Off" əməliyyatı çərçivəsində ölkədə həmin sayta girişi məhdudlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam