Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hakerlərin bir ildə dünya iqtisadiyyatına vurduğu ziyan

2013-cü ildə kibercinayətkarların fəaliyyəti nəticəsində dünya iqtisadiyyatına dəyən ziyan 1,5 dəfə artaraq 2012-ci ildəki 18 milyard dollarla müqayisədə 27 milyard dollar təşkil edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi məlumatına görə, “Group-IB” şirkətinin baş direktoru İlya Saçkov informasiya təhlükəsizliyi üzrə konfransda çıxışında belə deyib.
“Media forum” saytı xəbər verir ki, şirkət rəhbəri 2011-ci ildə iqtisadi ziyan 12,5 milyard dollara bərabər olub. Saçkovun fikrincə, klassik informasiya təhlükəsizlik vasitələri artıq uzun müddətdir insidentlərin qarşısını almaq iqtidarında deyil: “2013-cü ildə daha aktiv distansiyalı bank xidməti sistemləri vasitəsilə fiziki şəxslərdən oğurluqla məşğul olan səkkiz cinayətkar qrup aşkar olunub. Həmçinin kibercinayətkarların mobil bank xidmətləri sahəsində fəallığı artıb. İl ərzində beş belə qrup qeydə alınıb. Cinayətkarların bankomatlara hücumları artıb, habelə il ərzində bank və ödəniş sistemlərinə “DDoS” hücumların sayında da artım müşahidə olunub”.
Şirkət direktorunun proqnozuna görə, 2014-2015-ci illərdə bank və maliyyə təşkilatlarına qarşı yönələn hücumların sayı fiziki şəxslər üçün təhdidlərin, POS-terminal və mobil qurğuların virusa yoluxdurulmasının sayı kimi artacaq, istifadəçilərin fərdi kompüterlərinə qarşı “fishing” fəallığı isə əksinə, fırıldaqçılar tərəfindən istifadə olunan sxemin az effektivliyi nəticəsində azalacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam